Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Müdrik kəlamlar

Ayətullah Seyid Əli Xameneinin (md) bəyanında İxlas

 Əziz Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Hər bir şeyin həqiqəti vardır. Bəndə Allah üçün gördüyü işlərdə təriflənməsini istəmədən həqiqi ixlasa nail ola bilməz". Hər bir şeyin bir həqiqəti, ruhu və məğzi vardır. İnsan Allah üçün gördüyü hər hansı bir işdə digərlərinin onu tərifləməsini istəmədən həqiqi ixlası dərk edə bilməz. Bu çox çətin və çox yüksək dərəcələrdəndir. Məsələn, bir şəxs işini digərləri üçün görmür; Allahdan ötrü namaz qılır, Quran oxuyur, xeyir işlər görür, yoxsullara kömək edir, sədəqə verir, Allah üçün zəhmət çəkir, amma insanların "o çox yaxşı insandır" – deməsini sevir. İşini camaat üçün yox, Allah üçün görmüş və bitirmişdir, amma xalqın tərifindən də xoşu gəlir. Bu hədis buyurur ki, bu, ixlasın yüksək dərəcəsi deyil. İxlasın yüksək dərəcəsi odur ki, bunu da istəməsin. Ümumiyyətlə camaatla işi olmasın - istər bilsinlər, istər bilməsinlər, istər xoşları gəlsin, istər gəlməsin. Allahın ondan nə istədiyinə baxsın və onu dəqiqliklə yerinə yetirsin. Mən çox yerlərdə imamda bu xüsusiyyəti və ruhiyyəni müşahidə etmişəm. Onun üçün fərqi yox idi ki, kiminsə xoşu gələcək, yaxud gəlməyəcək. O, vəzifəsini yerinə yetirirdi. Yük ağır, iş böyük və təhlükəli olanda daha çox ixlas lazım olur. 

Davam

Mixael Faraday Yaradılış nişanələri haqda

Mixail Faraday Yaradılış nişanələri haqda deyir: "Mən inanıram ki, dünyanın yaradılışından bəri, Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır."

Davam

Vilyam Tomsen Ateizm haqda

Vilyam T Kelvin: "Ateizm ideyası o qədər cəfəngdir ki, mən hətta deməyə söz belə tapmıram."

Davam

Maks Born: Elm və din

Maks Borm, Fizika elmləri üzrə Nobel mükafatı laureatı elm və din münasibətləri haqda yazır: "Alimlərin əksəriyyəti Allahın varlışına inanır. Elmə yiyələnməyin, guya insanları ateizmə yönəltdiyini söyləyən insanlara sadəcə gülürəm."

Davam

Əbdüssəlam: Quran və elm

Əbdüssəlam, Fizika üzrə Nobül mükafatı laureatı Quran və elm münasibətləri haqda yazır: "Müqəddəs Quran bizə Allahın yaratdığı təbiət qanunları ilə bağlı həqiqətləri açıqlamağımızı əmr edir. Bununla yanaşı, bizim nəsl Onun yaratmasını görməkdə seçkin qılınmışdır. Bu böyük mükafat və şərəfdir ki, buna görə mən təvazökar bir qəlblə təşəkkürlərimi bildirirəm.!

Davam

Ayətullah Xamenei (ə) Ramazan ayı haqqında

Həzərət Peyğəmbərin (s) bu ayı ilahi ziyafət ayı adlandırması böyük bir sözdür. Necə ola bilər ki, insan bu ilahi süfrəyə əyləşsin və ondan istifadə etməmiş ayaqa qalxsın?! Təbii ki, bu ayda ilahi ziyafətə daxil olmayanlar əli boş qalacaq. Bu süfrədən məhrumluq gerçək bir məhrumiyyətdir. Əsl məhrum o şəxsdir ki, ramazan ayında Allahın mərhəmətini qazana bilıməsin.  Ramazan ayında diqqətlə çalışıb xətaların əvəzini çıxmaq olar. Əbu Həmzə duasında gözəl ifadələr var. Dua edən şəxs belə erz edir: “Ey mənim Allahım! Mən Sənə ümid etməyi başqalarına ümid etməkdən üstün sayıram. Başqalarına sığınmaq əvəzinə Sənə sığınıram. Bilirəm ki, Sənə doğru hərəkət edən insan üçün yol qısalır...”

Davam

Ayətullah Xamenei (md) və Şaban ayının əhəmiyyəti

Şəban ayı ibadət, təvəssül, minacat ayıdır. "İlahi, dua etdiyim zaman mənim dualarımı qəbul et, Səni çağırdığım zaman məni eşit..." Şaban ayı, Allah-təala ilə minacat fəslidir. Pak qəlbləri əzəmətli lütf xəzinəsinə və Nur mənbəyinə yönəltmək fürsətidir. Bu fürsətin qiymətini anlamalıyıq. Şabaniyyə minacatı bizim ixtiyarımızda qoyulmuş dəyərli tövhədir. Bizim çoxlu dualarımız vardır. Bu duaların hamısı ali məzmuna malikdir. Amma bəzi dualar daha çox seçilir... Kumeyl duası və Şabaniyyə minacatı kimi... Ən yaxşı dua, Allaha olan eşqi və arifanə baxışı daha kamil şəkildə bəyan edən və insanın mənəvi ehtiyaclarında bəsirətə malik olan duadır... Şabaniyyə minacatı da, olduqca ali məzmuna və yüksək ilahi maarifə malikdir. Bu minacat, Allahın ən seçilmiş saleh bəndələrinin öz məbudu, eşqi və pak zatın sahibi Rəbbi ilə kamil bəndəlik nümunəsini bəyan edir. Sayta istinad zəruridir.  

Davam

Annie Besantın Hz. Peyğəmbər (s) haqda sözləri

"Bitməyən bir heyranlıq, davamlı bir hörmət, Ərəbistanın bu böyük Peyğəmbərinin həyatını və şəxsiyyətini araşdıran və necə öyrətdiyini, necə yaşadığını bilən hər kəsin vücudunu sarar. Bu güclü Peyğəmbər üçün qəlbimizin ürpərdici bir hörmətlə dolmaması mümkün deyil. Onun üçün həmişə yeni bir heyranlıq, yeni bir hörmət edirəm. "

Davam

Prof. Bosworth Smithin baxışında Hz. Məhəmməd (s) əzəməti

Belə bir göz atmaqla, Hz. Məhəmmədin, bütün xüsusiyyətlərini və qəhrəmanlıqlarını görmək mümkündür. Bunlardan bəziləri Peyğəmbərliyinin ilk günlərində və bəziləri də peyğəmbərliyindən sonra olmuşdur. Bənzərsiz möcüzələri gördüyüm zaman, Onu rütbə baxımından insanların ən böyüyü və ən ucası olaraq mütaliə edirəm. Hətta; insanlıq Onun bir bənzərini görməmiş və görməyəcək də... "    

Davam

Ayətullah Xameneinin (md) kəlamında müəllimin dəyəri

  “Gələcək nəsli, ümumiyyətlə insanı tərbiyə edən müəllimdir. Müəllim qiymətli almaz kimidir.”  

Davam
1
2
3
4
5
Arbaeentitr

 Hədislər