Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Müdrik kəlamlar


Ayətullah Seyid Əli Xameneinin (md) bəyanında İxlas

Çap\Print

 Əziz Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Hər bir şeyin həqiqəti vardır. Bəndə Allah üçün gördüyü işlərdə təriflənməsini istəmədən həqiqi ixlasa nail ola bilməz".

Hər bir şeyin bir həqiqəti, ruhu və məğzi vardır. İnsan Allah üçün gördüyü hər hansı bir işdə digərlərinin onu tərifləməsini istəmədən həqiqi ixlası dərk edə bilməz. Bu çox çətin və çox yüksək dərəcələrdəndir. Məsələn, bir şəxs işini digərləri üçün görmür; Allahdan ötrü namaz qılır, Quran oxuyur, xeyir işlər görür, yoxsullara kömək edir, sədəqə verir, Allah üçün zəhmət çəkir, amma insanların "o çox yaxşı insandır" – deməsini sevir. İşini camaat üçün yox, Allah üçün görmüş və bitirmişdir, amma xalqın tərifindən də xoşu gəlir. Bu hədis buyurur ki, bu, ixlasın yüksək dərəcəsi deyil. İxlasın yüksək dərəcəsi odur ki, bunu da istəməsin. Ümumiyyətlə camaatla işi olmasın - istər bilsinlər, istər bilməsinlər, istər xoşları gəlsin, istər gəlməsin. Allahın ondan nə istədiyinə baxsın və onu dəqiqliklə yerinə yetirsin.
Mən çox yerlərdə imamda bu xüsusiyyəti və ruhiyyəni müşahidə etmişəm. Onun üçün fərqi yox idi ki, kiminsə xoşu gələcək, yaxud gəlməyəcək. O, vəzifəsini yerinə yetirirdi. Yük ağır, iş böyük və təhlükəli olanda daha çox ixlas lazım olur. 


İstifadə olunmuş mənbələr:   Ayətullah Seyid Əli Xameneinin (md) bəyanında İxlas
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Oxşar yazılar


Arbaeentitr

 Hədislər