Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat


İslamda depressiyanın dərmanı

Çap\Print
PhD. Dr. Tofiq Əsədov

XXl əsrin bəlası sayılan depressiya və yaxud ruh düşkünlüyü, getdikcə artmaqda olan ciddi bir psixoloji xəstəliyə çevrilmişdir. Biz burada onun əlamətlərini və səbəblərini açıqlamaqla yanaşı, islami qaynaqlarda bu xəstəliyin əlacı üçün söylənilən müalicəvi xarakterli göstərişləri açıqlayacağıq. Həmçinin depressiya kəlməsinin Qurani-Kərim və hədislərdə hüzn, kədər və iztirab məfhumları ilə ifadə olunmasını nəzərinizə çatdırmaq istərdik. Təbii ki, ilk öncə depressiyanın əlamətlərini tanımaq lazımdır. Xatırladaq ki, söylənilən bu əlamətlərin bir çoxu gün ərzində bir neçə dəfə insanda görünərsə, o zaman depressiv hal sayılır:

1. İnsanlardan uzaqlaşmaq və xəlvət bir yer tapıb heç kimlə görüşməmək istəyi.

2. Gündəlik işlərdən soyuyaraq heç bir iş və məsuliyyət qəbul etməmək.

3. Hamının zövq və ləzzət aldığı şeylərdən zövq almamaq və hər bir şeyə maraqsız yanaşmaq.

4. Güclü iştahasızlıq və bəzi hallarda isə həddindən artıq yemək.

5. Çox yatmaq və bəzi hallarda isə yuxu pozuntusu.

6. Ailə üzvləri ilə səmimi əlaqələrin pozulması.

7. Diqqət pozuntusu, ürək və baş ağrıları.

8. Hövsələsizlik və enerjinin hədsiz dərəcədə aşağı düşməsi.

9. Boş yerə və səbəbsiz ağlamalar və özünü ələ ala bilməmək.

10. Baxımsızlıq və zahiri görünüşə laqeyd yanaşmaq.

11. Ümidsizlik və inamsızlıq.

12. Kiçik səhvə belə hədsiz dərəcədə narahat olub günah hissi yaşamaq.

13. Həyatdan bezmək, intihar etmək hissi və bəzən də intihar.

   Göründüyü kimi depressiya bir başa insanın ruhu ilə əlaqədar olsa da, insanın cismini də az bir zamanda ciddi xəstəliklərlə üzləşdirir. Yuxarıda sadaladığımız bəyənilməyən, bəzən də qorxunc əlamətlərin hər biri İslam göstərişlərinə tam zidd olan, insanın məhvinə səbəb olan amillərdir. Deməli, depressiyanın səbəblərini öyrənmək və onları aradan qaldırmaqla, Allah-taalanın bizə bəxş etdiyi xoşbəxt həyatımıza davam etməliyik.

 

Depressiyanın Səbəbləri və Müalicə yolları

 

Depressiya üçün konkret bir səbəb söyləmək düzgün sayılmaz, amma aşağıdakı səbəblərdən hər biri insanın ruh düşkünlüyü yaşaması və depressiyaya düşməsinə səbəb olan amil sayılır:

 

Həyata və yaşayışa puç və mənasız baxmaq

Bəzən insan yaranışın və həyatın anlamını dərk etmədiyi üçün, ailəsinin, dostlarının və işinin mənasız olduğunu düşünüb, hər şeydən soyuyaraq depressiyaya düşür. Halbuki inanclarımıza görə, biz və dünya səbəbsiz xəlq olmamışıq. Necə ki, Qurani-Kərimdə Allah taala belə düşünənləri danlayaraq buyurur: “Siz elə bilirsiz ki, Biz sizi boş-boşuna yaratmışıq...?!” (Muminun, 115)

Deməli, əgər insan düşünsə ki, onun bu dünyada gördüyü bütün yaxşı işlər behişt qazanması üçün gözəl bir fürsətdir, həyata olan baxışı dəyişərək, depressiyadan xilas ola bilər.

 Pessimist olmaq

Bəzən ailəmizə, dostlarımıza və ətraf mühitə qarşı olan bədgümanlığımız, bizdə həyata qarşı inamsızlıq yaradaraq, depressiyaya düşməyimizə səbəb ola bilər. Halbuki Qurani-Kərimdə bələ bir bədgümanlığın böyük günah olması ilə yanaşı (Hücürat, 12), bizdən optimist tələb olmuşdur. Necə ki, Hz. Məhəmməd (s) buyurur: “Müsəlmanın xüsusiyyətlərindən biri baxışının müsbət olmasıdır”. 

 

 Dünyaya hədsiz bağlılıq

Əslində dinimizə görə dünya gözəldir;  Allaha yaxınlaşmaq üçün gözəl bir məkandır. İnsanın dünyanı sevməsində də heç bir qəbahət yoxdur. Lakin dünya malına, dünya məqamına şiddətlə bağlanmaq, onu itirdiyin ya yetərincə əldə edə bilmədiyin zaman, depressiyaya düşməyini qaçılmaz edir. Necə ki, İmam Əli buyurur: “Dünya sevgisi insanın kədərinə səbəb olar”.

 

Gələcəyə ümidsizlik

Bəzən gələcəyə olan ümidsizlik, bizi depressiyaya sala bilər. Halbuki Quranın bizə olan ən önəmli göstərişlərindən biri, hər zaman Allahın qüdrətinə, rəhmətinə inanıb, heç bir şəraitdə ümidsiz olmamaqdır.: “Allahın rəhmindən ümidsiz olmayın.”  (Zümər, 53)

 

İtgi

Əksər haııarda insanın yaxınlarını itirməsi, onların ölümünün bizdə yaratdığı kədər, bizim depressiyaya düşməyimizlə sonlanır. Halbuki ilahi sınaq və imtahanını heç bir zaman unutmamalıyıq. Qurani-kərimə görə, müsibətlərin qarşısında bir az səbir edərsək qarşıda xoş günlər bizi gözləyir: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (Bəqərə, 155).

 

Cismi çatışmamazlıq

Bəzən zahiri və cismi baxımdan müəyyən bir nöqsana sahib olmağımız bizim depressiyaya düşməyimizə səbəb ola bilər. Belə bir halda, əgər həmin nöqsanımızı aradan qaldırmaq imkanımız varsa, təbii ki, ilk növbədə həmin nöqsanımızı aradan qaldırmağa çalışacağıq. Yox əgər bu mümkün deyilsə, özümüzlə barışmalıyıq. Unutmayaq ki, insanlar ilk mərhələdə şəxsin zahirinə diqqət yetirsələr də, onun əxlaqi keyfiyyətləri, ədəb-ərkanı insanları daha çox maraqlandırır. Allah-taalanın da insanı zahirinə görə deyil, batininə görə dəyərləndirməsi heç kimə gizli deyil.

 

Uğursuzluq

Təbii ki, hər zaman uğursuzluğumuzdan dərs çıxarmağı bacarmalı, gələcəyimiz və perspektivlərimiz haqda düşünməliyik. Lakin unutmamlıyıq ki, bəzən uğrunda çalışıb, lakin əldə edə bilmədiyimiz bir şeydə hikmət var. Necə ki, Uca Allah buyurur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə, 116)

 

Keçmişi unuda bilməmək

Bəziləri deyir ki, keçmişdəki acılarımı unuda bilmədiyim üçün tez-tez depressiya halına düşürəm. Halbuki Quran bizə belə halları unutmağı tövsiyə edir. Qurana görə, keçmiş artıq keçmişdir: “ Onlar bir ümmət idi ki, keçib getdi ”. (Bəqərə, 134)

 

Seçim

Çox az görünsə də, bəzi hallarda depressiya bir seçim də ola bilir. Təəccüblənməyin! Bəzi insanlar yaxınlarının və dostlarının diqqətini cəlb etmək üçün, ilk öncə özlərini dərdli-qəmli aparmağa çalışırlar. Sonra isə özləri də həqiqətən depressiyaya düşdüklərinə inanırlar. Belə şəxslər bilməlidir ki, gözəl əməllərlə Allahın diqqətini cəlb edərək, Onun  sevgisini qazanarlarsa, o zaman Allah da onları sevib, başqalarının diqqət və sevgisini onların üzərinə yönəldəcəkdir.

 

Hormonal pozuntu

Bir sıra hallarda insan hormon pozuntusu nəticəsində depressiyaya düşə bilir. Statistikaya əsasən, tiroid xəstəliyi olanlar da hormonal pozuntu daha artıq müşahidə olunur. Təbii ki, belə bir halda mütləq mütəxəssis həkimə müraciət olunmalıdır.

İslamda idman etmək, dostlarla zarafatlaşmaq, səmimi söhbətlər, açıq-aydın rəngli paltarlar geyinmək, başqalarına yaxşılıq etmək, şad və səmimi mühitlər, Uca Allahın lütfünü və bizə bəxş etdiyi nemətləri tez-tez xatırlamaq, depressiyanın aradan getməsi üçün əsas amillər kimi göstərilmişdir.

Sonda, hər zaman şad qalıb, qəm, kədər və depressiyadan uzaq olmaq üçün İmam Sadiqin (ə) buyurduğu bir tövsiyəni, şərhsiz sizlərə təqdim edirəm: “ On şey şadlığa səbəb olar; 1- Piyada yol getmək. 2- Miniyə minmək. 3- Başı suya salmaq. 4-Yaşıllığa baxmaq. 5-Yemək-içmək  6- Cinsi əlaqə 7-Diş fırçalamaq. 8- Gözəl qadına (halalına) baxmaq. 9- Başı Hatmı gül suyu ilə yumaq. 10-Agıllı insanlarla söhbət etmək.”

Hər birinizə dünyanın halal ləzzətlərindən bəhrələnməyi, ilahi gözəlliklərindən zövq almağı, şad və xoşbəxt yaşamağı arzulayıram. GÜLÜŞ hər bir insanın haqqıdır. Tanrının bizə bəxş etdiyi bu özəl haqqı heç bir zaman üzümüzdən əskik etməyək!

İstifadə zamanı istinad zəruridir.

 

 

 



İstifadə olunmuş mənbələr: İslamda depressiyanın dərmanı
Göndərən: Saytın rəhbəri
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər İslamda depressiyanın dərmanı

Oxşar yazılar


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər