Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Müqəddəs məkanlar


Hz. Rüqəyyə-Suriya

Çap\Print
Hz. Rüqəyyə-Suriya

Həzrət Rüqəyyə (ə) imam Hüseyn ibn Əlinin (ə) qızıdır. Həzrət Rüqəyyənin (ə) anasının kim olması barədə müxtəlif nəzərlər mövcuddur. O cümlədən bəziləri onun anasını Ümmü İshaq, bəziləri Ummu Cəfəri Qəzaiyyə, bəziləri (Şeyx Müfid) də Ümmü İshaq binti Təlhə, çoxları da, İran şahı Yəzdəgürdün qızı Şəhrəbanu bilirlər. Həzrət Rüqəyyə (ə) 59-cu hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi və 61-ci hicri ilində atası ilə birlikdə Kərbəlaya səfər etdi. Bəzi rəvayətlərə əsasən, həzrət Rüqəyyənin (ə) şəhadəti zamanı üç yaşı var idi. O hicri-qəməri tarixi ilə 5-i səfər 61-ci ildə Şam şəhərində əsirlikdə şəhid oldu.

Həzrət Rüqəyyənin (ə) ziyarətnaməsi

 

السّلام عليك يا سيدتنا رقية عليك تحية والسّلام و رحمة الله وبرکاته السّلام عليك يا بنت امير المؤمنين عليّ ابن ابي طالب السّلام عليك يا بنت فاطمة الزّهرا سيدة نساء العالمين السّلام عليك يا بنت خديجة الکبرا امّ المؤمنين و المؤمنات السّلام عليك يا بنت وليّ الله

اسّلام عليك يا اخت ولي الله اسّلام عليك يا بنت الحسين الشّهيد اسّلام عليك يا ايتها الصّدّيقة الشّهيدة اسّلام عليك ايتها الرّضية المرضية السّلام علِيك ايتها التّقية النّقية اسّلام عليك ايتها الزکية الفاضلة اسّلام عليك ايتها الَُمضلومة البهية صلّي الله عليك و علي روحك و بدنك فجعل الله منزلك ومأواك في الجنّة مع آبائك واجدادك الطيّبين الطّاهرين المعْصومين السّلام عليكم بما صبرتم فنعْم عقْبي الدّار و علي الملائکة الحافِّين حول حرمك الشّريف و رحمة الله و برکاته و صلّي الله علي سيّدنا محمّد و آله الطيّّبين الطاهرين برحمتك يا ارحم الرّاحمين

Mirzə Cavad Təbrizi Hz. Rüqəyyənin ziyarəti haqda deyir:

Bu günün ən yaxşı əməllərindən biri ilahi hökmləri öyrənməkdən ibarətdir. Bildiyiniz kimi, çoxlu mövzular vardır ki, şöhrət vasitəsi ilə və heç bir başqa dəlilə ehtiyac olmadan sabit olur. Məsələn, əgər bir şəxs, bir yeri, birinə satsa, lakin o yer camaat arasında "vəqfi yer" adı ilə tanınmış olsa, bu surətdə imam (ə) buyurur: əgər bu yer, camaat arasında vəqfi yer kimi şöhrət tapıbsa, onu almaq icazəli deyil və o yer gərək, öz sahibinə qaytarılsın. Buradan aydın olur ki, (bir şeyin isbat olmasında) şöhrət kifayətdir və başqa dəlilə ehtiyac yoxdur. Mina və Məşərin də hədlərini təyin etmək belədir.

Habelə, əgər bir şəxs 200 il bundan qabaq, bir yerdə dəfn olmuş olsa və bu şəxsin 200 il bundan qabaq dəfn olduğu yerdə bir kəs qalmasa ki, xəbər versin bu qəbr həmin seyidin qəbridir, lakin şöhrət onu təyin edibdir. Bu söz, həzrət Rüqəyyənin (ə) mütəhhər qəbrinə də şamil olur. Belə ki, həzrət Rüqəyyənin (ə) Şamda qəbri məşhurdur. Həzrət Rüqəyyənin varlığının hikməti və onun Şamda dəfni, din düşmənlərini rüsvay etməkdir ki, sonralar heç kəs Şam hadisələrini inkar edə bilməsin və həzrət Rüqəyyənin (ə) qəbri, qadınların bu müqəddəs məkanda əsir olmaqlarının əlamətidir. Daha heç bir kəs, Şam hadisələrini dana bilməz.

Həzrət Rüqəyyənin (ə) qəbri, əhli-beytə (ə) olunan zülmlərə canlı şahid, sənəddir. Şöhrət, Həzrət Rüqəyyənin (ə) qəbrinin varlığına dəlilidir və onun  (ə) bu məkanda dəfni canlı bir əlamətdir. Ona görə də, o həzrətin qəbri və məqamı barəsində olan bəzilərinin şəkk və şübhələrinə əhəmiyyət vermək və diqqət etmək lazım deyil. 

 

 

 عضویت در کانال آموزش و فرهنگ اربعین

Çap\Print

Etiketlər Hz. Rüqəyyə-Suriya

Oxşar yazılar


Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər