Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat


İmam Sadiqin (ə) əzəmətli xüsusiyyətləri

Çap\Print
İmam Sadiqin (ə) əzəmətli xüsusiyyətləri

 

İmam Sadiqin (ə) əzəmətli elmi

İmam Sadiq (ə) özünün aydın zəkası, dəqiq baxışı ilə elmlərinin sinəsini yararaq, dünyanı öz elmi ilə doldurdu. O da buyurur: “məndən sual edin, məni əldən verməmişdən öncə. Həqiqətən məndən sonra heç kəs mənim kimi sizə hədis söyləməyəcək”.[1]

And olsun Allaha ki, mən Allahın kitabı haqda (əvvəldən sonadək) o qədər məlumatlıyam ki, sanki Allahın kitabı mənim ovcumdadır və orada səmanın, yerin və baş verən və qiyamətədək baş verəcək hər bir hadisənin xəbərləri orada gəlmişdir. Allah-taala özü buyurub ki: onda hər şeyə aydınlıq gətirilir (Nəhl, 82-ə işarədir).[2]

İmam Sadiqin (ə) elmi genişliyinin ən böyük cilvəsi, o həzrətin elm dəryasından dörd min nəfərin sirab olaraq, bütün İslam mədəniyyətlərində elmi, mədəniyyəti yaymaları, dini düşüncə və şəri hökmlər bayrağını qaldırmalarıdır.

İmam Sadiqin (ə) kərəmi, səxavəti

İmam Sadiq (ə) dövrünün ən əliaçıq insanlarından olub, fəqirlərin rifah halının yaxşılaşması üçün öz var-dövlətindən bəxşiş edirdi. İmam Sadiqin (ə) kərəmi, bəxşişi haqda ravilərin nəql etdiyi hekayələrdən bəzisini oxuyacaqsınız:

Bir gün Əşcə Sülləmi İmam Sadiqin (ə) yanına gəldikdə, həzrəti xəstə gördü. Əşcə, İmam Sadiqin xəstəliyinin səbəbi haqda soruşduqda, İmam Sadiq (ə) ona belə buyurdu: mənim xəstəliyim haqda soruşma, de görüm hansı hacət üçün mənim yanıma gəlmisən?

Əşcə o həzrətin cavabında belə bir məzmunda şer oxudu:

“Allah həm yatar halda, həm oyaq halda afiyət (sağlamlıq) libası geyindirsin. Və sənin həyatından başqalarından (nəsə) istəmək zillətini aradan qaldırdığı kimi, cismindən və canından xəstəliyi aradan qaldırsın”.

  İmam (ə) onun hacətini bildikdə, öz qulamına dedi: üzərində nə qədər var? Qulam dedi: dörd yüz dinar. İmam göstəriş verdi ki, dörd yüz dinarı Əşcəə versinlər.[3]

İmam Sadiqin (ə) düzdanışanlarından və ravilərindən olan Mufəzzəl ibn Rummanə, həzrətin hüzuruna gələrək, kasıbçılığından şikayətləndi və İmam Sadiqdən istədi ki onun üçün dua eləsin. İmam (ə) öz kənizinə buyurdu ki, Əbu Cəfər Mənsurun bizə hədiyyə verdiyi kisəni gətir. Kəniz o kisəni gətirdi. İmam Sadiq (ə) ona buyurdu: “bu kisədə dörd yüz dinar var. Bunu al öz yaşayışına xərclə”. Mufəzzəl dedi: yox, Allaha and olsun. Sənə qurban olum. Məqsədim bu deyildi. Yalnız istəyirdim ki, mənə dua edəsən. İmam Sadiq (ə) buyurdu: “sənin haqda duamı əsirgəməyəcəm”.

Bir fəqir İmam Sadiqdən (ə) kömək istədi. İmam dörd yüz dinar ona verdi. Fəqir o pulları aldı və şükür edə-edə oranı tərk elədi. İmam Sadiq (ə) öz xadiminə dedi: “onu qaytar”. Xadim dedi: o sizdən bir şey istədi, siz də onu verdiz. Ətadan sonra indi nə iş qalıb ki? İmam Sadiq (ə)  buyurdu: Peyğəmbəri-Əkrəm (s) buyurub: “ən gözəl sədəqə budur ki, alanı ehtiyacsız eləsin”. Biz isə bu saili ehtiyacsız eləmədik. Bu üzüyü ona ver. Mən  bu üzüyü on min dirhəmə almışam, ona desin ki, onu satmaq istəsə, həmin qiymətə satsın”.[4]

İmam Sadiqin (ə) səxavəti və xeyirxahlıq sevgisinə dəlalət edən nümunələrdən biri də budur ki, həzrətin Mədinənin yaxınlığında bağı var idi. “Eyni ziyad” adı ilə tanınan bu bağda çoxlu xurma ağacları var idi. Xurma yetişən vaxt, öz işçilərinə, vəkillərinə göstəriş verirdi ki, bağın divarında yarıqlar açsınlar ki, camaat bağa girib xurmalardan yesinlər. O həzrət bağa gələ bilməyən bağın qoca, zəif və xəstə qonşularının vəziyyətini nəzərə alaraq, buyururdu ki, onların hər biri üçün bir qədər pişkeş etsinlər. Daha sonra buyururdu ki, işçilər yerdə qalanı Mədinəyə aparıb onun çoxunu zəiflər və müstəhəqlər arasında bölsünlər. O bağın xurmasının məhsulu dörd min dirhəm edirdi ki, o həzrət onun üç min dirhəmini Allah yolunda verirdi və təkcə onun min dirhəmi həzrətə qalırdı.[5]

O həzrətin kərəmin cilvələrindən biri də bu idi ki, o həzrət yoxsullara, fəqirlərə o qədər təam, libas verirdi ki, öz ailəsinə təam və libas qalmırdı.[6]

Bir gün o həzrət nahar yeməyə məşğul idilər. Bir kişi salam vermədən həzrətin yanından keçdi. İmam onu yeməyə dəvət elədi. Hazırlardan bəzisi dedilər ki, sünnə budur ki, o əvvəl salam verməli, daha sonra yeməyə dəvət olunmalıdır, hansı ki bu kişi bilərəkdən salam vemədi. İmam (ə) məlahətli  bir təbəssümlə üzünü o kişiyə çevirərək buyurdu: “bu İraq fiqhi, paxıllıqla qarışıb...”.[7]

 

İmam Sadiqin (ə) gizli sədəqələri

Gizli sədəqə vermək, Allahın çox sevdiyi üstün   işlərdən biridir. Çünki bu xüsusi əməl heç bir dünyəvi qərəzə aludə olmamışdır. Bu isə bütün məsum imamların (s) ənənəsi olmuş, o ağaların hər biri tanınmaz şəkildə bir dəstə fəqirlərin qəyyumluğunu öhdələrinə götürmüşlər. İmam Sadiq (ə) gecənin qaranlığında qalxaraq evindən xaric olur və içərisi çörək, ət və pulla dolu olan kisəni öz mübarək çiynində daşıyır, onu Mədinənin fəqirlərinə apararaq, onların arasında bölürdü; hansı ki, onlar həzrəti tanımırdılar. Həzrət dünyadan köçərək Allahın dəvətinə ləbbeyk dedikdən sonra, gizli sədəqələr kəsildikdə, anladılar ki, o pulları, çörəkləri gətirən İmam Sadiq (ə) imiş.[8]

 Dediklərimizə nümunə olaraq İsmayıl ibn Cabirin nəql etdiyi hekayəni göstərmək olar. O deyir: İmam Sadiq (ə) içərisində əlli dinar olan bir kisə verərək dedi: “bu kisəni bəni-Haşimdən olan filankəsə ver və mənim göndərdiyimi ona demə”. Mən həmin şəxsin yanına gedərək, kisəni ona verdim. O mənə dedi: bu pullar haradandır? Ona dedim: bu, tanımağını istəmədiyin şəxs tərəfindəndir. O ələvi dedi: bu şəxs həmişə, hər vəziyyətdə mənim üçün belə bir pul göndərir, mən də bu pulla keçinirəm ta növbəti pul gələnə kimi. Amma bilmirəm necə olur ki, Cəfər ibn Məhəmməd çoxlu malı olmasına baxmayaraq, öz malından bir dirhəm belə mənə yardım göstərməmişdir.[9]

 

İmam Sadiqin (ə) qonaqpərvərliyi

İmam Sadiqin (ə) səxavətinin, kərəminin digər cilvələrindən biri də, o həzrətin qonaqpərvərliyi olub. O qonaqları çox sevir, onlara hörmət edirdi. O həzrət şəxsən özü qonaqlara qulluq edir və ən ləziz yeməkləri çox miqdarda qonaqlara gətirir və yemək zamanı təkrarən  belə buyururdu: “sizlərdən hər kim bizi çox istəyirsə, bizim yanımızda çox yemək yesin”. O həzrət hər gün nahar vaxtı göstəriş verirdi ki, yeməklə dolu on tabaq süfrəyə qoysunlar; hər tabaqdən də on nəfər yemək yeyirdi.[10]

 

İmam Sadiqin (ə) təvazökarlığı

İmam Sadiq (ə) şəxsiyyətinin cilvələrindən biri də bundan ibarət idi ki, müsəlmanların sərvəri, minyonlarla insanın rəhbəri olmasına baxmayaraq, özünü heç kim bilir və şiddətli şəkildə təvazökarlığı sevirdi. Həzrətin təvazökarlığının əlamətlərindən biri bu idi ki, bahalı xalçaların üzərində əyləşməkdən çəkinər və həsirin üzərində əyləşərdi.[11] O həzrət daima təkəbbürlülərə nifrət edər və onlara (bunu) irad tutardı. Bir gün qəbilələrin birindən keçirdi.  Bir kişiyə üzün çevirərək buyurdu: “bu qəbilənin böyüyü kimdir?” Kişi o həzrətin sualının cavabında dərhal dedi: Mən. İmam (ə) onun bu halətindən xoşu gəlmədi. Həzrət ona dedi: “əgər sən ağa, böyük olsaydın bu sürətlə mən deməzdin”.[12]

İmam Sadiqin (ə) təvazökarlığının digər nümunələrindən biri də budur ki: bir kəndli kişi bir neçə gün İmam Sadiqin (ə) xidmətinə gəlirdi. İmam Sadiq (ə) bir müddət ondan xəbərsiz idi. Öz əshabından onun haqda soruşdular. O şəxsi mühüm saymayan əshabdan biri, həzrətə xitabən belə dedi: o nibtidir (müəyyən bir qövmə bağlıdır). İmam (ə) onun sözünü bu cür rədd etdi ki: hər bir şəxsin əsli onun əqli, şəxsiyyəti və dinidir. Hər bir şəxsin kəraməti də onun təqvasıdır, bütün insanlar Adəmdən törənməkdə eynidirlər. Bu sözü deyən şəxs (öz sözündən) utandı.[13]

 

İmam Sadiqin (ə) səciyyəvi əxlaqı

İmam Sadiq (ə) islami və insani əxlaqın yüksək mərtəbəsinə yiyələnmişdir. İmam Sadiq (ə) öz cəddi Peyğəmbərin böyük əxlaqının (hansı ki, Həzrət Rəsul bu əxlaqla digər peyğəmbərlərdən fərqlənir) davamı olan gözəl əxlaqı ilə, camaatın ürəyini özünə çəkə bilmiş, onların məhəbbətini özünə cəlb edə bilmişdir.

Bu səciyyəvi əxlaqın əlaməti bu idi ki, o həzrətə pislik edənə, yaxşılıq edərdi. Həcc mövsümündə öz pul kisəsini itirdiyini güman edərək onu axtarmağa başlayır. Peyğəmbərin məscidində namaz qılmaqla məşğul olan İmam Sadiqdən  başqa heç kəsi görmədikdə, o həzrəti tanımadığından həzrət yapışdı ki, mənim pul kisəsimi sən götürmüsən. İmam tam yumşaqlıqla ona dedi:

Kisədə nə var idi? O kişi dedi: min dinar. Imam min dinar ona verdikdə, kişi öz yoluna davam elədi. Mənzilə çatanda öz pul kisəsini tapdı. Məscidə qayıdaraq üzrxahlıq etmək üçün İmamın yanına qayıtdı və min dinarı həzrətə verdi. İmam (ə) o pulu almaqdan çəkinərək buyurdu: “mən əlimdən çıxan şey, bir daha mənim əlimə qayıtmıt”. Kişi mat-məəttəl qalaraq soruşdu: bu şəxs kimdir? Ona dedilər: bu Cəfər Sadiqdir. Kişi elə gedə-gedə öz-özünə deyirdi: bəli, elə bu cür işlər, belə adamların işidir.[14]

Bu İmam Sadiqin (ə) şərafəti, onun yüksək əxlaqı idi ki, onu təsdiq etməyə və pulu ona verməyə kişini vadar elədi.

İmam Sadiq (ə) buyurub: biz əhli-beytin mürüvvəti, bizə zülm eləmiş kəsləri bağışlamaqdır.[15]

İmam Sadiq (ə) həmişə özünün kərimcəsinə olan əxlaq yağışını məclisdə olanların üzərinə yağdırırdı. Hətta əhli-sünnə olan bir şəxs o həzrətin məclisi haqda  belə demişdi: “And olsun  Allaha, heç bir məclisi onunla oturduğum məclis kimi bəhrəli görmədim”.[16]

 

İmam Sadiqin (ə) səbiri

İmam Sadiqin (ə) bariz əxlaqi sifətlərindən biri də, o həzrətə yetişən müsibətlər, böyük mehnətlə qarşısında cəzə etməməsi, səbir etməsidir. O həzrətin səbirinin nümunələrindən biri İsmail adlı oğlunun dünyadan getdiyi vaxt idi. Elə bir övlad ki, ədəb, elm və fəzilət baxımından diqqətləri özünə yönəltmişdi. İmam İsmailin ölümündən sonra, əshabından bir dəstəni dəvət edərək onlar üçün geniş süfrə açaraq, ən gözəl yeməkləri hazırladı. Onlar yemək yedikdən sonra əshabdan biri həzrətdən soruşdu: mənim mövlam, mən sizdə əldən getmiş övladınız üçün qəm-qüssənin nişanəsini görmürəm. İmam (ə) onun cavabında buyurdu: mən necə də gördüyünüz kimi olmayım, bir halda ki ən düzdanışanların düzdanışanı (yəni, cəddi Peyğəmbər) haqda nəql olunub ki, öz əshabına belə buyurub: mən öləcəm, siz də öləcəksiniz.[17]

İmam Sadiqin (ə) səbiri

İmam Sadiqin (ə) Allahın ibadətinə, itaətinə üz gətirməsi onun ən bariz sifətlərindən biridir. O həzrət öz zamanında hamıdan çox Allaha ibadət edir və öz ibadətində ən yüksək səviyyədə ixlasa riayət edirdi. O həzrətin ibadətinin  xülasə şərhini gətiririk:

Namaz: Namaz İslamda ən üstün, ən əhəmiyyətli ibadətlərdən sayılır və İmam Sadiq (ə) bir çox hədislərində bu məsələni vurğulamışdır:

Allahı dərk etməkdən sonra, namaz kimi heç bir əməl insanı Allaha yaxınlaşdırmır.[18]

Eləcə də buyurur: Qiyamət günü Allah yanında ən üstün əməl namazdır və heç kəs dəstəmaz alarkən gözəl dəstəmaz alan bəndədən üstün deyil.[19]

Yenə o həzrət buyurur: namaz hər bir təqvalının Allaha yaxınlaşma vasitəsidir.[20]

O həzrət bir daha namaz haqda buyurur: Allah (ə. c.) yanında əməllərin ən sevimlisi namazdır. Namaz peyğəmbərlərin son vəsiyyətlərindəndir. Qusl verən, dəstəmaz alan və dəstəmazı gözəl alan, sonra bir xəlvətə çəkilərək Allahdan başqa heç kəsin görmədiyi və rüku və səcdə edərkən yalnız Allahın ona hakimiyyətini olduğu bir xəlvətə çəkilən kişinin işi nə gözəldir. Bəndə səcdəyə gedərkən səcdəsini uzatsa, İblis nalə edir ki, vay olsun mənə. Ona itaət elədilər, mən isə itaətsizlik. Ona səcdə etdilər, mən isə (bundan) çəkindim).[21]

Əbu Bəsir deyir: İmam Sadiqin (ə) şəhadətindən sonra, başsağlığı üçün İmam Sadiqin (ə) həyat yoldaşı Ummu Həmidənin yanına getdim. Ağladı, mən də onun ağlamağının təsirindən ağladım. Sonra dedi: ey Əba Məhəmməd, ölüm zamanı İmam Sadiqi görsəydin, hökmən təəccüblü bir şey görərdin. O ölüm zamanı gözlərini açaraq dedi:  “mənim bütün qohumlarımı mənim yanıma çağırın”. Ummu Həmidə deyir: biz hətta qohumlardan bir nəfəri belə yerdə qoymadıq, hamısını onun yanına çağırdıq. O həzrət onların hamısına bir nəzər etdikdən sonra  buyurdu:

“Bizim şəfaətimiz namazı yüngül sayanlara yetişməyəcək”.

Qeyd etmək lazımdır ki, İmam Sadiq (ə) nafilə namazlarının heç birini tərk etmir və bütün nafilə namazlarını xuzu və xuşu ilə, hüzuri-qəlblə yerinə yetirirdi. İmam Sadiq (ə) namaz qılmaq qərarına gəldikdə, o həzrətin üzünün rəngi saralırdı və o həzrətin bütün bədən üzvləri Allahın qorxusundan lərzəyə gəlirdi.

O həzrətdən dualar məcmuəsi yadigar qalmışdır ki, dəstəmaz alarkən və namaza yönələrkən qünut zamanı və namazdan sonra o həzrət bu kəlmələr vasitəsilə Allahla nəcva etmişdir.[22]

B) Oruc: Oruc İslamın mühüm ibadətlərindən biri sayılır. Bunun da səbəbi budur ki, bu ibadət önəmli ictimai, tibbi və əxlaqi təsirlərə malikdir. Oruc, İmam Sadiqin (ə) buyurduğu kimi cəhənnəm odu qarşısında bir qalxandır.[23]

İmam Sadiq (ə) oruc tutanları oructutmanın əxlaqı və ədəblərilə bəzənməyə belə təşviq edir:

Elə ki oruc tutdun qulağın, gözün və dilin də oruc olmalı, qəbahətə və harama açılmamalıdır. Cidalı (yersiz mübahisə edərək söz güləşdirməyi) tərk et, öz xidmətçini incitmə, orucun vüqarını qoru, nəbadə oruc tutmadığın günlərlə oruc tutduğun gün eyni olsun.[24]

İmam Sadiq (ə) özünün şərafətli ömrünün günlərinin çoxunu Allah-taalaya yaxınlıq qəsdilə oruc halında idi. Bu məsələ Ramaza ayında özünə başqa bir forma alırdı. O həzrət vəsfəgəlməz bir şövqlə, həvəslə Ramazan ayının pişvazına gedirdi. Mübarək Ramazan ayının hilalını görmək vaxtına, eləcə də mübarək qədr gecələri, fitr və qurban bayramı günlərinə aid bir neçə mühüm dua o həzrətdən bizə yetişmişdir.

Həcc: Həcc özünün müqəddəsliyi, mənəviyyatı ilə yanaşı, İslam aləmində hər il bərpa edilən ən mühüm siyasi-ibadi toplantıdır.

Müsəlmanların istər iqtisadi, istər siyasi və ya daxili və xarici problemləri bütünlüklə həcdə hamının gözü önündə ortaya gəlir. Həcc dünya müsəlmanlarının bir-birlərilə tanış olmaları üçün ən mühüm ünsiyyət vasitələrindən biridir. İmam Sadiq (ə) dəfələrlə həcc əməlini yerinə yetirmiş və bu səfərlərlə bir sıra müsəlman hacıları ilə görüşmüşdür. İmam Sadiq (ə) bu görüşlərin hamısında onların müəllimi və həcc məsələlərinin irşadçısı olmuşdur. O həzrət və atası İmam Məhəmməd Baqir (ə) həcc məsələlərini təfsilatı ilə bəyan etməyə həmişə çalışmışlar. Hədisçilər, fəqihlər bu mühüm vacib əməlin hökmlərini bu iki böyük şəxsiyyətin dilindən yazmış, qeydə almışlar. Demək olar ki, bu iki şəxsiyyət olmasaydı, həcc məsələləri, onun hökmləri heç vaxt bilinməzdi.

İmam Sadiq (ə) həcc mərasimin təvafdan, ərəfatda və minada vuqufdan tutmuş digər bütün əməllərinə kimi hamısını kamil xuzu və xuşu ilə yerinə yetirirdi.

Bəkr ibn Məhəmməd Azdi deyir: təvaf edirdim, mənim kənarımda İmam Əbu Əbdillah əs-Sadiq  (ə) idi. O həzrət təvafı qurtardıqdan sonra, bir ayrı səmtə gedərək rukni-beytlə həcərül-əsvəd arasında iki rükət namaz qıldı. Namazın səcdəsində belə dediyinin eşitdim:

İlahi! Mənim üzüm sənin bəndəliyindən, ubudiyyətdən sənin dərgahında torpağa düşüb, həqiqətən səndən başqa məbud yoxdur. Hər şeydən əzəl və hər şeydən sonra olan sənsən. Bu isə mənəm ki sənin hüzurunda dayanmışam, alnımın tükü sənin əlindədir. İlahi, məni bağışla, həqiqətən böyük günahı səndən başqa heç kəs bağışlamır. Elə isə məni bağışla, mən günahlarıma etiraf etmişəm. İlahi məni bağışla ki, böyük günahı səndən başqa heç kəs bağışlamır.

Daha sonra mübarək başını səcdədən qaldırdı. Sanki üzünü suya salmış kimi, əşkin şiddətindən islanmışdı.[25]

Həmmad ibn Osman deyir: Əba Əbdillah Cəfər ibn Məhəmmədi gördüm ki, ərəfat çölündə (vuquf zamanı) Peyğəmbəri-Əkrəmin vuquf etdiyi yerdə əlini səmaya qaldırmışdı və əllərinin içi səmaya doğru idi.[26]

O həzrət Kəbə evindən xaric olarkən belə deyirdi:

Allahu əkbər, Allahu əkbər, Allahu əkbər. İlahi bizim imtahanımızı ağır eləmə. Bizim düşmənlərimizi bizə şəmatətçi qərar vermə. Həqiqətən sən həm zərər yetirən və həm də mədəd edənsən (xeyir yetirənsən).[27]

Həfz ibn Ömər (Əli ibn Yəqtinin azançısı) deyir: biz həmişə bu hədisi nəql edərdik ki, hicrətin 140-cı ilinin həccində insanların ən yaxşısı camaatın arasından qalxacaq. Mən həmin ili həccə getdim. Birdən gördüm ki, İsmayıl ibn Əbdullah ibn Abbas (həccin əmiri olaraq) ayağa qalxdı. Mən bu səhnəni gördükdə, çox narahat oldum. Amma çox keçmədi ki, gördüm Cəfər Sadiq (ə) atın üzərində süvar olub dayanıb. Qayıtdım öz əshabıma müjdə verərək dedim: bizim rəvayət etdiyimiz insanların ən yaxşısı budur.[28]

İmam Sadiq (ə) həcc dayanacaqlarında ən böyük xuşu edənlərdən, dua edənlərdən idi.  Sufyan Souridən belə rəvayət edilir: And olsun Allaha ki, Cəfər ibn Məhəmmədi gördükdə, məşərlərdə vuquf edən və ondan üstün və ya onun kimi Allah dərgahına yalvaran, ah-nalə edən və onun kimi bir əməl yerinə yetirən bir kimsəni görmədim. O, Ərəfata çatdıqda camaatdan ayrılaraq, o şərafətli dayanacaqda Allah dərgahına duada, minacatda qərq oldu.

 

 

 


[1]  -Zəhəbi, Tarixul-İslam, 6.45; Təzkiratul-Huffaz, c.  1, səh.  157

[2]Usuli-Kafi, c.  1, səh.  229;

[3] - Mənaqib ali Əbitalib, c.  4, səh.  345: Əmali Tusi, c.  1, səh.  287

[4]  -Əhməd Muğniyə, əl-İmam Cəfər əs-Sadiq, 47.

[5] - Həmin qaynaq.

[6]  -Tarixul-İslam, c.  6, səh.  45; Miratuz-Zəman, c.  6, səh.  160; Təhzibul-Kəmal, c.  5, səh.  87

[7]  -əl-İmam Cəfər əs-Sadiq, 47

[8]  -əl-İmam Cəfər Sadiq , səh.  47 (azacıq dəyişiklə: mütərcim).

[9]  -Məcmuəti vəram, c.  2, səh.  82

[10] - əl-İmam Cəfər əs-Sadiq, səh.  46

[11]  -ən-Nucum əz-Zahirə, c.  5, səh.  176

[12]  -Məhəmməd ibn Səd, Təbəqati Kubra, c.  1, səh.  32

[13] - Həyatul-İmam əs-Sadiq (ə), c.  1, səh.  66 (Mətalib əs-Suuldan nəql edərək).

[14]  -əl-İmam Cəfər əs-Sadiq, səh.  48

[15]  -Xisal, 11

[16]  -Usuli Kafi, c.  2, səh.  657

[17]  -əl-İmam Cəfər Sadiq, səh.  49

[18]  -Məcmuəti  Vəram, c.  2, səh.  86

[19]  -Vəsailuş-şiə, c.  6, səh.  432 və c.  8, səh.  129

[20]  -Vəsailuş-şiə, c.  4, səh.  43 və c.  44, səh.  262

[21]  -Həmin qaynaq, c.  3, səh.  26

[22]  -Bax: Səhifeyi Sadiqiyyə (İmam Sadiqdən (ə) yadigar qalmış dualar toplusu).

[23]  -Vəsailuş-şiə, c.  3, səh.  290

[24]  -Vəsailuş-şiə, 1, səh.  165

[25]  -Qurbul-İsnad, səh.  28

[26]  -Qurbul-İsnad, səh.  31

[27]  -Qurbul-İsnad, səh.  3

[28]  -Qurbul-İsnad, 3

 



İstifadə olunmuş mənbələr: Məsum İmamların (ə) imamət tarixi
Göndərən: Saytın rəhbəri
 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər İmam Sadiqin (ə) əzəmətli xüsusiyyətləri

Oxşar yazılar


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər