Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat


Hz. Cəfər Sadiq (ə) -Yazılı mədəniyyətin bünövrəsi

Çap\Print
Hz. Cəfər Sadiq (ə) -Yazılı mədəniyyətin bünövrəsi

İmam Sadiq (ə) İslam elmlərinin yaşanması, pərakəndəlikdən toplum halına gəlməsi naminə, şiənin və İslam alimlərinin ixtiyarında olan fürsətdə, dini mədəniləşmə, İslam irsinin gələcək nəsillərə, əsrlərə ötürülməsi və eləcə də, elmlərim genişlənməsi və yazılması işi ilə məşğul olmağa başladı. Xüsusilə xəlifələrin hədis yazmağı qadağan etməsini və daha sonra yazı mədəniyyətinin müsəlmanlar arasında rəvac tapmasını da nəzərə alsaq, məsələ daha əhəmiyyət kəsb edir.

Yazılı mədəniyyətin ziyanlarının, eyiblərinin islahı tədrici bir məsələ olub, zaman tələb edir. İmam Baqir (ə) təlim mərkəzi və kitabla öyrətmə üsulunu genişləndirməyə əhəmiyyət verdisə, İmam Sadiq (ə) də rəsmi olaraq elmlərin yazılması, tədvin edərək kitab halına salınması  istiqamətində hərəkət etdi. Bu işdə əvvəlcə həzrət özü bəzi elmləri yazılı olaraq mətn üzərindən təlim edir və bəzən də müəyyən kitabları tədris edirdilər. Zürarə bu haqda deyir: “İmam Baqir (ə) İmam Sadiqə (ə) buyurdu ki, irs yetişmiş Səhifəni mənə oxusun”.[1]

İmam Sadiqin (ə) bu əhəmiyyəti, səyi nəticəsində idi ki, onun şagirdləri İslam elmlərinin müxtəlif sahələrində risalələr, kitablar yazmağa başladılar. Misal olaraq İmam Sadiqin (ə) sayılıb seçilən şagirdi və İmam Kazimin (ə) də əshabından olan Məhəmməd ibn Nöman Əhvəli göstərmək olar. Bu şəxsiyyət bir neçə yazılı kitabın, o cümlədən “kitabul-imamə” və “kitabur-rəddi ələl-mötəzilə fi imamətil-məfzul” əsərlərinin müəllifidir.[2]

İmam (ə) Peyğəmbərin (s) “elmi qeydə alın” deyə buyurduğu təlimlərinə əsaslanaraq, öz şagirdlərinə, zəkalı şiələrə tövsiyyə edirdi ki, elmi yazılı hala gətirsinlər. Eləcə də alimlərə xitabən belə təkid edir: “öz yazılarınızı qoruyub saxlayın, çünki tezliklə onlara ehtiyac olacaq”.[3]

İmam öz əshabını, alimləri elmləri yazmağa həvəsləndirmək üçün, öz şagirdlərinin əsərlərini redaktə edirdi. Rəvayətdə gəlib ki,  İmam Sadiqin (ə) şagirdlərindən, dostlarından biri olan Übeydullah, öz yazdığı kitabı İmam Sadiqə (ə) göstərdikdə, həzrət onu redaktə edir. İmam (ə) onu mütaliə edərkən şagirdlərinə buyurur: “onlar fiqhdə onun və Übeydullah kimi deyillər. Onun kitabı, şiənin yazdığı ilk kitabdır”.[4]

 


[1] - Həmin qaynaq, c.  4, səh.  11

[2]  -Şəhristani, əl-Miləl vən-Nihəl, c.  1, səh.  187; Əhməd ibn Əli ibn Əhməd Nəcaşi, Ricalun-Nəcaşi, səh.  228

[3] - Məhəmməd ibn Həsən Tusi, əl-Əmali, səh.  95

[4] - Həmin qaynaq; İxtiyaru mərifətir-rical (ricali Kəşşi) tədqiq: Məhəmmədtəqi Fazil Meyibodi və Seyid Əbulfəzl Musəviyan, səh.  56

 



İstifadə olunmuş mənbələr: Məsum İmamların (ə) imamət tarixi
Göndərən: Saytın rəhbəri
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər Hz. Cəfər Sadiq (ə) -Yazılı mədəniyyətin bünövrəsi

Oxşar yazılar


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər