Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat


Peyğəmbərin (s) canişin və xəlifəsinin olmasının zəruruliyi

Çap\Print
Elman Ağamoğlanov\tədqiqatçı-yazar

  Bu mövzuya belə bir sual ilə başlayırıq: Peyğəmbər (səlləllahu ələyhi və alih)-dən sonra, O həzrətin canişin və xəlifəsinin olması zəruridir yoxsa zəruri deyil?

  Bu sualın cavabında deyirik:

  İslam ümmətinin hamısı Peyğəmbər (səlləllahu ələyhi və alih)- dən sonra imamətin zəruri olması fikrindədirlər. Bunu  şiə və sünni alimlərinin çoxunun dediklərindən anlamaq olar. Hətta bəziləri açıqca bunu qeyd ediblər. Məsələn Hafiz ibn Həzm Andolosi Əl-fisəl Fil-əhvai vəl-miləli vən-nihəl kitabında yazır:

اتفق جمیع فرق أهل السنة و جمیع فرق الشیعة و جمیع المرجئة و جمیع الخوارج علی وجوب الإمامة[1]

Əhli-sünnə firqələrinin hamısı, şiə firqələri, murciə və xəvaricin hamısı, imamətin vacib və zəruri olması fikrindədirlər.

  Buna əsasən, Peyğəmbər (səlləllahu ələyhi və alih)- dən sonra imamın olması məsələsində, fikir ayrılığı yoxdur.

İmamət nədir?

  Şiə və sünni alimlərinin hamısı imaməti belə tərif ediblər:

الإمامة هي الرئاسة العامة في جمیع أمور الدین والدنیا نیابة عن رسول الله صلی الله علیه وآله [2]

İmamət, dünya və din işlərinin hamısında, Allah Rəsulu (səlləllahu ələyhi və alih)-nu  əvəz edərək ümmətə ümumi rəhbərlikdir.

  Şiə və əhli-sünnə alimləri, imaəməti belə tərif və izah ediblər.[3] Bu tərifə əsasən, imam Peyğəmbər (səlləllahu ələyhi və alih)- in əvəzedicisi və bütün məsələlərdə ümmətin itaət etdiyi şəxsdir.

  Hamının qəbul etdiyi bu tərifə əsasən, imamın Peyğəmbər (səlləllahu ələyhi və alih)- in əvəzedicisi olmasında, peyğəmbərin olmamasından yaranan boşluğu doldurmaq üçün, imamətin peyğəmbərliyi əvəz etməsində və imamın ümmət arasında peyğəmbərlik məqamı istisna olmaqla Peyğəmbərin işini görməsində heç bir ixtilaf yoxdur.

İmamət şiənin nəzərində

  İmam və imamətə edilən tərifin bütün şərtlərini şiə qəbul edir və ona etiqad bəsləyir. Amma Peyğəmbər (səlləllahu ələyhi və alih)-in dünyadan getməsindən sonra baş verən hadisələri yozanlar və Səqifə məktəbinin tərəfdarları, doğru olmasını etiraf etdikləri tərifin şərtlərini qəbul etməkdən boyun qaçırırlar.

  Şiə deyir: İməmətə edilən tərifə əsasən, nübuvvət məqamı istisna olmaqla, Peyğəmbər üçün qəbul edilən hər şey, imam üçün də qəbul edilməlidir. Belə olduqda, imamın da Peyğəmbər kimi, həm təkvini vilayəti və həm təşrii vilayəti olacaq.

  İmamın təkvini vilayətinin olmasının mənası budur ki, Allah – taalanın izni ilə varlıq aləmində baş verən hadisələrə dəxalət edir. Varlıqlara dəxalət etmək haqq və güc, Allah- taala tərəfindən ona verilir.

  İmamın təşrii vilayəti olmasının mənası budur ki, ümmətin hamısına ( imamətə edilən tərifə əsasən) bütün dini və dünyəvi işlərdə, əmr və qadağa etmə haqqı var. Heç kəs onun əmrinə qarşı çixa bilməz.

  Əlbəttə əhli-sünnə alimlərindən irfan yolunu seçən və təsəvvüfə meyli olanlar, imamlarımız (ələyhimus-salam) üçün təkvini vilayəti qəbul edirlər. Çünki bu məqamı Allah övliyalarının hamısı üçün qəbul edirlər. İmamlarımızı imam bilməsələr də, lakin onları böyük övliyalardan sayırlar.

  Şiənin imamlar (ələyhimus-salam) üçün qəbul etdiyi üçüncü məqam, hökumət, rəhbərlik və İlahi qanunları icra etmək məqamıdır. Hökumət və imamət eyni şey deyil. Hökumət imamətin dərəcə və cəhətlərindən biridir. Bu iki kəlməni sinonim saymaq səhvdir.

  Hökumət imamətin dərəcələrindən biridir. Əmirəl-möminin Əli (ələyhis-salam)-ın və imam Həsən Müctaba (ələyhis-salam)-ın hökuməti kimi, bəzən imamın əlində olub. Bəzən də belə olmayıb. Digər imamlar (ələyhimus-səlam) –ın vəziyyəti kimi. O dövrün zalım hökumətlərinin zindanlarında olublar, ya onların təzyiqi altında olublar, ya da bizim zamanımız kimi ki, İmam (ələyhis-salam) qeybdədir. Zahirdə hökumət edib və sözünü çatdıra bilməsə də, lakin bununla belə imamət məqamındadır.

İmamət və üsuli-din

  Qeyd etdiyimiz kimi, şiə və əhli-sünnənin imamət məsələsində ixtilafları varlarıdır. Bunlardan biri, imamətin üsuli-din yoxsa füru-dindən olub-olmamasıdır.

  Şiənin əqidəsinə görə, imamət üsuli-dindəndir. Bu əqidəni isbat etmək üçün neçə dəlil gətirmək olar. Onların ən sadəsi belədir:

  1. Şübhəsiz imaməti müzakirə etmək, peyğəmbərliyi  əvəz etməni müzakirə                                 

etməkdir. İmamətə edilən tərifdən, bunu açıqca anlamaq olar. Çünki tərifdə deyilirdi: “İmamət, Allah Rəsulu (səlləllahu ələyhi və alih)-nu əvəzləməkdir.“ Bu cümlənin mənası, bizim dediyimiz məsələdir.

  Deməli, imaməti müzakirə etmək, ismət məsələsini müzakirə etmək kimi, peyğəmbərliyin dərəcələrini müzakirə etməkdir. Peyəmbərliyin dərəcələrindən olan və ona etiqadlı olmağın vacib olduğu hər bir məsələ, üsuli-dindən olmalıdır.

  1. İmamətin üsuli-dindən olmasına digər bir dəlil, Peyğəmbər (səlləllahu ələyhi və                                

alih) –dən rəvayət olunan məşhur hədisdir. Peyğəmbər  (səlləllahu ələyhi və alih) buyurur:

1من مات ولم یعرف إمام زمانه مات میتة جاهلیة؛

Kim zamanının imamını tanımadan ölsə, cahiliyyət ölümü ilə dünyadan gedibdir.

  Şiə və əhli-sünnə alimləri bu hədisi öz kitablarında Peyğəmbər (səlləllahu ələyhi və alih) -dən rəvayət ediblər.

  Cahiliyyət ölümündən məqsədin, küfr və nifaq ölümü olması məlumdur. Ona cahil olmağın insanın küfr və nifaqına səbəb olan bir şey, üsuli-dinlə əlaqıli olmalıdır. Çünki füru (şaxələr, ikinci dərəcəli) məsələlərə cahil olmaq, heç vaxt insanı küfr və nifaq həddinə çatdırmaz.

  Əlbəttə əhli-sünnə alimlərindən imaməti üsuli-dindən  sayanlar var. Nümunə üçün, kəlam və təfsir elmlərində əhli-sünnənin görkəmli alimlərindən olan Qazi Nasirəddin Beyzavi, imaməti üsuli-dindən sayır.

  Amma əhli-sünnənin demək olar hamısı şiənin əksinə olaraq, imamətin füru-dindən olmasını bildirirlər. Hərçənd bəziləri qətiyyətlə bu məsələni açıqlamırlar, əksinə belə deyirlər: İmamətin füru olması daha münasibdir. Bununla belə, imamətin üsuli-dindən olmasını da açıqca demirlər.

  Hər halda, istər şiənin dediyi kimi, imamət üsuli-dindən olsun, ya əhli-sünnənin dediyi kimi, füru-dindən olsun, onu tanıyıb, ona itaət edib, onun əmr və qadağalarına boyun qoyub və onun söz və işlərini meyar seçməyimiz üçün, imamın kimliyini müzakirə etməliyik. Çünki onu Peyğəmbərin xəlifəsi və əvəz edəni sayırıq.

Bir irada cavab

  Bəzən belə bir iradın deyildiyini eşidirik: Imamət məsələsi, sırf tarixi bir müzakirədir. İndiki dövrdə islam ümmətinin belə məsələlərlə işi yoxdur. Onların məşğul olası mühüm işləri var. Ömürlərinin qiymətli vaxtlaranı onlara sərf etməlidirlər.

  Bu necə də əsassız sözdür? Bu dinin əsaslarından xəbərsizlərin, sadəlövhlərin və düşüncə oğrularının sözüdür. Necə olur ki, bir tərəfdən imama etiqad bəsləməyi vacib və ümmətin hamısının kiçik və böyük işlərdə ona itaət etməsini lazım bilir, onun əmirlərinə itaətsizliyi küfr ya fisq sayır və ona təqlid etməyi, insanın yaranışının hədəf və sirrinə çatması sayırsınız, digər tərəfdən isə, onu müzakirə etməyi sırf tarixi və faydasız bir müzakirə sayırsız?

  İnsan üçün ən əziz şey onun əqidəsidir. İmam və imaməti müzakirə etməyin, əməldə çox təsiri var. İnsan onu tanımaq istəyir. Çünki ona cahil olsa, imanının əsası sual altına düşür. Onu sevmək üçün tanımaq istəyir. Çünki rəvayətlərin birində imam Baqir (ələyhis-salam) buyurur:

1هل الدین إلا الحب والبغض؛

Din sevmək və düşmənçilikdən başqa bir şeydirmi?

  İnsan əməlində təqlid etmək üçün, imamı tanımaq istəyir. Çünki insandır və vəzifəsi var. Heyvanlar kimi azad deyil. İmamət Peyğəmbər(səlləllahu ələyhi və alih)-i əvəz edən olduğuna görə, fərdi və ictimai vəzifələri icra etmək və Allah-taala qarşısında bəndəlik vəzifəsini yerinə yetirmək üçün, yalnız imam insanlar üçün vəzifə müəyyənləşdirə bilər.

  Ona görə də, insan imamı tanımalı, ona təqlid edib və bəndə olaraq boynunda olan vəzifəni layiqincə yerinə yetirməsi üçün, bu məqamı iddia edən barəsində araşdırma aparmalıdır.

  Bu halda, belə bir mühüm mövzunu müzakirə etməyin, sırf tarixi və dəyərsiz müzakirə olmasını söyləmək olarmı?

  Bəli, xilqət hədəfindən və o hədəfə yetişməyi təmin edən səbəblərdən xəbərsiz olanlar, bu müzakirəni dəyərsiz ya qeyri zəruri hesab edə bilərlər. Amma yaranış hədəfinə yetişmək yolunda Quran və Peyğəmbər (səlləllahu ələyhi və alih) -in hidayətini öyrənənlər üçün, imamət və imamın dərəcə və məqamını müzakirə etməkdən dəyərli heç nə yoxdur.

İmamətin sayəsində vəhdət

  Ola bilər ki, bəziləri belə desin: İmaməti müzakirə etmək müsəlmanların vəhdətinə zərər vurur. Ona görə də, bu cür məsələlər müzakirə edilməməlidir

  Biz müxtəlif mövzularımızda bu barədə geniş danımışıq. Bu baxışın qısa cavabı belədir:

  İmaməti müzakirə etmək müsəlmanların vəhdətinə zərər vurmur, əksinə əqli və nəqli dəlillərə əsasən, bu dəyərli istəyin baş tutmasının ən yaxşı bəlkə də tənha yolu, Peğəmbər (səlləllahu ələyhi və alih) -in xilafət və əvəzedicilik məqamını və imamət məsələsini aydınlaşdırmaqdır.1

  Sualımız budur ki, vəhdətdən məqsəd nədir? Onun yaranma yolu hansıdır?

  İndiki alimlərin bəzisi vəhdətin yaranması üçün belə təklif edirlər ki, şiə və əhli-sünnə bütün təfsir, hədis və fiqhi kitablarını razılaşma yolu ilə, yenidən yazmalıdırlar. Çünki ixtilafların yeganə səbəbi, şiə və əhli-sünnə kitablarına batil və yalan məsələlərin daxil olmasıdır. Həqiqi olmayan məsələləri tanıyıb, həqiqətləri yalanlardan ayırandan sonra, dinin əsl forması aşkarlanıb, hamı onu qəbul edəcək. Çünki, heç kəsin haqq ilə düşmənçilik və ixtilafı yoxudur. Beləliklə bütün ixtilaflar aradan gedəcək.

  Bu təklifin cavabında belə suallar açıqlanır:

1.Şiə və əhli-sünnənin kitablarını araşdıranlar, kimlər və hansı dəstədən

olmalıdırlar?

2.Haqqı batildən və doğrunu yalandan ayırd etməyin meyarı nədir?

3.Əhli-sünnə əvvəlindən sonunadək səhih bildikləri, onlara vəhy gözü ilə baxdıqları

 (altı səhih kitablar ya ən azı Səhih Buxari və Səhih Müslim kimi) və əqidə əsaslarını onların mündəricatı üzərində qurduqları kitablardan əl çəkməyə və onları yenidən yazmağa hazırdırmı?

  Digərləri isə, iki firqənin müştərək və ortaq əqidələrini əsas götürməyimizi təklif edirlər.

  Bu təklifin cavabında deyirik: Müştərək və ortaq əqidələr hansılardır?

  Tovhid və Allah-taalanın yeganəliyinə əqidəmi?

  Elə bunun özündə, Allah-taalanın sifətləri üstündə ilk ixtiaf yaranacaq ki, Allah-taala cisimdir yoxsa cisim deyil?

  Əhli-sünnə Əbu Bəkr üçün elə bir məqama inanırlar ki, heç kəs barəsində bunu demirlər. Onlar deyirlər: Allah-taala Onun üçün xüsusi olaraq təcəlli edəcək və Allahı olduğu kimi görəcək.1

   Əlbəttə özləri də, bu hədisin sənədini qəbul etmirlər. Amma belə batil əqidələri icad edənləri tanımalıyıq. Belə şəxsləri tanımağın meyarı nədir?

  Müştərək əqidələrdən biri, elə imamət məsələsinin özüdür. Deməli əhli-sünnə ən azı qəbul etməlidir ki, imaməti müzakirə etmək və Peyğəmbərin xəlifəsi olan həqiqi imamı araşdırmaq, müştərək əqidələrdən olub və məzhəblər arası yaxınlaşmaya səbəbdir. Onda bunu niyə ixtilaf yaradan səbəblərdən sayırlar?

  Əlbəttə, onların bir dəstəsi imaməti müzakirə etməyi, zəruri saymırlar və bununla belə, bizi məzhəblər arası yaxınlaşmaya dəvət edirlər. Bununla yanaşı, onların bir dəstəsi hələ də şiələri müsəlman saymırlar.

  Onlar mücəssimə, murciə və xəvaric kimi firqələri müsəlman sayırlar, lakin bizə çatanda, nəinki islamımızda şəkk edirlər, əksinə bizi heç müsəlman saymırlar.

  Buna sübut budur ki, Səudiyyə Ərəbistanında Məsələtut-təqrib bəynə əhlis-sunnəti vəş-şiə adı ilə kitab yazıldı. Müəllifə bu kitabı yazdığı üçün, diplom verildi.

  Bu kitabın müəllifi, bəzi məsələlərə işarə etdikdən sonra, belə yazır:

Bizimlə (yəni əhli-sünnə) şiənin yaxınlaşmasının yalnız bir yolu var və o da budur ki, şiələr müsəlman olmalıdırlar. Nə qədər ki, bunlar müsəlman olmayıblar, yaxınlaşmağın mənası yoxdur.

  Amma biz onların barəsində belə demirik, əksinə bizim sözümüz budur: Gəlin Allahın kitabına və özünüzün qəbul etdiyiniz Peyğəmbər (səlləllahu ələyhi və alih) - in sünnəsinə əməl edin! Biz Səqəleyn hədisinin dəlalət və sənədini araşdırarkən, bu barədə geniş danışmışıq.1

 

 

 

 

 


[1] Əl-fisəl Fil-əhvai vəl-miləli vən-nihəl: 4/72.

[2] Şərhul-məqasid: 5/232. Əhli-sünnət mənbələrində Peyğəmərin səlləllahu ələyhi və alih , mübarək adından sonra salavat naqis formada gəlsə də, biz O həzrətin buyurduğuna əsasən, salavatı kamil formada gətirmişik.

[3] Daha çox məlumat üçün baxın: Təcridul-etiqad və onun şərhi, Şərhul-məvaqif, Şərhul-məqasid və digər kəlami mənbələr.

1 Bu hədis bu mətn ilə, Şərhul-məqasid və Şərhul-əqaidn-nəsəfiyyədə gəlibdir. Amma digər mətinlər, çoxlu qədimi təfsir, kəlam və hədis kitablarında rəvayət olubdur. Baxin: Əl-imamə fi əhəmmil-kutubil-kəlamiyyə: 154.

1 Mustədrəkul-vəsail: 12/227.

1 Bu barədə daha çox məlumat əldə etmək üçün, baxın: Bu müəllifin yazdığı, Səqəleyn hədisinə bir baxış: s 50.

1 Əddurrun-nəzid: 97.

1 Baxın:əqəleyn hədisinə bir baxış: 31-53



İstifadə olunmuş mənbələr: alarbaeen
Göndərən: Saytın rəhbəri
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər  Peyğəmbərin (s) canişin və xəlifəsinin olmasının zəruruliyi

Oxşar yazılar


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər