Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat


Elm əhli haqda bir neçə əxlaqi məqamlar

Çap\Print
Fəyaz Şaxverdiyev

 

Heç vaxt özümüzü məğrur görməyək

Qurani-kərim bütün insanlara xitab olaraq buyurur: "Sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir."

Elm ilahi bir hədiyyədir

Beyin, əl, göz, kitab və qələm hamısı öyrənmək vasitələridir, amma elmin özü Allah tərəfindəndir. Deməli, ya vacib-müstəhəb kimi dini hökmləri, ya bir şəxsin ehtiyacını aradan qaldırmağa kömək edən biliyi və yaxud da, cəmiyyətin problemlərini həll edən elmi öyrənmək lazımdır. (Bir sözlə, insanlığa, yəni; maddi rifahımıza və mənəviyyatımıza faydalı olan elmləri öyrənməliyik. Alimin cəmiyyətdəki məqamı, rolu və təsiredici qüvvəsi məhz bu ehtiyacları təmin etməkdə aydın müşahidə olunmalıdır.) Necə ki, hədisdə oxuyuruq: "Bir alim dünyadan getdiyi zaman, cəmiyyətdə bir boşluq yaranar ki, heç bir şey onun yerini doldurmaz". Həmçinin, bu hədisə görə, alimə və elmə müraciət olunmağın zərurəti anlaşılır. Əgər müraciət etməsək ictimaiyyətdə qarışıqlıq yaranacaq.

Elmi dünya üçün istəməyək

Hədisdə oxuyuruq: "Hər kəs, elmi elm əhlindən öyrənib, əməl etsə nicat tapar. Amma elmi öyrənməkdə hədəfi dünya olan şəxs üçün onun faydası, həmin dünya (malı) olacaq".

Başqa bir hədisdə oxuyuruq: "Hər kəs, dünya mənfəəti üçün elmin arxasınca gedərsə, axirət faydasından bəhrələnməyəcək, lakin əgər onun hədəfi axirət olarsa, Allah axirətin və dünyanın xeyrini ona verəcək".  

Elm öyrənmək lovğalıq üçün olmamalı

İmam Baqir (ə) buyurur: "Hər kəs alimə rəqabət etmək, mübahisədə qalib gəlmək və yaxud camaatın diqqətini özünə cəlb etdirmək üçün elm öyrənsə, onun yeri cəhənnəmdir."

Haqqı bəyan etməkdə başqalarından çəkinməmək

Qurani-kərimdə belə buyurulur: "Allahın (buyurduğu ilahi) vəzifəni (icra edib) və (Onun) hökmlərini (camaata) çatdıran şəxslər, (yalnız) Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar." Necə ki, Həzrət İbrahim (ə) ulduza, aya və günəşə pərəstiş edənlərə haqqı bəyan edərkən cəsarətlə və yetərli dəlillərlə söhbət etdi. (Diqqət etmək lazımdır ki, yuxarıda söylənildiyi kimi, alim hədəfini maddi dünyanın bər-bəzəklərinə çatmaq üçün deyil, daha uca və ülvi dəyərlərə sövq verməlidir. Bu məsələnin psixoloji cəhətdən elm öyrənən şəxsin, bir alim kimi şəxsiyyətinin formalaşmasına mənfi təsir qoyduğunu nəzərdən qaçırmaq olmaz. Sırf dünya malına çatmaq üçün elm öyrənən şəxs, insanlığa və mənəvi dəyərlərə xidmət etmək məqsədi daşımadığına görə, sədaqət, mərhəmət kimi gözəl xüsusiyyətlərə malik olmayaraq, cəmiyyətdəki mənfi məqamların islahı və sair məsələlərdə passiv və bəzən də, şər qüvvələrə xidmət edərək, olduqca zərərli rol oynaya bilər. Bu səbəbə də, dinimiz daim belə alimləri sərt tənqid etmiş və elm öyrəndikdə ali-uca hədəfləri düşünməyə təşviq etmişdir. Mütərcim.)

Camaatı öz düşüncələri həddində başa salmaq

Qurani-kərimdə buyurulur: "Peyğəmbərlər ki, bəşər müəllimləri idilər, öz qövmlərinin dili ilə danşırdılar." Müasir zəmanədə, müəyyən məqsəd və düşüncəni insanlara daha yaxşı başa salmağın yollarından biri də, nümayiş və hünər ola bilər. Həmçinin, bir mühüm məsələni, (hökmən qarışıq və çətin elmi ibarələrlə deyil,) daha uyğun bir misalla anlatmaq da olar. (Ümumiyyətlə, Məsumlarımızın (ə) mənəvi təbliğ və elmi müzakirə metodlarını araşdırdıqda görərik ki, onlar daim ilk növbədə qarşı tərəfin qavrayış həddinə diqqət etmiş və ona uyğun olaraq söhbət etmişdir. Bəzi şəxslərlə, qısa və dolğun cümlələr söyləyərək qane etmiş, lakin bəzi insanlara uzun-uzadı elmi məqamları şərh etmişdir. Bəzən insanları misallarla başa salmış, bəzi vaxtlar isə birbaşa həqiqəti açıb-söyləmişdir. Bir sıra şəxsləri cəhənnəm əzabı ilə qorxudaraq pis əməllərdən çəkindirmiş, amma bəziləri ilə belə davranmayaraq, əksinə ilahi rəhmətini cilvələndirərək, onları pis əməllərdən uzaqlaşmağa sövq etmişdir. Deməli, hər bir alim, cəmiyyətdəki insanların psixologiyasını da düzgün qavramağı bacarmalıdır. Mütərcim.)  

Nümayiş üslubundan bəhrələnmək

Bəzən sualın cavabını, əməli surətdə və misalla (daha gözəl) açıqlamaq mümkündür. Belə ki, Quran təfsirində deyilir: Həzrət İbrahim (ə) bir dənizin kənarından keçirdi. Dənizin kənarına düşmüş bir quşun cəsədini gördü, onun bir qismi suda, bir qismi torpaqda idi. Quşlar və dənizin heyvanları, onun hər bir tərəfini yemişdilər. O, həzrət öz-özünə dedi: Əgər bu hadisə insanın başına gəlsə və insanın bədən üzvləri başqa canlılara keçsə (onların hüceyrələrinə hopsa), qiyamətdə bunlar necə bir yerə yığılaraq diriləcəklər?

O, buna görə də, Allah-taaladan ölülərin dirilmə üslubunu əməli şəkildə müşahidə etməyi xahiş etdi. Allah-taala İbrahimə (ə) dörd quşu öldürüb, ətlərini bir-birinə qarışdırıb və onları bir neçə dağların başına qoyaraq, ardınca bir-bir səsləməyi əmr etdi. Bu dörd quşun bir-birinə qarışmış bədənləri, bir yerə cəm olub və əvvəlki formasına düşdü.

Başqa bir nümunə: Xorasan məntəqəsindən bir nəfər İmam Sadiqin (ə) hüzuruna gəlib, soruşdu: Minlərlə şiəniz (tərəfdarınız) olduğu halda, nə üçün qiyam etmirsiniz? Həzrət Sadiq (ə) (yaxınlıqdakı) alovlu təndirə işarə edərək, buyurdu: "Təndirin içinə gir."

Sual verən şəxs, qorxdu və təndirə girmədi. Bu zaman bir nəfər onların yanına gəldi. İmam (ə) ona da buyurdu: "Ayaqqabılarını çıxart və təndirə gir. O, İmamın (ə) əmrini yerinə yetirdi. Həzrət Sadiq (ə) xorasanlı kişidən soruşdu. Dediyin şiələrdən neçə nəfər bu cür əmrimə itaət edərlər? Xorasanlı kişi dedi: Hətta bir nəfər belə yoxdur. İmam (ə) buyurdu: "Biz öz zəmanəmizi tanıyırıq."

 

Fəyaz Şaxverdiyev

 

 



İstifadə olunmuş mənbələr: Elm əhli haqda bir neçə əxlaqi məqamlar
Göndərən: Saytın rəhbəri
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər Elm əhli haqda bir neçə əxlaqi məqamlar

Oxşar yazılar


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər