Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Müqəddəs məkanlar


Salman Farsinin məzarı

Çap\Print
Salman Farsinin məzarı

Salman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın səhabələrindən olub.

Peyğəmbərin (s) vəfatından sonra, İmam Əlinin (ə) vilayəti altında bu yolda mətinliklə dayana bilib.

Peyğəmbərin (s) dörd ən sadiq səhabələrindən sayılan Salman Farsinin pak məzarı İraqda Salmani Məhəmməd mədaini adlı yerdədir. Hal-hazırda Peyğəmbər (ə) səhabəsi Salman Farsinin İraqdakı hərəmi gözəl şəkildə bərpa edilib.

Hicrətdən 216 və ya 316 il əvvəl İsfahanın kəndlərindən olan Ceyy kəndində bir uşaq dünyaya göz açdı. Adını Ruzbeh qoydular. Sonralar Peyğəmbər (s) ona Salman adını verdi.

Salmanın atası Zərdüşt ruhanilərindən olmuşdur. Onun daimi işi atəşə odun atmaq idi. Salman Zərdüştilik mühitində dünyaya göz açmasına baxmayaraq, heç vaxt atəşin qarşısında baş əyib ona ibadət etmirdi və yeganə Allaha pərəstiş edirdi. Salman uşaq yaşlarında anasını itirdi və onun qəyyumluğunu bibisi öz öhdəsinə götürdü.

Salman bu əqidəsinə görə 6 ay ağır şərtlərlə həbs olundu. Əgər bundan sonra da öz əqidəsini dəyişməsəydi, onu edam edəcəkdilər. O, bibisinin yardımı ilə qaçdı və səhraya üz tutdu. Səhrada Şama gedən bir karvan gördü. Onlara qoşulub tanımadığı torpaqlara üz tutdu. O, bu hicrətin əvvəlində itirdiyini tapdı. O, bir yəhudinin qulu olmasına baxmayaraq, Peyğəmbərin (s) məhzərində müsəlman oldu.1

Salmanın azad olunması və ona Salman adının verilməsi

Peyğəmbər (s) 40 xurma dənəsi və 40 vəqiyyə (hər vəqiyyə 40 dirhəmə bərabərdir) məbləğində pul verərək, Salmanı yəhudidən aldı və sonra onu azad etdi. Sonra onun adını Salman qoydu.2

Bu addəyişmənin bir neçə səbəbi var idi:

1. Cahiliyyət dövründə qoyulan bəzi adlar müsəlmana layiq adlar deyildi;

2. “Salman” sözü “salamatçılıq” və “təslim olmaq” sözündən götürülmüşdür. Bu gözəl adın Peyğəmbər (s) tərəfindən seçilməsi Salmanın son dərəcə ruhi paklığının və İslam dininə təslim olmasının nişanəsidir.

Salmanın seçilmiş fəzilətləri

Salman kamal dalınca qaçan yeganə ülgü müsəlmanlardan olmuşdur. O, nəfsin saflaşdırılmasında çox qiymətli dəyərləri özündə cəm etmişdir. Biz bu fəzilətlərin bəzilərini qeyd edirik:

Peyğəmbərə (s) yaxınlığı

Salman İslam dinini qəbul etdikdən sonra o qədər iman və İslama olan mərifət yolunda irəli getdi ki, Peyğəmbərin (s) yanında özünə uca bir məqam əldə etdi və Məsumların (ə) nəzərində böyük hörmət qazandı. Salman barəsində o böyük şəxsiyyətlərin söz və təriflərindən bəzisinə işarə edirik:

a) Hicrətin beşinci ilində Xəndək müharibəsi baş verdi. Burada Salmanın təklifi ilə şəhərin ətrafında xəndək qazdılar. Hər qrup Salmanın onlarla olmasını istəyirdi. Mühacirlər deyirdi: “Salman bizdəndir”. Ənsar da deyirdi: “Salman bizdəndir”. Peyğəmbər (s) isə buyurdu:

“Salman biz Əhli-beytdəndir (ə)”.3

Tanınmış arif Muhyiddin Ərəbi əhli-sünnə alimlərindən olmasına baxmayaraq, Peyğəmbərin (s) buyurduğu bu kəlamının şərhində deyir:

“Bu kəlamda Salmanın Əhli-beytə (ə) bağlılığı Peyğəmbərin (s) onun son dərəcə ali məqamına və nəfsinin paklığına şahidliyini bəyan edir. Çünki Salmanın Əhli-beytdən (ə) olması nisbi bağlılıq deyildir. Bu bağlılıq Salmanın ali dərəcədə olan insanlıq sifətlərinin səbəbinə formalaşmışdır”.4

b) Cabir Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

“Həqiqətən, behiştin Salmana şövqü Salmanın behiştə olan şövqündən əvvəl olmuşdur. Behiştin Salmanın görüşünə eşqi Salmanın behiştin görüşünə olan eşqindən daha çoxdur”.5

c) Peyğəmbər (s) buyurmuşdur:

“Hər kəs Allahın imanla nurlandırdığı qəlb sahibinə baxmaq istəyirsə, Salmana baxsın!”6

ç) O Həzrət (s) yenə buyurur:

“Salman məndəndir, ona zülm edən mənə zülm etmiş, ona əziyyət verən mənə əziyyət etmişdir”.

 

 عضویت در کانال آموزش و فرهنگ اربعین

Çap\Print

Etiketlər Salman Farsinin məzarı

Oxşar yazılar


Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər