Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat


Qəlbən şikəst olma...

Çap\Print
Həsənova Aydan

Əlini itirərsən… Bir daha bir şeyə toxuna bilməz, onu tuta bilməz, hiss edə bilməzsən.

"Yandı" deyə ufuldayıb əlini çəkdiyin o anı, soyuqdan buz tutan barmaqlarını isitmək üçün geyindiyin əlcəyini axtararsan, ama nə əllərin vardır üşüyən, nə də hiss etdiyin isti, soyuq.

Ayağını itirərsən, bir daha addım ata bilməz, sərbəst hərəkət edə bilməzsən və darıxarsan tələsəndə sürətləndirdiyin, tənbəl-tənbəl, boş sahildə gəzərkən yavaşlatdığın addımların üçün. Amma geri gəlməz sənə o anlar.

Dlini itirərsən, danışa bilməzsən. Susarsan, susmağın çətin olduğu vaxtda, azadlığın sözlərdə axtarıldığı bir gündə..

Sən susgunluğun ilə kölə olarsan. Hətta uşaqkən çıxartdığın kiçik səslər üçün də darıxarsan.

Qulaqlarını itirərsən. Heç nəyi eşitməzsən. Nə ilk duydugun valideyninin səsini, nə də ki öz dediyiini.

Öz səsin sənə yad olar. Amma diqqət yetirməssən, çünkü artıq yad da olsa, duyacağın səs yoxdur. Və sən hətta gecə yatmağa qoymayan o saatın sinirləri gərən tik tak səsi üçün belə darıxarsan ..

Gözlərini itirərsən. "Əvvəl nə qədər də qaranlıqdır bu dünya"-dediyin aləmin rəngli olduğunu qavrayar və sonsuz qaranlığa həbs olarsan.

“Necə də rəngliymiş” -deyərsən dünya..

Və hətta rəngli qələmlərini alanda həvəslə tək tək yoxladığın zaman çəkdiyin mənasız xətlər üçün belə darıxarsan.

Göyqurşağını görmək üçün başını göyə qaldırmayan sən, yerdəki su yığımının yaratdığı saxta göy qurşağları üçün belə darıxarsan…

Amma əllərini itirsən də yanındaki bir dostunun əlini yanıdrarkən duyduğu acını sən də hiss edərsən ürəyində.

Yeriyə bilməsən də gözlərini yumar, getmək istədiyin yerə gedərsən xəyallarında. Nə də olsa, qəlbin ucsuz bucaqsız xəyal səması var.

Eşitməsən də, qəlb döyüntün sənə səslərin olduğunu sübut edər.

Görməsən də, dostların elə danışar ki, çöldəki göy qurşağından qəlbin ən rəngarəng çalarlara boyanar və o göy qurşağına çatmaq istəyən quş kimi çırpınar.

Sussa da dilin, qəlbindən danışır, ürəyindən keçirirsən hislərini.

Nə də olsa, qəlbinin sonsuz kəlmə xəzinəsi var. Yəni hiss edirsən ki sən yaşayırsan. Amma itirsən qəlbini onda nə göy qurşağı gözəl görünər sənə, nə duydugun səslər. Mənasız yeddi rəngin birləşməsi, boş boş danışan insanlar..

Çalış, qəlbindən şikəst olma!

Nə qədər ki əllərin var, get tut kimlərinsə əlindən!

Çarəsiz uzadılmış o əllərdən tut…

Nə qədər ki, ayaqların var, qaç İlahi sevginin beşiyinə…

Nə qədər ki, qulağın var, eşit qaranlıq, kimsəsiz küçədə kömək üçün pıçıldayan, güclə eşidilən səsi.. Səssiz çığlıqları… fəryadları…

Nə qədər ki dilin var "mən burdayam" de.

Ölməyib hələ insanlıq, insanlığın yaşadığını göstər..

Nə qədər ki gözlərin var, başını qaldır və göy qurşağına bax.

Şiddətli yağış sonrası ümid olmaq istərcəsinə çıxan göy qurşağına bax.

Və bir rəng seç… Birinə ümid ol...

Həsənova Aydan



İstifadə olunmuş mənbələr: alarbaeen.ir\az
Göndərən: Saytın rəhbəri
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər Qəlbən şikəst olma...

Oxşar yazılar


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər