Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Müqəddəs məkanlar


Bilal Həbəşinin məzarı

Çap\Print
Bilal Həbəşinin məzarı

“Bilal” adı həm də iman, əqidə, məqsədə çatmaq yolunda mətanət mənalarını daşıyır. Bilalın xatırlanması səbrin, düşmən qarşısında müqavimətin, sabitqədəmliyin, Allah yolunda işgəncələrə dözümün xatırlanmasıdır.

Bir sözlə, Bilal islami bərabərliyi, Kəbə və Məkkənin fəthini, təqvanın üstünlük ölçüsü olmasını, möminin insani dəyərini və bir çox digər məsələləri yada salan bir addır.

Bilal müsəlman olduğu üçün ağır işgəncələrə düçar oldu. Üməyyənin göstərişi ilə onu xalqın gözü qarşısında əl-ayağı bağlı vəziyyətdə Hicazın yandırıcı günəşi altda qaynar qumun üzərinə uzadıb, sinəsinə böyük bir daş qoydular. Bu daş Bilalı isti quma sıxır, dərisini yandırıb, bədənini qovururdu.

Məkkənin fəthi zamanı İslam peyğəmbəri Həbəş Bilala əmr edir ki, Kəbə üzərinə qalxıb, uca səslə azan desin. Bu əməl həm müsəlmanların qibləgahında tövhid nidası, həm də müsəlmanların bərabərliyinin elanı və ağaların qəbilə, irq, sərvət, dil kimi ayrıseçkiliklərinin üzərindən xətt çəkilməsi idi.

Təbii ki, Kəbə üzərindən Bilalın azan deməsi müşriklərə çox ağır gəlirdi. Dünənin təhqir olunmuş qara bir qulu bu gün İslam hərəkatının natiqi, Peyğəmbərin azançısı olmuş və İslamda xüsusi bir məqam qazanmışdı.

Qurani-kərimdə bəzi müşriklərin bu məsələ ilə bağlı istehzalarına cavab verilir: “Ey iman gətirənlər biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi dəstə-dəstə, müxtəlif qəbilələr şəklində qərar verdik. Allah yanında ən hörmətliniz ən təqvalınız, Allahdan daha çox qorxanınızdır. Həqiqətən, Allah alim və agahdır.”[1]

Bu ayə Bilalın şənində nazil olmuşdur. Ayə kafirlərin təsəvvüründəki yanlış ölçü və meyarları puça çıxararaq, Bilalın məqamını qat-qat yüksəldir. Dünən işgəncələr altında əzilən Bilal İslam sayəsində əziz və dəyərli olmuşdur. Cəhalət dövrünün əzablarından keçmiş qul dinin pənahında möhtərəm sayılır. Bilal həzrət Peyğəmbərin (s) həyatı boyu onun azançısı oldu, öz həyatverici fəryadı ilə insanları namaza dəvət etdi. Bu səs Peyğəmbərin (s) həyatının son gününədək eşidildi. Amma həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Bilal bir daha azan demədi. Çünki buy olla Əhli-beytin (s) haqqını müdafiə edirdi. İmam Sadiq (ə) buyurmuşdur: “Allah Bilala rəhmət etsin, o Əhli-beyt (ə) dostu və saleh bir bəndə idi. Peyğəmbərdən sonra Bilal kimsə üçün azan demədi. O, əhd etmişdi ki, yalnız Peyğəmbər üçün və əgər canişin olarsa həzrət Əli (ə) üçün azan deyəcək. Bilalın azan deməkdən imtina etməsi xəlifəyə baha başa gəldi. Beləcə, Bilal Şam şəhərinə sürgün olundu və ömrünün sonunadək orada qaldı. Ona görə də Bilal həzrət Peyğəmbərin vəfatından sonra Şama üz tutub, ömrünün sonunadək orada yaşadı. Müsəlman ümmət isə daim Bilalın azanı intizarında qaldı.

Bilal Şama hicrət etdikdən sonra hər il Mədinəyə gəlib, Peyğəmbərin qəbrini, onun qızı Zəhranı (s) ziyarət edər, Peyğəmbər Əhli-beyti (ə) ilə görüşərdi.

Hicri 19-cu ildə Bilal taun xəstəliyindən dünyasını dəyişdi. O, 63 il yaşadı. Bilal Dəməşq yaxınlığındakı “Babus-səğir” adlı yerdə bəzi səhabələrlə yanaşı dəfn olundu.

 

 

 

 عضویت در کانال آموزش و فرهنگ اربعین

Çap\Print

Etiketlər Bilal Həbəşinin məzarı

Oxşar yazılar


Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər