Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat


İmam Sadiq (ə)

Çap\Print
İmam Sadiq (ə)

  Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (ə), anası isə Ümm Fərvə olmuşdur.

  İmam Sadiq (ə) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

  İmam Sadiqin (ə) elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə, həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu tərifləyirlər.

Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.”[1] O həmçinin, deyirdi: “Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi: “Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur, onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki, Cəfər ibn Məhəmməd (ə) (İmam Sadiq) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki, heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (İmam Sadiq (ə)) tutub dedi: “Bu, Əbu-Hənifədir.” O cavab verdi ki, tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq (ə)) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa, dərhal cavab verirdi ki, sizin bu məsələ barədə əqidəniz filan, Mədinə əhalisinin əqidəsi filan, bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur, bəzilərində Mədinə əhalisi ilə, bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiqə (ə) işarə edərək dedi: “O, insanların ən alimi, onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”[2]

  Maliki məzhəbinin banisi Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim.[3] Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”[4]

  Şeyx Müfid yazır: “O Həzrətdən o qədər elm söylənilib ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”[5]

  İmamətin İmam Sadiqə (ə) ötürülməsi imamiyyə şiələri tarixində yeni bir dövr sayılır. Çünki bu dövr bu məzhəbin qayda-qanunlarını bəyan etmək, ona yeni təşəkkül vermək üçün ən gözəl fürsət sayılırdı. Belə ki, bu dövr həm siyasi baxımdan və həm də mədəni baxımdan diqqətçəkicidir. Bu dövr hakimiyyətin Bəni-Üməyyədən Bəni-Abbasa ötürüldüyü bir dövrdür. Əslində bu çəkişmə müəyyən qədər İmam (ə) və şiələr üzərində olan təzyiqləri azaltdı.

  Bununla yanaşı bu dövrdə vəziyyətin dolaşıq olmasını, kəskin hərəkatları, tarixi hadisələri, əhli-hədisin qeyri-prinsipial mövqelərini də unutmaq olmaz. Mədəni baxımdan, İmam Sadiqin (ə) dövrü, elə bir dövrdür ki, fiqh, hədis yazma və yayma  kimi İslam elmləri və eləcə də yunanlılar tərəfindən əsası qoyulmuş kəlam elmi üzə çıxdı.

  İmam Sadiqin (ə) dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması, həm də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin, eləcə də yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli çıxmışdı. O dövrdə Mötəzilə, Cəbriyyə, Mürciə, Qulat,[6] Zənadiqə,[7] Müşəbbihə, Mütəsəvvifə,  Mücəssəmə, Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini yaymağa çalışmışlar. Bundan da əlavə, islami elmlərin hər birində o elmin alimləri arasında fikir müxtəlifliyi yaranırdı. Məsələn, Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid elmlərində qızğın mübahisələr yaranır, hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.

  İmam Sadiq (ə) şiə imamları arasında belə bir fürsət səbəbindən, əhli-beyt elmini yaymaq və digər tərəfdəndən digər müsəlman firqələri, eləcə də qalilər və ateistlər qarşısında şiə məzhəbini qoruyub-saxlamaqda, onun müdafiəsində çox çalışdı.

 


[1] -Təzkirətül-hüffaz, c. 1, səh. 166.

[2] -"Biharül-ənvar", c. 47, səh. 217.

[3] -Təhzibüt-təhzib, c. 1, səh. 88.

[4] -əl-İmamüs-Sadiq vəl məzahibül-ərbəəh, c. 1, səh. 53.

[5] -əl-İrşad, səh. 270.

[6]- əl-İmamüs-Sadiq vəl-məzahibül-ərbəə.

[7] -Zənadiqə firqəsi Allahı və bütün dinləri inkar edən bir məzhəb olmuşdur.

 



İstifadə olunmuş mənbələr: Məsum İmamların (ə) imamət tarixi
Göndərən: Saytın rəhbəri
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər İmam Sadiq (ə)

Oxşar yazılar


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər