Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat


Bir damlaya sığan dünya

Çap\Print
Aydan Həsənova

Bir damlaya bir dünya sığa bilərmi? Sığarmış...

Bax o irəlidəki uşağa… Gözlərini zilləmiş həmyaşıdının anasının əlindən tutaraq çəkişdirdiyini izləyir. Diqqətlə bax.İndi gülümsəyəcək xəfif. Sonra sağa qıvrılan dodaqları yavaşca aşağıya doğru büküləcək, həyəcanlı parıltıları gözyaşı parıltıları əvəz edəcək. Ürəyində özünü təlkin edib ağlamağa qoymayacaq amma gözündən yanağına doğru süzülən o bir damlanı saxlaya bilməyəcək… Bax o bir damlada bir dünya yatır. Bir az kədər, bir az həsrət… Bolca xəyal, varla yox arası ümid... Körpə ağlıyla adlandıra bilmədiyi duyğular... Soruşsan, sol yanındakı küt ağrıdan bəhs edəcək daha ürəyinin yerini bilməyən körpə. Deyəcək dərman ver mənə. Susacaqsan, deyə bilməyəcəksən ona. O ağrının onu daim müşahidə edəcəyini. Tapa bilmədiyin sözlərin acizliyini yaşayacaqsan. Buna görə susacaqsan. Böyüyəndə özü adlandıracaq o ağrını. Bir az atasızlıq bir az anasızlıq... Niyə axı? Ana şəfqətini hiss etməyibsə o məsum, heç vaxt kürəyini söykəyə biləcəyi bir atası olmayıbsa bütün xoş duyğulardan məhrum qalıbsa bəs bu bilmədiyi duyğuların acısını niyə çəkir? Çiyinlərindəki yükün ona ağırlıq etdiyini bir tək mənmi görürəm? Niyə məhrum olmağı kifayət etmirmiş kimi, ona yad daha nə olduğunu bilmədiyi hisslərin, niyə duymadığı sevginin əzəbını çəkir? Niyə başını sığallayan bir əlin həsrətini çəkir? Niyə anasız-atasız hər körpədən onları soruşanda bilmirəm deyə çiyinlərini çəkdikləri halda, bilmədikləri onlara əzab verir? Bax, o damlada bu suallar yatır... Dünya gözlə gördüklərimiz qədərdi. O uşağın göz yaşında isə görmədiklərindən yaranan bir dünya var. Əlimdən bir şey gəlmir. Sadəcə bütün sevgimlə saçlarını oxşayıb, buraxmayacaqmış kimi qucaqlamaq gəlir əlimdən... Halbuki bilirəm, qollarını mənə dolayanda içində daşıdığı “gedəcəkmi” qorxusunu… Bilirəm, çünkü tərk edilmiş bütün insanlar belə edir… Çünkü itirdikləri olan insanlar, yalnız həqiqi mənada sahib olduqlarının keçici olduğunu dərk edir… Geri qalanlar isə, sanki əbədiymiş kimi bağlanırlar gördükləri hər şeyə və hər kəsə… Və o planlanmış gün gəlib çatdıqda hazırlıqsız tutulur insan. Və bu gözlənilməz itki sillə kimi dəyir üzə. Bu sillə böyüdür bizi..

 



İstifadə olunmuş mənbələr: zaer.hajj.ir\az
Göndərən: Saytın rəhbəri
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər Bir damlaya sığan dünya

Oxşar yazılar


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər