Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Müqəddəs məkanlar


Həbib İbn Məzahirin qəbri

Çap\Print
Həbib İbn Məzahirin qəbri

İmam Hüseyn (ə)-ın hərəminin qərb tərəfində Həbib ibn Məzahirin qəbri yerləşir.

Şeyx Abbas Qummi (r.ə) “Töhfətulı-əhvab” kitabında 51-ci səhifədə yazır ki, Həbib ibn Məzahir Quranı əzbər bilirdi.

Həbib ibn Məzahir Əl-Əsədinin mübarək zərihi mübarək NUR surəsinin ayələri və Məsumlardan (ə) hədislər ilə zinət edilmişdir. Zərih İslam memarlığı üslubu ilə 3 il müddətində düzəldilmişdir.

Qeyd edək ki, öncəki zərih (qəbir örtüyü) 70 il öncənin idi və yeni ilə əvəz olundu. Yeni zərihdə 3 kq. Qızıl, 822 kq. Gümüş, 500 kq. Mis, 380 kq. polad və 15 kubmetr "sac" ağacı istifadə edilmişdir.

Dini ömür tarixçəsi, İslama xidmət və İslam Peyğəmbərinin (s) hüzurunda olmaq iftixarı Həbib ibn Məzahirə məxsusdur. Həbib iftixar sahibi olan «Bəni Əsəd» tayfasının görkəmli şəxsiyyətlərindən-dir. O, İslam Peyğəmbərinin (s) besətindən bir il əvvəl dünyaya gəldi. İslam Peyğəmbəri (s) Məkkədə insanları tövhid dininə dəvət edərkən Həbib öz uşaqlıq dövrünü yaşayırdı. Amma o öz gəncliyini Mədinədə İslam Peyğəmbə-rinin (s) hakimiyyəti zamanında din yolunda cihad və fədakarlığa sərf etdi.

Şübhəsiz ki, həzrət Peyğəmbərlə (s) görüşmək Allahın böyük bir lütfüdür. Həbib ibn Məzahir həzrətlə (s) görüş sayəsində elə əvvəlcədən dini maariflə, ilahi hikmətlərlə, İslamın əbədi təlimləri ilə tanış ola bildi. Həbib Peyğəmbərin (s) səhabələrindən sayılırdı. Onun dilindən bir sıra hədislər nəql olunmuşdur. Həbibin Peyğəmbər (s) səhabəsi olması onun məqamını bir xeyli ucaltmışdır. Bu insanın yetmiş beş yaşında ikən Kərbəla qiyamında iştirak etməsi, əlinə silah alaraq Hüseyn ibn Əlini (ə) müdafiə etməsi mənəviyyat dolu səhnələrindəndir.

Həzrət Peyğəmbərin (s) vəfatından sonra Həbib ibn Məzahir Əli ibn Əbi-Talibin vilayət xəttini tutdu. O, həzrətin (ə) hüzurunu qənimət sayaraq, onu Peyğəmbər (s) elmlərinin varisi kimi tanıyırdı. Bu səbəbdən də həzrətə (ə) üz tutub, onun xüsusi həvarilərindən və şagirdlərindən olmuşdur. Həbib ibn Məzahir həzrət Əlinin (ə) dəyərli biliklərindən faydalanmış və onun elminin daşıyıcılarından olmuşdur.[2] Həbib ibn Məzahir həzrətin (s) Meysəm Təmmar, Ruşid Hicri kimi fədakar yardımçılarının sırasındaydı. Həbib bir sıra ilahi bilgilərə yiyələnmişdi ki, bunlardan biri də gələcəkdə baş verəsi hadisələrin öncədən xəbər verilməsi idi. Həbib özünün və başqa-larının şəhadətindən xəbərdar bir insan idi.

Bu barədə nəql olunmuş məşhur nümunələrdən birinə nəzərə salaq: Bir gün Meysəm Təmmar süvari halda Bəni-Əsəd tayfasının toplaşdığı yerdən keçirdi. Bu vaxt o, Həbib ibn Məzahiri görür. Bu iki süvari bir-birinə o qədər yaxınlaşır ki, atların başları bir-birinə toxunur. Onlar uzun müddət söhbətləşirlər, axırda Həbib ibn Məzahir Meysəmə deyir: «Sanki Peyğəmbərə (s) məhəbbət yolunda dara çəkilmiş, qarnı yırtılmış yemiş satan bir kişi görürəm!» (Meysəmin peşələrindən biri də yemiş satmaq idi). Onun cavabında Meysəm belə deyir: «Mən də Peyğəmbər (s) övladı Hüseyn (ə) ibn Əli yolunda öldürüləcək və başı kəsilib Kufəyə göndəriləcək kişini yaxşı tanıyıram!» Onlar beləcə söhbətləşib ayrılırlar. Onların söhbətlərini dinləyənlər hələ də öz aralarında mübahisə edir, Həbiblə Meysəmin söhbətlərinə şübhə ilə yanaşırlar. Bu vaxt Ruşeyd Hicri gəlib, Meysəmlə Həbibin harada olduğunu soruşur. Ona deyirlər: «Burada idilər, filan sözləri danışdılar, sonra ayrılıb getdilər». Ruşeyd deyir: «Allah Meysəmə rəhmət etsin. O bir şeyi deməyi unudub ki, Həbibin kəsilmiş başını Kufəyə gətirənə yüz dirhəm hədiyyə verərlər, sonra isə kəsilmiş başı şəhərdə gəzdirərlər!» Oradakılar bir-birinə deyirlər: «Deyəsən, bu bir nəfər o biri iki nəfərdən də yalançıdır». Amma çox keçmir ki, Meysəmi dara çəkirlər və Həbib ibn Məzahirin də kəsilmiş başını Kufəyə gətirirlər. Bir zaman bu sözlərə şübhə edənlər deyilənlərə şahid olurlar.[3] Zaman ötdü və xilafət Əmirəl-mömininə (ə) çatdı. Həzrət (ə) xilafət mərkəzini Mədinədən Kufəyə köçürdü. Həbib ibn Məzahir də Kufəyə köçdü ki, həmişə mövlası Əlinin (ə) yanında olsun.

Həbib həzrət Əlinin (ə) bütün döyüşlə-rində iştirak etdi. Həmin vaxt o, Kufənin ən şücaətli insanlarından sayılırdı. Bu şücaətli kişi eyni zamanda gözəl əxlaq, dini biliklər, paklıq və təqva, səxavət və vəfa sahibi idi. Onu imam və Əhli-beytə (ə) ixlasda nümunə saymaq olardı. Onun fiqh, təfsir, qiraət, hədis, ədəbiyyat, cədəl, münazirə və digər sahədəki bilikləri bütün vaxtlarda ətrafdakıları heyran qoyardı. Həbib İmama (ə) vəfadarlıqda ən öncül insanlardan sayılardı.

Həbibin gözəl siması vardı. Onun mənəvi gözəlliyi də kamillik həddində idi. Quranı bütünlüklə əzbər bilirdi və gecələr işa namazından fəcrədək Quranı xətm edər, ibadətə məşğul olardı.[4] Əli ibn Əbi Talib şəhadətə çatanda Həbibin təqribən 54 yaşı vardı. O təqva, isar, təcrübə və agahlıq dolu bir ömür yaşamışdı. O qalan ömrünü də haqq yolunda imamın (ə) müdafiəsinə və dinə yardıma sərf etdi.

 

 عضویت در کانال آموزش و فرهنگ اربعین

Çap\Print

Etiketlər Həbib İbn Məzahirin qəbri

Oxşar yazılar


Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər