Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Ədəbiyyat və tədqiqat

Həzrət Fatimə Məsumənin (ə) anadan olmasının ildönümü

Xanım Fatimeyi-Məsuməni (s.ə) ziyarət etmək üçün Əhli-beytdən (ə) bir çox hədislər nəql olunmuşdur ki, onların bəzisini nümunə olaraq sizin nəzərinizə çatdırırıq. 1. Qazi Nurullah İmam Sadiqdən (ə) belə nəql edir: "Allahın bir hərəmi vardır ki, Məkkədir, agah olub, bilin - Rəsulullahın bir hərəmi vardır ki, Mədinədir, agah olub bilin, Əmirəl-mömininin (ə) bir hərəmi vardır ki, Kufədir. Agah olub bilin ki, Qum kiçik Kufədir. Agah olub bilin ki, həqiqətən, Cənnətin səkkiz qapısından üçü Qum tərəfə açılır. Mənim övladlarımdan olan bir xanım orada vəfat edəcəkdir. Adı Musa qızı Fatimədir. Onun şəfaətçiliyi nəticəsində mənim bütün (layiqli) şiələrim Cənnətə daxil olacaq." 2. Əllamə Məclisi İmam Rzadan (ə) nəql edir ki, o Həzrət (ə) Sə’də belə buyurmuşdur: "Ey Sə’d! Sizin yanınızda bizim qəbrimiz vardır." Dedim: "Sənə qurban olum, Musa qızı Fatiməninmi qəbrini buyurursunuz?" Buyurdu: "Bəli, hər kim onun haqqına arif olaraq onu ziyarət edərsə, Cənnət ona vacib olar." 3. "Kamilüz-ziyarət" kitabında İmam Cavaddan (ə) nəql edilmişdir ki, o həzrət buyurub: «Hər kim bibimin qəbrini Qum şəhərində ziyarət etsə, (ona layiq həyat sürsə) Cənnət ona vacib olar». 4. Şeyx Abbas Qumi "Səfinətül-bihar" kitabında İmam Sadiqdən (ə) nəql edir ki, o Həzrət buyurmuşdur: "... Allahın hərəmi vardır ki, Məkkədir, Peyğəmbərin hərəmi vardır ki, Mədinədir, Əmirəl-mömininin hərəmi vardır ki, Kufədir, bizim də hərəmimiz vardır ki, Qum şəhəridir. Orada mənim övladlarımdan olan Fatimə adlı bir xanım dəfn olunacaq, hər kim onu ziyarət etsə (ona layiq həyat sürsə), Cənnət ona vacib olar." HƏZRƏT MƏSUMƏDƏN (ə) HƏDİSLƏR 1. İmam Rzanın (ə) qızı Fatimə (ə) İmam Musanın (ə) qızları Fatimə, Zeynəb və Umm-Gülsümdən (ə), onlar İmam Sadiqin qızı Fatimədən (ə), o, İmam Baqirin qızı Fatimədən (ə), o, İmam Səccadın (ə) qızı Fatimədən (ə), o, İmam Hüseynin (ə) qızları Fatimə və Səkinədən (ə), onlar Fatimeyi-Zəhranın (ə) qızı Umm-Gülsümdən (ə) və o da Fatimeyi Zəhradan (ə) belə nəql edir ki, Həzrət Fatimə (ə) üzünü camaata tutub buyurdu: "Rəsulallahın (s) Qədir-Xum günü "Kimin mən mövlasıyamsa (rəhbəriyəmsə), Əli də (məndən sonra) onun mövlasıdır (rəhbəridir)" dediyini unutdunuzmu? Unutdunuzmu ki, Peyğəmbər buyurdu: Ya Əli, sənin mənə nisbətin (bağlılığın) Harunun Musaya nisbəti kimidir." (22) 2. Həzrət Fatimeyi Məsumə (ə) İmam Sadiqin (ə) qızı Fatimədən, o İmam Baqirin (ə) qızı Fatimədən, o, İmam Səccadın (ə) qızı Fatimədən, o, İmam Hüseynin (ə) qızı Fatimədən, o, Əmirəl-mömininin (ə) qızı Zeynəbdən və o da Fatimeyi-Zəhradan (ə) nəql edir: "Rəsulallah (ə) buyurdu: Bilin, hər kəs Ali-Muhəmmədin (s) məhəbbəti ilə ölsə, şəhid olmuşdur." (23) HƏZRƏT MƏSUMƏNİN (Ə) ZİYARƏTNAMƏSİ Xanımın qəbrinə yetişdikdə qəbrin baş tərəfində üzü qibləyə durub 34 dəfə "Allahu əkbər", 33 dəfə "Subhanəllah" və 33 dəfə "Əlhəmdulillah" dedikdən sonra de: السَّلامُ عَلَى آدَمَ صِفْوَةِ اللَّهِ السَّلامُ عَلَى نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَى إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَى مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَى عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خَيْرَ خَلْقِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا صَفِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ خَاتَمَ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ وَصِيَّ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكُمَا يَا سِبْطَيْ نَبِيِّ الرَّحْمَةِ وَ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ الْحُسَيْنِ سَيِّدَ الْعَابِدِينَ وَ قُرَّةَ عَيْنِ النَّاظِرِينَ السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَلِيٍّ بَاقِرَ الْعِلْمِ بَعْدَ النَّبِيِّ ، السَّلامُ عَلَيْكَ يَا جَعْفَرَ بْنَ مُحَمَّدٍ الصَّادِقَ الْبَارَّ الْأَمِينَ السَّلامُ عَلَيْكَ يَا مُوسَى بْنَ جَعْفَرٍ الطَّاهِرَ الطُّهْرَ السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ مُوسَى الرِّضَا الْمُرْتَضَى السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَلِيٍّ التَّقِيَّ السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ مُحَمَّدٍ النَّقِيَّ النَّاصِحَ الْأَمِينَ السَّلامُ عَلَيْكَ يَا حَسَنَ بْنَ عَلِيٍّ السَّلامُ عَلَى الْوَصِيِّ مِنْ بَعْدِهِ اللَّهُمَّ صَلِّ عَلَى نُورِكَ وَ سِرَاجِكَ وَ وَلِيِّ وَلِيِّكَ وَ وَصِيِّ وَصِيِّكَ وَ حُجَّتِكَ عَلَى خَلْقِكَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ فَاطِمَةَ وَ خَدِيجَةَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ الْحَسَنِ وَ الْحُسَيْنِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ وَلِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا أُخْتَ وَلِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا عَمَّةَ وَلِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ مُوسَى بْنِ جَعْفَرٍ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ ، السَّلامُ عَلَيْكِ عَرَّفَ اللَّهُ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي الْجَنَّةِ وَ حَشَرَنَا فِي زُمْرَتِكُمْ وَ أَوْرَدَنَا حَوْضَ نَبِيِّكُمْ وَ سَقَانَا بِكَأْسِ جَدِّكُمْ مِنْ يَدِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ أَسْأَلُ اللَّهَ أَنْ يُرِيَنَا فِيكُمُ السُّرُورَ وَ الْفَرَجَ وَ أَنْ يَجْمَعَنَا وَ إِيَّاكُمْ فِي زُمْرَةِ جَدِّكُمْ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَنْ لا يَسْلُبَنَا مَعْرِفَتَكُمْ إِنَّهُ وَلِيٌّ قَدِيرٌ أَتَقَرَّبُ إِلَى اللَّهِ بِحُبِّكُمْ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِكُمْ وَ التَّسْلِيمِ إِلَى اللَّهِ رَاضِيا بِهِ غَيْرَ مُنْكِرٍ وَ لا مُسْتَكْبِرٍ وَ عَلَى يَقِينِ مَا أَتَى بِهِ مُحَمَّدٌ وَ بِهِ رَاضٍ نَطْلُبُ بِذَلِكَ وَجْهَكَ يَا سَيِّدِي اللَّهُمَّ وَ رِضَاكَ وَ الدَّارَ الْآخِرَةِ يَا فَاطِمَةُ اشْفَعِي لِي فِي الْجَنَّةِ فَإِنَّ لَكِ عِنْدَ اللَّهِ شَأْنا مِنَ الشَّأْنِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تَخْتِمَ لِي بِالسَّعَادَةِ فَلا تَسْلُبْ مِنِّي مَا أَنَا فِيهِ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ اللَّهُمَّ اسْتَجِبْ لَنَا وَ تَقَبَّلْهُ بِكَرَمِكَ وَ عِزَّتِكَ وَ بِرَحْمَتِكَ وَ عَافِيَتِكَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعِينَ وَ سَلَّمَ تَسْلِيما يَا أَرْحَمَ الرَّاحِمِينَ.    Əssəlamu 'əla Adəmə səfvətillah. Əssəlamu 'əla Nuhin nəbiyyillah. Əssəlamu 'əla İbrahimə xəlilillah. Əssəlamu 'əla Musa kəlimillah. Əsəlamu 'əla 'İsa ruhillah. Əssəlamu 'ələykə ya Rəsuləllah. Əssəlamu 'ələykə ya xəyrə xəlqillah. Əssəlamu 'ələykə ya Səfiyyəllah. Əssəlamu 'ələykə ya Muhəmmədəbnə Əbdillahi xatəmən-nəbiyyin. Əssəlamu 'ələykə ya Əmirəl-mu'mininə Əliyyəbnə Əbitalibin vəsiyyə Rəsulillah. Əssəlamu ələyki ya Fatimətu səyyidətə nisail-aləmin. Əssəlamu ələykuma ya sibtəy nəbiyyir-rəhməti və səyyidəy şəbabi əhlil cənnəh. Əssəlamu 'ələykə ya Əliyyəbnəl-Husəyni Səyyidəl-abidinə və qurrətə əynin-nazirin. Əssəlamu 'ələykə ya Muhəmmədəbnə Əliyyin Baqirəl-ilmi bə'dən-nəbiyy. Əssəlamu 'ələykə ya Cə'fərəbnə Muhəmməd. Əssadiqəl-Barrəl-Əmin. Əssəlamu 'ələykə ya Musəbnə Cə'fər. Ət-Tahirət-Tuhr. Əssəlamu 'ələykə ya Əliyyəbnə Musər-Rizəl-Murtəza. Əssəlamu 'ələykə ya Muhəmmədnə Əliyy. Ət-Təqiyy. Əssəlamu 'ələykə ya Əliyyəbnə Muhəmməd Ən-Nəqiyyən-Nasihəl-Əmin. Əssəlamu 'ələykə ya Həsənəbnə Əliyy. Əssəlamu ələl-vəsiyyi min bə'dih. Əllahummə səlli 'əla nurikə və siracik. Və vəliyyi vəliyyikə və vəsiyyi vəsiyyikə və huccətikə 'əla xəlqik. Əssəlamu ələyki ya bintə Rəsulillah. Əssəlamu ələyki ya bintə Fatimətə və Xədicəh. Əssəlamu ələyki ya bintə Əmiril-mu'minin. Əssəlamu-ələyki ya bintəl-Həsəni vəl-Husəyn. Əssəlamu ələyki ya bintə vəliyyillah. Əssəlamu ələyki ya uxtə vəliyyillah. Əssəlamu ələyki ya əmmətə vəliyyillah. Əssəlamu ələyki ya bintə Musəbni Cə'fərin və rəhmətullahi və bərakətuh. Əssəlamu ələyki ərrəfəllahu bəynəna və bəynəkum fil-cənnəti və həşərəna fi zumrətikum və əvrədəna həvzə nəbiyyukum və səqana bikə'si cəddikum min yədi Əliyyibni Əbitalibin sələvatullahi ələykum. Əs'əlullahə ən yuriyəna fikumus-sururə vəl-fərəcə və ən yəcməəna və iyyakum fi zumrəti cəddikum Muhəmmədin səlləllahu ələyhi və alih. Və ən la yəslubəna mə'rifətəkum innəhu Vəliyyun Qədir. Ətəqərrəbu iləllahi bihubbikum vəl-bəraəti min ə'daikum vəttəslimi iləllahi raziyən bihi ğəyrə munkirin və la mustəkbirin və 'əla yəqini ma əta bihi Muhəmmədun və bihi razin nətlubu bizalikə vəchəkə ya Səyyidi. Əllahummə və Rzakə vəd-darəl-axirəh. Ya Fatimətuşfəi li fil-cənnəti fəinnə ləki indəllahi şə'nən minəş-şə'n. Əllahummə inni əs'əlukə ən təxtimə li bis-səadəti fəla təslub minni ma ənə fihi və la həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim. Əllahumməstəcib ləna və təqəbbəlhu bikərəmikə və izzətikə və birəhmətikə və afiyətik. Və səlləllahu 'əla Muhəmmədin və alihi əcməinə və səlləmə təslimən ya Ərhəmər-rahimin. Salam olsun Allahın seçdiyi olan Adəmə! Salam olsun Allah nəbisi olan Nuha! Salam olsun Allah dostu olan İbrahimə! Salam olsun Allahla həmsöhbət olan Musaya! Salam olsun Allah ruhu olan İsaya! Salam olsun sənə, ey məxluqatın ən xeyirlisi! Salam olsun sənə, ey Allahın seçdiyi! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Muhəmməd ibn Abdullah! Salam olsun sənə, ey Rəsulallahın vəsisi, Əmir əl-möminin Əli ibn Əbutalib! Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı, Fatimə! Salam olsun sizə, ey rəhmət Peyğəmbərinin iki nəvəsi və Cənnət cavanlarının ağası (yəni İmam Həsən (ə) və İmam Hüseyn (ə))! Salam olsun sənə, ey bəsirət əhlinin gözünün nuru, ibadət edənlərin ağası, Əli ibn Hüseyn! Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin incəliklərinə varan Muhəmməd ibn Əli! Salam olsun sənə, ey gözəl əmanətdar Cəfər ibn Muhəmməd əs-Sadiq! Salam olsun sənə, ey pak və mutəhhər ruhlu Musa ibn Cəfər! Salam olsun sənə, ey Murtəza (bəyənilmiş) olan Əli ibn Musa ər-Rza! Salam olsun sənə, ey Muhəmməd ibn Əli ət-Təqi! Salam olsun sənə, ey xeyirxah, əmanətdar Əli ibn Muhəmməd ən-Nəqi! Salam olsun sənə, ey Həsən ibn Əli! Salam olsun ondan sonrakı vəsiyə! (yəni İmam Zaman əleyhissalama). İlahi, Öz salavatını Öz nuruna və çırağına, Öz vəlinin vəlisinə, Öz vəsisinə və Öz bəndələrinin arasında olan höccətinə göndər! Salam olsun sənə, ey Allah Rəsulunun qızı! Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmirəl-mömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı! Salam olsun sənə, ey Allah vəlisinin qızı! Salam olsun sənə, ey Allah vəlisinin bacısı! Salam olsun sənə, ey Allah vəlisinin bibisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı! Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun sənə, Allah Cənnətdə bizi sizə tanıtsın və bizi sizin zümrədə məhşur etsin, Peyğəmbərimizin (s) hovuzuna (Kövsərə) daxil etsin və Cəddinizin camları ilə Əli ibn Əbutalibin əli ilə sirab etsin. Allahın salavatı olsun sizə. Allahdan istəyirəm ki, siz Əhli-beytin sevinc və fərəcini (imam Zamanın (ə) zühurunu) bizə göstərsin, bizi və sizi cəddiniz Muhəmməd (s) zümrəsində cəm etsin, sizin mərifətinizi bizdən almasın. Həqiqətən, o bizim ixtiyar sahibimiz və hər şeyə qadirdir. Mən sizə məhəbbət bəsləmək və düşmənlərinizdən uzaqlaşıb onlara nifrət etməklə, Allaha təslim olmaqla, Ondan razı qalmaqla heç nəyi inkar etməyib heç bir vaxt təkəbbür göstərmədən Həzrət Muhəmmədin (s) gətirdiklərinə yəqin edib ondan razı qalmaqla Allahın dərgahına yaxınlaşıram. Ey mənim mövlam, ağam, mən bunlarla sənin vəchini, razılığını və axirəti istəyirəm. Ey Fatimə, mənim behiştə getməyim üçün (Allah yanında) şəfaət et, çünki Allah yanında sənin uca məqam və mənzilətin vardır. İlahi, Səndən istəyirəm ki, aqibətimi xeyirlə xətm edəsən və məni tutduğum yoldan uzaqlaşdırmayasan. Uca mərtəbəli və əzəmətli Allahdan başqa heç bir qüvvə, qüdrət yoxdur. İlahi, Öz kərəmin, izzətin, rəhmətin və afiyətin xatirinə bizim duaları müstəcəb və qəbul et! Muhəmməd (s) və onun bütün xanədanına qəni-qəni salam və salavat göndər, ey mehribanların mehribanı!  

Davam

İmam Sadiqin (ə) əzəmətli xüsusiyyətləri

  İmam Sadiqin (ə) əzəmətli elmi İmam Sadiq (ə) özünün aydın zəkası, dəqiq baxışı ilə elmlərinin sinəsini yararaq, dünyanı öz elmi ilə doldurdu. O da buyurur: “məndən sual edin, məni əldən verməmişdən öncə. Həqiqətən məndən sonra heç kəs mənim kimi sizə hədis söyləməyəcək”.[1] And olsun Allaha ki, mən Allahın kitabı haqda (əvvəldən sonadək) o qədər məlumatlıyam ki, sanki Allahın kitabı mənim ovcumdadır və orada səmanın, yerin və baş verən və qiyamətədək baş verəcək hər bir hadisənin xəbərləri orada gəlmişdir. Allah-taala özü buyurub ki: onda hər şeyə aydınlıq gətirilir (Nəhl, 82-ə işarədir).[2] İmam Sadiqin (ə) elmi genişliyinin ən böyük cilvəsi, o həzrətin elm dəryasından dörd min nəfərin sirab olaraq, bütün İslam mədəniyyətlərində elmi, mədəniyyəti yaymaları, dini düşüncə və şəri hökmlər bayrağını qaldırmalarıdır. İmam Sadiqin (ə) kərəmi, səxavəti İmam Sadiq (ə) dövrünün ən əliaçıq insanlarından olub, fəqirlərin rifah halının yaxşılaşması üçün öz var-dövlətindən bəxşiş edirdi. İmam Sadiqin (ə) kərəmi, bəxşişi haqda ravilərin nəql etdiyi hekayələrdən bəzisini oxuyacaqsınız: Bir gün Əşcə Sülləmi İmam Sadiqin (ə) yanına gəldikdə, həzrəti xəstə gördü. Əşcə, İmam Sadiqin xəstəliyinin səbəbi haqda soruşduqda, İmam Sadiq (ə) ona belə buyurdu: mənim xəstəliyim haqda soruşma, de görüm hansı hacət üçün mənim yanıma gəlmisən? Əşcə o həzrətin cavabında belə bir məzmunda şer oxudu: “Allah həm yatar halda, həm oyaq halda afiyət (sağlamlıq) libası geyindirsin. Və sənin həyatından başqalarından (nəsə) istəmək zillətini aradan qaldırdığı kimi, cismindən və canından xəstəliyi aradan qaldırsın”.   İmam (ə) onun hacətini bildikdə, öz qulamına dedi: üzərində nə qədər var? Qulam dedi: dörd yüz dinar. İmam göstəriş verdi ki, dörd yüz dinarı Əşcəə versinlər.[3] İmam Sadiqin (ə) düzdanışanlarından və ravilərindən olan Mufəzzəl ibn Rummanə, həzrətin hüzuruna gələrək, kasıbçılığından şikayətləndi və İmam Sadiqdən istədi ki onun üçün dua eləsin. İmam (ə) öz kənizinə buyurdu ki, Əbu Cəfər Mənsurun bizə hədiyyə verdiyi kisəni gətir. Kəniz o kisəni gətirdi. İmam Sadiq (ə) ona buyurdu: “bu kisədə dörd yüz dinar var. Bunu al öz yaşayışına xərclə”. Mufəzzəl dedi: yox, Allaha and olsun. Sənə qurban olum. Məqsədim bu deyildi. Yalnız istəyirdim ki, mənə dua edəsən. İmam Sadiq (ə) buyurdu: “sənin haqda duamı əsirgəməyəcəm”. Bir fəqir İmam Sadiqdən (ə) kömək istədi. İmam dörd yüz dinar ona verdi. Fəqir o pulları aldı və şükür edə-edə oranı tərk elədi. İmam Sadiq (ə) öz xadiminə dedi: “onu qaytar”. Xadim dedi: o sizdən bir şey istədi, siz də onu verdiz. Ətadan sonra indi nə iş qalıb ki? İmam Sadiq (ə)  buyurdu: Peyğəmbəri-Əkrəm (s) buyurub: “ən gözəl sədəqə budur ki, alanı ehtiyacsız eləsin”. Biz isə bu saili ehtiyacsız eləmədik. Bu üzüyü ona ver. Mən  bu üzüyü on min dirhəmə almışam, ona desin ki, onu satmaq istəsə, həmin qiymətə satsın”.[4] İmam Sadiqin (ə) səxavəti və xeyirxahlıq sevgisinə dəlalət edən nümunələrdən biri də budur ki, həzrətin Mədinənin yaxınlığında bağı var idi. “Eyni ziyad” adı ilə tanınan bu bağda çoxlu xurma ağacları var idi. Xurma yetişən vaxt, öz işçilərinə, vəkillərinə göstəriş verirdi ki, bağın divarında yarıqlar açsınlar ki, camaat bağa girib xurmalardan yesinlər. O həzrət bağa gələ bilməyən bağın qoca, zəif və xəstə qonşularının vəziyyətini nəzərə alaraq, buyururdu ki, onların hər biri üçün bir qədər pişkeş etsinlər. Daha sonra buyururdu ki, işçilər yerdə qalanı Mədinəyə aparıb onun çoxunu zəiflər və müstəhəqlər arasında bölsünlər. O bağın xurmasının məhsulu dörd min dirhəm edirdi ki, o həzrət onun üç min dirhəmini Allah yolunda verirdi və təkcə onun min dirhəmi həzrətə qalırdı.[5] O həzrətin kərəmin cilvələrindən biri də bu idi ki, o həzrət yoxsullara, fəqirlərə o qədər təam, libas verirdi ki, öz ailəsinə təam və libas qalmırdı.[6] Bir gün o həzrət nahar yeməyə məşğul idilər. Bir kişi salam vermədən həzrətin yanından keçdi. İmam onu yeməyə dəvət elədi. Hazırlardan bəzisi dedilər ki, sünnə budur ki, o əvvəl salam verməli, daha sonra yeməyə dəvət olunmalıdır, hansı ki bu kişi bilərəkdən salam vemədi. İmam (ə) məlahətli  bir təbəssümlə üzünü o kişiyə çevirərək buyurdu: “bu İraq fiqhi, paxıllıqla qarışıb...”.[7]   İmam Sadiqin (ə) gizli sədəqələri Gizli sədəqə vermək, Allahın çox sevdiyi üstün   işlərdən biridir. Çünki bu xüsusi əməl heç bir dünyəvi qərəzə aludə olmamışdır. Bu isə bütün məsum imamların (s) ənənəsi olmuş, o ağaların hər biri tanınmaz şəkildə bir dəstə fəqirlərin qəyyumluğunu öhdələrinə götürmüşlər. İmam Sadiq (ə) gecənin qaranlığında qalxaraq evindən xaric olur və içərisi çörək, ət və pulla dolu olan kisəni öz mübarək çiynində daşıyır, onu Mədinənin fəqirlərinə apararaq, onların arasında bölürdü; hansı ki, onlar həzrəti tanımırdılar. Həzrət dünyadan köçərək Allahın dəvətinə ləbbeyk dedikdən sonra, gizli sədəqələr kəsildikdə, anladılar ki, o pulları, çörəkləri gətirən İmam Sadiq (ə) imiş.[8]  Dediklərimizə nümunə olaraq İsmayıl ibn Cabirin nəql etdiyi hekayəni göstərmək olar. O deyir: İmam Sadiq (ə) içərisində əlli dinar olan bir kisə verərək dedi: “bu kisəni bəni-Haşimdən olan filankəsə ver və mənim göndərdiyimi ona demə”. Mən həmin şəxsin yanına gedərək, kisəni ona verdim. O mənə dedi: bu pullar haradandır? Ona dedim: bu, tanımağını istəmədiyin şəxs tərəfindəndir. O ələvi dedi: bu şəxs həmişə, hər vəziyyətdə mənim üçün belə bir pul göndərir, mən də bu pulla keçinirəm ta növbəti pul gələnə kimi. Amma bilmirəm necə olur ki, Cəfər ibn Məhəmməd çoxlu malı olmasına baxmayaraq, öz malından bir dirhəm belə mənə yardım göstərməmişdir.[9]   İmam Sadiqin (ə) qonaqpərvərliyi İmam Sadiqin (ə) səxavətinin, kərəminin digər cilvələrindən biri də, o həzrətin qonaqpərvərliyi olub. O qonaqları çox sevir, onlara hörmət edirdi. O həzrət şəxsən özü qonaqlara qulluq edir və ən ləziz yeməkləri çox miqdarda qonaqlara gətirir və yemək zamanı təkrarən  belə buyururdu: “sizlərdən hər kim bizi çox istəyirsə, bizim yanımızda çox yemək yesin”. O həzrət hər gün nahar vaxtı göstəriş verirdi ki, yeməklə dolu on tabaq süfrəyə qoysunlar; hər tabaqdən də on nəfər yemək yeyirdi.[10]   İmam Sadiqin (ə) təvazökarlığı İmam Sadiq (ə) şəxsiyyətinin cilvələrindən biri də bundan ibarət idi ki, müsəlmanların sərvəri, minyonlarla insanın rəhbəri olmasına baxmayaraq, özünü heç kim bilir və şiddətli şəkildə təvazökarlığı sevirdi. Həzrətin təvazökarlığının əlamətlərindən biri bu idi ki, bahalı xalçaların üzərində əyləşməkdən çəkinər və həsirin üzərində əyləşərdi.[11] O həzrət daima təkəbbürlülərə nifrət edər və onlara (bunu) irad tutardı. Bir gün qəbilələrin birindən keçirdi.  Bir kişiyə üzün çevirərək buyurdu: “bu qəbilənin böyüyü kimdir?” Kişi o həzrətin sualının cavabında dərhal dedi: Mən. İmam (ə) onun bu halətindən xoşu gəlmədi. Həzrət ona dedi: “əgər sən ağa, böyük olsaydın bu sürətlə mən deməzdin”.[12] İmam Sadiqin (ə) təvazökarlığının digər nümunələrindən biri də budur ki: bir kəndli kişi bir neçə gün İmam Sadiqin (ə) xidmətinə gəlirdi. İmam Sadiq (ə) bir müddət ondan xəbərsiz idi. Öz əshabından onun haqda soruşdular. O şəxsi mühüm saymayan əshabdan biri, həzrətə xitabən belə dedi: o nibtidir (müəyyən bir qövmə bağlıdır). İmam (ə) onun sözünü bu cür rədd etdi ki: hər bir şəxsin əsli onun əqli, şəxsiyyəti və dinidir. Hər bir şəxsin kəraməti də onun təqvasıdır, bütün insanlar Adəmdən törənməkdə eynidirlər. Bu sözü deyən şəxs (öz sözündən) utandı.[13]   İmam Sadiqin (ə) səciyyəvi əxlaqı İmam Sadiq (ə) islami və insani əxlaqın yüksək mərtəbəsinə yiyələnmişdir. İmam Sadiq (ə) öz cəddi Peyğəmbərin böyük əxlaqının (hansı ki, Həzrət Rəsul bu əxlaqla digər peyğəmbərlərdən fərqlənir) davamı olan gözəl əxlaqı ilə, camaatın ürəyini özünə çəkə bilmiş, onların məhəbbətini özünə cəlb edə bilmişdir. Bu səciyyəvi əxlaqın əlaməti bu idi ki, o həzrətə pislik edənə, yaxşılıq edərdi. Həcc mövsümündə öz pul kisəsini itirdiyini güman edərək onu axtarmağa başlayır. Peyğəmbərin məscidində namaz qılmaqla məşğul olan İmam Sadiqdən  başqa heç kəsi görmədikdə, o həzrəti tanımadığından həzrət yapışdı ki, mənim pul kisəsimi sən götürmüsən. İmam tam yumşaqlıqla ona dedi: Kisədə nə var idi? O kişi dedi: min dinar. Imam min dinar ona verdikdə, kişi öz yoluna davam elədi. Mənzilə çatanda öz pul kisəsini tapdı. Məscidə qayıdaraq üzrxahlıq etmək üçün İmamın yanına qayıtdı və min dinarı həzrətə verdi. İmam (ə) o pulu almaqdan çəkinərək buyurdu: “mən əlimdən çıxan şey, bir daha mənim əlimə qayıtmıt”. Kişi mat-məəttəl qalaraq soruşdu: bu şəxs kimdir? Ona dedilər: bu Cəfər Sadiqdir. Kişi elə gedə-gedə öz-özünə deyirdi: bəli, elə bu cür işlər, belə adamların işidir.[14] Bu İmam Sadiqin (ə) şərafəti, onun yüksək əxlaqı idi ki, onu təsdiq etməyə və pulu ona verməyə kişini vadar elədi. İmam Sadiq (ə) buyurub: biz əhli-beytin mürüvvəti, bizə zülm eləmiş kəsləri bağışlamaqdır.[15] İmam Sadiq (ə) həmişə özünün kərimcəsinə olan əxlaq yağışını məclisdə olanların üzərinə yağdırırdı. Hətta əhli-sünnə olan bir şəxs o həzrətin məclisi haqda  belə demişdi: “And olsun  Allaha, heç bir məclisi onunla oturduğum məclis kimi bəhrəli görmədim”.[16]   İmam Sadiqin (ə) səbiri İmam Sadiqin (ə) bariz əxlaqi sifətlərindən biri də, o həzrətə yetişən müsibətlər, böyük mehnətlə qarşısında cəzə etməməsi, səbir etməsidir. O həzrətin səbirinin nümunələrindən biri İsmail adlı oğlunun dünyadan getdiyi vaxt idi. Elə bir övlad ki, ədəb, elm və fəzilət baxımından diqqətləri özünə yönəltmişdi. İmam İsmailin ölümündən sonra, əshabından bir dəstəni dəvət edərək onlar üçün geniş süfrə açaraq, ən gözəl yeməkləri hazırladı. Onlar yemək yedikdən sonra əshabdan biri həzrətdən soruşdu: mənim mövlam, mən sizdə əldən getmiş övladınız üçün qəm-qüssənin nişanəsini görmürəm. İmam (ə) onun cavabında buyurdu: mən necə də gördüyünüz kimi olmayım, bir halda ki ən düzdanışanların düzdanışanı (yəni, cəddi Peyğəmbər) haqda nəql olunub ki, öz əshabına belə buyurub: mən öləcəm, siz də öləcəksiniz.[17] İmam Sadiqin (ə) səbiri İmam Sadiqin (ə) Allahın ibadətinə, itaətinə üz gətirməsi onun ən bariz sifətlərindən biridir. O həzrət öz zamanında hamıdan çox Allaha ibadət edir və öz ibadətində ən yüksək səviyyədə ixlasa riayət edirdi. O həzrətin ibadətinin  xülasə şərhini gətiririk: Namaz: Namaz İslamda ən üstün, ən əhəmiyyətli ibadətlərdən sayılır və İmam Sadiq (ə) bir çox hədislərində bu məsələni vurğulamışdır: Allahı dərk etməkdən sonra, namaz kimi heç bir əməl insanı Allaha yaxınlaşdırmır.[18] Eləcə də buyurur: Qiyamət günü Allah yanında ən üstün əməl namazdır və heç kəs dəstəmaz alarkən gözəl dəstəmaz alan bəndədən üstün deyil.[19] Yenə o həzrət buyurur: namaz hər bir təqvalının Allaha yaxınlaşma vasitəsidir.[20] O həzrət bir daha namaz haqda buyurur: Allah (ə. c.) yanında əməllərin ən sevimlisi namazdır. Namaz peyğəmbərlərin son vəsiyyətlərindəndir. Qusl verən, dəstəmaz alan və dəstəmazı gözəl alan, sonra bir xəlvətə çəkilərək Allahdan başqa heç kəsin görmədiyi və rüku və səcdə edərkən yalnız Allahın ona hakimiyyətini olduğu bir xəlvətə çəkilən kişinin işi nə gözəldir. Bəndə səcdəyə gedərkən səcdəsini uzatsa, İblis nalə edir ki, vay olsun mənə. Ona itaət elədilər, mən isə itaətsizlik. Ona səcdə etdilər, mən isə (bundan) çəkindim).[21] Əbu Bəsir deyir: İmam Sadiqin (ə) şəhadətindən sonra, başsağlığı üçün İmam Sadiqin (ə) həyat yoldaşı Ummu Həmidənin yanına getdim. Ağladı, mən də onun ağlamağının təsirindən ağladım. Sonra dedi: ey Əba Məhəmməd, ölüm zamanı İmam Sadiqi görsəydin, hökmən təəccüblü bir şey görərdin. O ölüm zamanı gözlərini açaraq dedi:  “mənim bütün qohumlarımı mənim yanıma çağırın”. Ummu Həmidə deyir: biz hətta qohumlardan bir nəfəri belə yerdə qoymadıq, hamısını onun yanına çağırdıq. O həzrət onların hamısına bir nəzər etdikdən sonra  buyurdu: “Bizim şəfaətimiz namazı yüngül sayanlara yetişməyəcək”. Qeyd etmək lazımdır ki, İmam Sadiq (ə) nafilə namazlarının heç birini tərk etmir və bütün nafilə namazlarını xuzu və xuşu ilə, hüzuri-qəlblə yerinə yetirirdi. İmam Sadiq (ə) namaz qılmaq qərarına gəldikdə, o həzrətin üzünün rəngi saralırdı və o həzrətin bütün bədən üzvləri Allahın qorxusundan lərzəyə gəlirdi. O həzrətdən dualar məcmuəsi yadigar qalmışdır ki, dəstəmaz alarkən və namaza yönələrkən qünut zamanı və namazdan sonra o həzrət bu kəlmələr vasitəsilə Allahla nəcva etmişdir.[22] B) Oruc: Oruc İslamın mühüm ibadətlərindən biri sayılır. Bunun da səbəbi budur ki, bu ibadət önəmli ictimai, tibbi və əxlaqi təsirlərə malikdir. Oruc, İmam Sadiqin (ə) buyurduğu kimi cəhənnəm odu qarşısında bir qalxandır.[23] İmam Sadiq (ə) oruc tutanları oructutmanın əxlaqı və ədəblərilə bəzənməyə belə təşviq edir: Elə ki oruc tutdun qulağın, gözün və dilin də oruc olmalı, qəbahətə və harama açılmamalıdır. Cidalı (yersiz mübahisə edərək söz güləşdirməyi) tərk et, öz xidmətçini incitmə, orucun vüqarını qoru, nəbadə oruc tutmadığın günlərlə oruc tutduğun gün eyni olsun.[24] İmam Sadiq (ə) özünün şərafətli ömrünün günlərinin çoxunu Allah-taalaya yaxınlıq qəsdilə oruc halında idi. Bu məsələ Ramaza ayında özünə başqa bir forma alırdı. O həzrət vəsfəgəlməz bir şövqlə, həvəslə Ramazan ayının pişvazına gedirdi. Mübarək Ramazan ayının hilalını görmək vaxtına, eləcə də mübarək qədr gecələri, fitr və qurban bayramı günlərinə aid bir neçə mühüm dua o həzrətdən bizə yetişmişdir. Həcc: Həcc özünün müqəddəsliyi, mənəviyyatı ilə yanaşı, İslam aləmində hər il bərpa edilən ən mühüm siyasi-ibadi toplantıdır. Müsəlmanların istər iqtisadi, istər siyasi və ya daxili və xarici problemləri bütünlüklə həcdə hamının gözü önündə ortaya gəlir. Həcc dünya müsəlmanlarının bir-birlərilə tanış olmaları üçün ən mühüm ünsiyyət vasitələrindən biridir. İmam Sadiq (ə) dəfələrlə həcc əməlini yerinə yetirmiş və bu səfərlərlə bir sıra müsəlman hacıları ilə görüşmüşdür. İmam Sadiq (ə) bu görüşlərin hamısında onların müəllimi və həcc məsələlərinin irşadçısı olmuşdur. O həzrət və atası İmam Məhəmməd Baqir (ə) həcc məsələlərini təfsilatı ilə bəyan etməyə həmişə çalışmışlar. Hədisçilər, fəqihlər bu mühüm vacib əməlin hökmlərini bu iki böyük şəxsiyyətin dilindən yazmış, qeydə almışlar. Demək olar ki, bu iki şəxsiyyət olmasaydı, həcc məsələləri, onun hökmləri heç vaxt bilinməzdi. İmam Sadiq (ə) həcc mərasimin təvafdan, ərəfatda və minada vuqufdan tutmuş digər bütün əməllərinə kimi hamısını kamil xuzu və xuşu ilə yerinə yetirirdi. Bəkr ibn Məhəmməd Azdi deyir: təvaf edirdim, mənim kənarımda İmam Əbu Əbdillah əs-Sadiq  (ə) idi. O həzrət təvafı qurtardıqdan sonra, bir ayrı səmtə gedərək rukni-beytlə həcərül-əsvəd arasında iki rükət namaz qıldı. Namazın səcdəsində belə dediyinin eşitdim: İlahi! Mənim üzüm sənin bəndəliyindən, ubudiyyətdən sənin dərgahında torpağa düşüb, həqiqətən səndən başqa məbud yoxdur. Hər şeydən əzəl və hər şeydən sonra olan sənsən. Bu isə mənəm ki sənin hüzurunda dayanmışam, alnımın tükü sənin əlindədir. İlahi, məni bağışla, həqiqətən böyük günahı səndən başqa heç kəs bağışlamır. Elə isə məni bağışla, mən günahlarıma etiraf etmişəm. İlahi məni bağışla ki, böyük günahı səndən başqa heç kəs bağışlamır. Daha sonra mübarək başını səcdədən qaldırdı. Sanki üzünü suya salmış kimi, əşkin şiddətindən islanmışdı.[25] Həmmad ibn Osman deyir: Əba Əbdillah Cəfər ibn Məhəmmədi gördüm ki, ərəfat çölündə (vuquf zamanı) Peyğəmbəri-Əkrəmin vuquf etdiyi yerdə əlini səmaya qaldırmışdı və əllərinin içi səmaya doğru idi.[26] O həzrət Kəbə evindən xaric olarkən belə deyirdi: Allahu əkbər, Allahu əkbər, Allahu əkbər. İlahi bizim imtahanımızı ağır eləmə. Bizim düşmənlərimizi bizə şəmatətçi qərar vermə. Həqiqətən sən həm zərər yetirən və həm də mədəd edənsən (xeyir yetirənsən).[27] Həfz ibn Ömər (Əli ibn Yəqtinin azançısı) deyir: biz həmişə bu hədisi nəql edərdik ki, hicrətin 140-cı ilinin həccində insanların ən yaxşısı camaatın arasından qalxacaq. Mən həmin ili həccə getdim. Birdən gördüm ki, İsmayıl ibn Əbdullah ibn Abbas (həccin əmiri olaraq) ayağa qalxdı. Mən bu səhnəni gördükdə, çox narahat oldum. Amma çox keçmədi ki, gördüm Cəfər Sadiq (ə) atın üzərində süvar olub dayanıb. Qayıtdım öz əshabıma müjdə verərək dedim: bizim rəvayət etdiyimiz insanların ən yaxşısı budur.[28] İmam Sadiq (ə) həcc dayanacaqlarında ən böyük xuşu edənlərdən, dua edənlərdən idi.  Sufyan Souridən belə rəvayət edilir: And olsun Allaha ki, Cəfər ibn Məhəmmədi gördükdə, məşərlərdə vuquf edən və ondan üstün və ya onun kimi Allah dərgahına yalvaran, ah-nalə edən və onun kimi bir əməl yerinə yetirən bir kimsəni görmədim. O, Ərəfata çatdıqda camaatdan ayrılaraq, o şərafətli dayanacaqda Allah dərgahına duada, minacatda qərq oldu.       [1]  -Zəhəbi, Tarixul-İslam, 6.45; Təzkiratul-Huffaz, c.  1, səh.  157 [2]Usuli-Kafi, c.  1, səh.  229; [3] - Mənaqib ali Əbitalib, c.  4, səh.  345: Əmali Tusi, c.  1, səh.  287 [4]  -Əhməd Muğniyə, əl-İmam Cəfər əs-Sadiq, 47. [5] - Həmin qaynaq. [6]  -Tarixul-İslam, c.  6, səh.  45; Miratuz-Zəman, c.  6, səh.  160; Təhzibul-Kəmal, c.  5, səh.  87 [7]  -əl-İmam Cəfər əs-Sadiq, 47 [8]  -əl-İmam Cəfər Sadiq , səh.  47 (azacıq dəyişiklə: mütərcim). [9]  -Məcmuəti vəram, c.  2, səh.  82 [10] - əl-İmam Cəfər əs-Sadiq, səh.  46 [11]  -ən-Nucum əz-Zahirə, c.  5, səh.  176 [12]  -Məhəmməd ibn Səd, Təbəqati Kubra, c.  1, səh.  32 [13] - Həyatul-İmam əs-Sadiq (ə), c.  1, səh.  66 (Mətalib əs-Suuldan nəql edərək). [14]  -əl-İmam Cəfər əs-Sadiq, səh.  48 [15]  -Xisal, 11 [16]  -Usuli Kafi, c.  2, səh.  657 [17]  -əl-İmam Cəfər Sadiq, səh.  49 [18]  -Məcmuəti  Vəram, c.  2, səh.  86 [19]  -Vəsailuş-şiə, c.  6, səh.  432 və c.  8, səh.  129 [20]  -Vəsailuş-şiə, c.  4, səh.  43 və c.  44, səh.  262 [21]  -Həmin qaynaq, c.  3, səh.  26 [22]  -Bax: Səhifeyi Sadiqiyyə (İmam Sadiqdən (ə) yadigar qalmış dualar toplusu). [23]  -Vəsailuş-şiə, c.  3, səh.  290 [24]  -Vəsailuş-şiə, 1, səh.  165 [25]  -Qurbul-İsnad, səh.  28 [26]  -Qurbul-İsnad, səh.  31 [27]  -Qurbul-İsnad, səh.  3 [28]  -Qurbul-İsnad, 3  

Davam

Hz. Cəfər Sadiq (ə) -Yazılı mədəniyyətin bünövrəsi

İmam Sadiq (ə) İslam elmlərinin yaşanması, pərakəndəlikdən toplum halına gəlməsi naminə, şiənin və İslam alimlərinin ixtiyarında olan fürsətdə, dini mədəniləşmə, İslam irsinin gələcək nəsillərə, əsrlərə ötürülməsi və eləcə də, elmlərim genişlənməsi və yazılması işi ilə məşğul olmağa başladı. Xüsusilə xəlifələrin hədis yazmağı qadağan etməsini və daha sonra yazı mədəniyyətinin müsəlmanlar arasında rəvac tapmasını da nəzərə alsaq, məsələ daha əhəmiyyət kəsb edir. Yazılı mədəniyyətin ziyanlarının, eyiblərinin islahı tədrici bir məsələ olub, zaman tələb edir. İmam Baqir (ə) təlim mərkəzi və kitabla öyrətmə üsulunu genişləndirməyə əhəmiyyət verdisə, İmam Sadiq (ə) də rəsmi olaraq elmlərin yazılması, tədvin edərək kitab halına salınması  istiqamətində hərəkət etdi. Bu işdə əvvəlcə həzrət özü bəzi elmləri yazılı olaraq mətn üzərindən təlim edir və bəzən də müəyyən kitabları tədris edirdilər. Zürarə bu haqda deyir: “İmam Baqir (ə) İmam Sadiqə (ə) buyurdu ki, irs yetişmiş Səhifəni mənə oxusun”.[1] İmam Sadiqin (ə) bu əhəmiyyəti, səyi nəticəsində idi ki, onun şagirdləri İslam elmlərinin müxtəlif sahələrində risalələr, kitablar yazmağa başladılar. Misal olaraq İmam Sadiqin (ə) sayılıb seçilən şagirdi və İmam Kazimin (ə) də əshabından olan Məhəmməd ibn Nöman Əhvəli göstərmək olar. Bu şəxsiyyət bir neçə yazılı kitabın, o cümlədən “kitabul-imamə” və “kitabur-rəddi ələl-mötəzilə fi imamətil-məfzul” əsərlərinin müəllifidir.[2] İmam (ə) Peyğəmbərin (s) “elmi qeydə alın” deyə buyurduğu təlimlərinə əsaslanaraq, öz şagirdlərinə, zəkalı şiələrə tövsiyyə edirdi ki, elmi yazılı hala gətirsinlər. Eləcə də alimlərə xitabən belə təkid edir: “öz yazılarınızı qoruyub saxlayın, çünki tezliklə onlara ehtiyac olacaq”.[3] İmam öz əshabını, alimləri elmləri yazmağa həvəsləndirmək üçün, öz şagirdlərinin əsərlərini redaktə edirdi. Rəvayətdə gəlib ki,  İmam Sadiqin (ə) şagirdlərindən, dostlarından biri olan Übeydullah, öz yazdığı kitabı İmam Sadiqə (ə) göstərdikdə, həzrət onu redaktə edir. İmam (ə) onu mütaliə edərkən şagirdlərinə buyurur: “onlar fiqhdə onun və Übeydullah kimi deyillər. Onun kitabı, şiənin yazdığı ilk kitabdır”.[4]   [1] - Həmin qaynaq, c.  4, səh.  11 [2]  -Şəhristani, əl-Miləl vən-Nihəl, c.  1, səh.  187; Əhməd ibn Əli ibn Əhməd Nəcaşi, Ricalun-Nəcaşi, səh.  228 [3] - Məhəmməd ibn Həsən Tusi, əl-Əmali, səh.  95 [4] - Həmin qaynaq; İxtiyaru mərifətir-rical (ricali Kəşşi) tədqiq: Məhəmmədtəqi Fazil Meyibodi və Seyid Əbulfəzl Musəviyan, səh.  56  

Davam

İmam Sadiq (ə)

  Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (ə), anası isə Ümm Fərvə olmuşdur.   İmam Sadiq (ə) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.   İmam Sadiqin (ə) elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə, həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu tərifləyirlər. Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.”[1] O həmçinin, deyirdi: “Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi: “Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur, onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki, Cəfər ibn Məhəmməd (ə) (İmam Sadiq) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki, heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (İmam Sadiq (ə)) tutub dedi: “Bu, Əbu-Hənifədir.” O cavab verdi ki, tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq (ə)) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa, dərhal cavab verirdi ki, sizin bu məsələ barədə əqidəniz filan, Mədinə əhalisinin əqidəsi filan, bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur, bəzilərində Mədinə əhalisi ilə, bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiqə (ə) işarə edərək dedi: “O, insanların ən alimi, onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”[2]   Maliki məzhəbinin banisi Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim.[3] Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”[4]   Şeyx Müfid yazır: “O Həzrətdən o qədər elm söylənilib ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”[5]   İmamətin İmam Sadiqə (ə) ötürülməsi imamiyyə şiələri tarixində yeni bir dövr sayılır. Çünki bu dövr bu məzhəbin qayda-qanunlarını bəyan etmək, ona yeni təşəkkül vermək üçün ən gözəl fürsət sayılırdı. Belə ki, bu dövr həm siyasi baxımdan və həm də mədəni baxımdan diqqətçəkicidir. Bu dövr hakimiyyətin Bəni-Üməyyədən Bəni-Abbasa ötürüldüyü bir dövrdür. Əslində bu çəkişmə müəyyən qədər İmam (ə) və şiələr üzərində olan təzyiqləri azaltdı.   Bununla yanaşı bu dövrdə vəziyyətin dolaşıq olmasını, kəskin hərəkatları, tarixi hadisələri, əhli-hədisin qeyri-prinsipial mövqelərini də unutmaq olmaz. Mədəni baxımdan, İmam Sadiqin (ə) dövrü, elə bir dövrdür ki, fiqh, hədis yazma və yayma  kimi İslam elmləri və eləcə də yunanlılar tərəfindən əsası qoyulmuş kəlam elmi üzə çıxdı.   İmam Sadiqin (ə) dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması, həm də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin, eləcə də yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli çıxmışdı. O dövrdə Mötəzilə, Cəbriyyə, Mürciə, Qulat,[6] Zənadiqə,[7] Müşəbbihə, Mütəsəvvifə,  Mücəssəmə, Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini yaymağa çalışmışlar. Bundan da əlavə, islami elmlərin hər birində o elmin alimləri arasında fikir müxtəlifliyi yaranırdı. Məsələn, Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid elmlərində qızğın mübahisələr yaranır, hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.   İmam Sadiq (ə) şiə imamları arasında belə bir fürsət səbəbindən, əhli-beyt elmini yaymaq və digər tərəfdəndən digər müsəlman firqələri, eləcə də qalilər və ateistlər qarşısında şiə məzhəbini qoruyub-saxlamaqda, onun müdafiəsində çox çalışdı.   [1] -Təzkirətül-hüffaz, c. 1, səh. 166. [2] -"Biharül-ənvar", c. 47, səh. 217. [3] -Təhzibüt-təhzib, c. 1, səh. 88. [4] -əl-İmamüs-Sadiq vəl məzahibül-ərbəəh, c. 1, səh. 53. [5] -əl-İrşad, səh. 270. [6]- əl-İmamüs-Sadiq vəl-məzahibül-ərbəə. [7] -Zənadiqə firqəsi Allahı və bütün dinləri inkar edən bir məzhəb olmuşdur.  

Davam

Elm əhli haqda bir neçə əxlaqi məqamlar

  Heç vaxt özümüzü məğrur görməyək Qurani-kərim bütün insanlara xitab olaraq buyurur: "Sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir." Elm ilahi bir hədiyyədir Beyin, əl, göz, kitab və qələm hamısı öyrənmək vasitələridir, amma elmin özü Allah tərəfindəndir. Deməli, ya vacib-müstəhəb kimi dini hökmləri, ya bir şəxsin ehtiyacını aradan qaldırmağa kömək edən biliyi və yaxud da, cəmiyyətin problemlərini həll edən elmi öyrənmək lazımdır. (Bir sözlə, insanlığa, yəni; maddi rifahımıza və mənəviyyatımıza faydalı olan elmləri öyrənməliyik. Alimin cəmiyyətdəki məqamı, rolu və təsiredici qüvvəsi məhz bu ehtiyacları təmin etməkdə aydın müşahidə olunmalıdır.) Necə ki, hədisdə oxuyuruq: "Bir alim dünyadan getdiyi zaman, cəmiyyətdə bir boşluq yaranar ki, heç bir şey onun yerini doldurmaz". Həmçinin, bu hədisə görə, alimə və elmə müraciət olunmağın zərurəti anlaşılır. Əgər müraciət etməsək ictimaiyyətdə qarışıqlıq yaranacaq. Elmi dünya üçün istəməyək Hədisdə oxuyuruq: "Hər kəs, elmi elm əhlindən öyrənib, əməl etsə nicat tapar. Amma elmi öyrənməkdə hədəfi dünya olan şəxs üçün onun faydası, həmin dünya (malı) olacaq". Başqa bir hədisdə oxuyuruq: "Hər kəs, dünya mənfəəti üçün elmin arxasınca gedərsə, axirət faydasından bəhrələnməyəcək, lakin əgər onun hədəfi axirət olarsa, Allah axirətin və dünyanın xeyrini ona verəcək".   Elm öyrənmək lovğalıq üçün olmamalı İmam Baqir (ə) buyurur: "Hər kəs alimə rəqabət etmək, mübahisədə qalib gəlmək və yaxud camaatın diqqətini özünə cəlb etdirmək üçün elm öyrənsə, onun yeri cəhənnəmdir." Haqqı bəyan etməkdə başqalarından çəkinməmək Qurani-kərimdə belə buyurulur: "Allahın (buyurduğu ilahi) vəzifəni (icra edib) və (Onun) hökmlərini (camaata) çatdıran şəxslər, (yalnız) Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar." Necə ki, Həzrət İbrahim (ə) ulduza, aya və günəşə pərəstiş edənlərə haqqı bəyan edərkən cəsarətlə və yetərli dəlillərlə söhbət etdi. (Diqqət etmək lazımdır ki, yuxarıda söylənildiyi kimi, alim hədəfini maddi dünyanın bər-bəzəklərinə çatmaq üçün deyil, daha uca və ülvi dəyərlərə sövq verməlidir. Bu məsələnin psixoloji cəhətdən elm öyrənən şəxsin, bir alim kimi şəxsiyyətinin formalaşmasına mənfi təsir qoyduğunu nəzərdən qaçırmaq olmaz. Sırf dünya malına çatmaq üçün elm öyrənən şəxs, insanlığa və mənəvi dəyərlərə xidmət etmək məqsədi daşımadığına görə, sədaqət, mərhəmət kimi gözəl xüsusiyyətlərə malik olmayaraq, cəmiyyətdəki mənfi məqamların islahı və sair məsələlərdə passiv və bəzən də, şər qüvvələrə xidmət edərək, olduqca zərərli rol oynaya bilər. Bu səbəbə də, dinimiz daim belə alimləri sərt tənqid etmiş və elm öyrəndikdə ali-uca hədəfləri düşünməyə təşviq etmişdir. Mütərcim.) Camaatı öz düşüncələri həddində başa salmaq Qurani-kərimdə buyurulur: "Peyğəmbərlər ki, bəşər müəllimləri idilər, öz qövmlərinin dili ilə danşırdılar." Müasir zəmanədə, müəyyən məqsəd və düşüncəni insanlara daha yaxşı başa salmağın yollarından biri də, nümayiş və hünər ola bilər. Həmçinin, bir mühüm məsələni, (hökmən qarışıq və çətin elmi ibarələrlə deyil,) daha uyğun bir misalla anlatmaq da olar. (Ümumiyyətlə, Məsumlarımızın (ə) mənəvi təbliğ və elmi müzakirə metodlarını araşdırdıqda görərik ki, onlar daim ilk növbədə qarşı tərəfin qavrayış həddinə diqqət etmiş və ona uyğun olaraq söhbət etmişdir. Bəzi şəxslərlə, qısa və dolğun cümlələr söyləyərək qane etmiş, lakin bəzi insanlara uzun-uzadı elmi məqamları şərh etmişdir. Bəzən insanları misallarla başa salmış, bəzi vaxtlar isə birbaşa həqiqəti açıb-söyləmişdir. Bir sıra şəxsləri cəhənnəm əzabı ilə qorxudaraq pis əməllərdən çəkindirmiş, amma bəziləri ilə belə davranmayaraq, əksinə ilahi rəhmətini cilvələndirərək, onları pis əməllərdən uzaqlaşmağa sövq etmişdir. Deməli, hər bir alim, cəmiyyətdəki insanların psixologiyasını da düzgün qavramağı bacarmalıdır. Mütərcim.)   Nümayiş üslubundan bəhrələnmək Bəzən sualın cavabını, əməli surətdə və misalla (daha gözəl) açıqlamaq mümkündür. Belə ki, Quran təfsirində deyilir: Həzrət İbrahim (ə) bir dənizin kənarından keçirdi. Dənizin kənarına düşmüş bir quşun cəsədini gördü, onun bir qismi suda, bir qismi torpaqda idi. Quşlar və dənizin heyvanları, onun hər bir tərəfini yemişdilər. O, həzrət öz-özünə dedi: Əgər bu hadisə insanın başına gəlsə və insanın bədən üzvləri başqa canlılara keçsə (onların hüceyrələrinə hopsa), qiyamətdə bunlar necə bir yerə yığılaraq diriləcəklər? O, buna görə də, Allah-taaladan ölülərin dirilmə üslubunu əməli şəkildə müşahidə etməyi xahiş etdi. Allah-taala İbrahimə (ə) dörd quşu öldürüb, ətlərini bir-birinə qarışdırıb və onları bir neçə dağların başına qoyaraq, ardınca bir-bir səsləməyi əmr etdi. Bu dörd quşun bir-birinə qarışmış bədənləri, bir yerə cəm olub və əvvəlki formasına düşdü. Başqa bir nümunə: Xorasan məntəqəsindən bir nəfər İmam Sadiqin (ə) hüzuruna gəlib, soruşdu: Minlərlə şiəniz (tərəfdarınız) olduğu halda, nə üçün qiyam etmirsiniz? Həzrət Sadiq (ə) (yaxınlıqdakı) alovlu təndirə işarə edərək, buyurdu: "Təndirin içinə gir." Sual verən şəxs, qorxdu və təndirə girmədi. Bu zaman bir nəfər onların yanına gəldi. İmam (ə) ona da buyurdu: "Ayaqqabılarını çıxart və təndirə gir. O, İmamın (ə) əmrini yerinə yetirdi. Həzrət Sadiq (ə) xorasanlı kişidən soruşdu. Dediyin şiələrdən neçə nəfər bu cür əmrimə itaət edərlər? Xorasanlı kişi dedi: Hətta bir nəfər belə yoxdur. İmam (ə) buyurdu: "Biz öz zəmanəmizi tanıyırıq."   Fəyaz Şaxverdiyev    

Davam

Qəlbən şikəst olma...

Əlini itirərsən… Bir daha bir şeyə toxuna bilməz, onu tuta bilməz, hiss edə bilməzsən. "Yandı" deyə ufuldayıb əlini çəkdiyin o anı, soyuqdan buz tutan barmaqlarını isitmək üçün geyindiyin əlcəyini axtararsan, ama nə əllərin vardır üşüyən, nə də hiss etdiyin isti, soyuq. Ayağını itirərsən, bir daha addım ata bilməz, sərbəst hərəkət edə bilməzsən və darıxarsan tələsəndə sürətləndirdiyin, tənbəl-tənbəl, boş sahildə gəzərkən yavaşlatdığın addımların üçün. Amma geri gəlməz sənə o anlar. Dlini itirərsən, danışa bilməzsən. Susarsan, susmağın çətin olduğu vaxtda, azadlığın sözlərdə axtarıldığı bir gündə.. Sən susgunluğun ilə kölə olarsan. Hətta uşaqkən çıxartdığın kiçik səslər üçün də darıxarsan. Qulaqlarını itirərsən. Heç nəyi eşitməzsən. Nə ilk duydugun valideyninin səsini, nə də ki öz dediyiini. Öz səsin sənə yad olar. Amma diqqət yetirməssən, çünkü artıq yad da olsa, duyacağın səs yoxdur. Və sən hətta gecə yatmağa qoymayan o saatın sinirləri gərən tik tak səsi üçün belə darıxarsan .. Gözlərini itirərsən. "Əvvəl nə qədər də qaranlıqdır bu dünya"-dediyin aləmin rəngli olduğunu qavrayar və sonsuz qaranlığa həbs olarsan. “Necə də rəngliymiş” -deyərsən dünya.. Və hətta rəngli qələmlərini alanda həvəslə tək tək yoxladığın zaman çəkdiyin mənasız xətlər üçün belə darıxarsan. Göyqurşağını görmək üçün başını göyə qaldırmayan sən, yerdəki su yığımının yaratdığı saxta göy qurşağları üçün belə darıxarsan… Amma əllərini itirsən də yanındaki bir dostunun əlini yanıdrarkən duyduğu acını sən də hiss edərsən ürəyində. Yeriyə bilməsən də gözlərini yumar, getmək istədiyin yerə gedərsən xəyallarında. Nə də olsa, qəlbin ucsuz bucaqsız xəyal səması var. Eşitməsən də, qəlb döyüntün sənə səslərin olduğunu sübut edər. Görməsən də, dostların elə danışar ki, çöldəki göy qurşağından qəlbin ən rəngarəng çalarlara boyanar və o göy qurşağına çatmaq istəyən quş kimi çırpınar. Sussa da dilin, qəlbindən danışır, ürəyindən keçirirsən hislərini. Nə də olsa, qəlbinin sonsuz kəlmə xəzinəsi var. Yəni hiss edirsən ki sən yaşayırsan. Amma itirsən qəlbini onda nə göy qurşağı gözəl görünər sənə, nə duydugun səslər. Mənasız yeddi rəngin birləşməsi, boş boş danışan insanlar.. Çalış, qəlbindən şikəst olma! Nə qədər ki əllərin var, get tut kimlərinsə əlindən! Çarəsiz uzadılmış o əllərdən tut… Nə qədər ki, ayaqların var, qaç İlahi sevginin beşiyinə… Nə qədər ki, qulağın var, eşit qaranlıq, kimsəsiz küçədə kömək üçün pıçıldayan, güclə eşidilən səsi.. Səssiz çığlıqları… fəryadları… Nə qədər ki dilin var "mən burdayam" de. Ölməyib hələ insanlıq, insanlığın yaşadığını göstər.. Nə qədər ki gözlərin var, başını qaldır və göy qurşağına bax. Şiddətli yağış sonrası ümid olmaq istərcəsinə çıxan göy qurşağına bax. Və bir rəng seç… Birinə ümid ol... Həsənova Aydan

Davam

Əsrarəngiz şəxsiyyət, Hz. Əli (ə)

  Əsrarəngiz bir şəxsiyyət... Elə bir şəxsiyyət ki dost da, düşmən də, şiəyə də, sünnü də, müsəlman da, qeyri müsəlman da bu şəxs haqda danışır və əsərlərində ehtiramla yad edir. Elə bir şəxs ki, hər kəs ədalərinin canlanmasını onun əməllərində seyr etdi.  Əsrarəngiz bir şəxsiyyətdir Həzrət Əli (ə). Çünki, düşmən onunla düşmənçilik edə-edə tərif edir. Bu əsrarəngiz şəxsiyyət, Natiqi qurandır. Yəni “Danışan quran”, əməli, vücüdü, nitqi qurandan naşqa bir şey deyil. O, elm şəhərinin qapısıdır.   O, haqq ilə, haqq onun ilədir. Onun vücuda baxmaq ibadətdir.   Rəsulallah (s) Qurana baxın ki gözləriniz nurlansın buyurur. Amma Əliyə baxmaq qəlbi nurlandırır-deyə buyurur.     Əsrarəngizdir… Deyirlər, bu ilahi şəxsin süküt dövrü var, yəni süküt etdi, yəni dinmədi, danışmadı. Yox, vücüdu danışdı, vücudu işiq saçdı. Necə ki, Quranın nuru yolumuzu aydınladır. Təkfirçi xəvariclər qərara gəldilər ki, bu çırağı söndürsünlər. Amma başa düşmədilər ki, bu çıraq maddi deyil, bu əsrarəngiz ilahi şəxsin vücudundakı işıqı zahiridə deyil, ruhunun aliliyindədir. Elnur Əlioğlu  

Davam

Fitr bayramı gününün əməlləri

26 iyun Fitr bayramı günüdür. İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Şəvval ayının birinci günü çatdıqda, ilahi carçı nida edər: “Ey möminlər, mükafatlarınızı almaq üçün tələsin.” Sonra imam Baqir (ə) buyurur: “Allahın mükafatları şahların mükafatları kimi deyil!” (Yəni Allahın mükafatları böyük və mənəvidir, “ilahi razılıq” mükfatların ən alisidir.) İmam (ə) sonda buyurur: “Şəvval ayının birinci günü mükafatların qəbulu günüdür.” Nəql olunur ki, imam Həsən (ə) Fitr bayramı günü bir qrup adamın deyib-güldüyünü gördükdə buyurdu: “Allah Ramazan ayını bəndələri üçün müsabiqə ayı qərar verib. Bu ayda bəndələr ibadətləri ilə bir-birini ötməyə çalışarlar. Xeyir əməl sahibləri öndə gedib savaba çatdığı zaman, geridə qalıb əylənənlərə təəccüb edirəm! And olsun Allaha, pərdələr qaldırılsa, salehlərin savaba, azğınların isə cəzaya çatdığı aydın olar.” Fitr bayramı gününün bir sıra əməlləri var ki, əziz möminlərin diqqətinə çatdırırıq: 1. “Sübh” və “Fitr bayramı” namazlarından sonra aşağıdakı zikri tərkrar-təkrar oxumaq: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ الْحَمْدُ لِلَّهِ عَلَى مَا هَدَانَا وَ لَهُ الشُّكْرُ عَلَى مَا أَوْلانَا Duanın oxunuşu: Əllahu-əkbəru əllahu-əkbər, la ilahə illəllahu vəllahu əkbər, əllahu-əkbər və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana. Duanın tərcüməsi: Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizi bağışladığına görə şükür olsun Ona! 2. Fitr bayramı namazından öncə fitrə-zəkatını çıxarmaq; hər adam başına buğda, arpa, хurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida növlərindən 1 “sa” (təqribən 3 kq) fitrə cıxarmaq vacibdir. Əgər оnların hər hansının pulunu versə də kifayətdir. Bu, Ramazan ayının qəbul şərtlərindəndir və gələn ilə qədər insanın bəlalardan qorunmasına səbəb olur. 3. Qüsl etmək; onunu vaxtı dan yeri söküləndən bayram namazı qılınan vaxta qədərdir. 4. Təmiz libaslar geyinmək, gözəl ətirlərdən istifadə etmək və namaz qılmaq üçün məscidə getmək; 5. Bayram namazından qabaq yaxşı olar ki, xurma, ya şərbətlə iftar edilsin. Şeyx Müfid yazır ki, bütün dərdlərə şəfa olan imam Hüseynin (ə) türbətindən azacıq yemək müstəhəbdir. 6. Günəş doğduqdan sonra bayram namazını qılmaq; Əsrin imamının (ə) qeybdə olduğu dönəmdə bu namazı qılmaq müstəhəbdir. Bu namazı həm camaatla, həm də fərdi şəkildə qılmaq olar və o iki rükətdir: birinci rükətdə “Həmd” və “surə” oxunduqdan sonra beş təkbir deyilir və hər təkbirdən sonra bir qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə isə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır. Namaz qurtardıqdan sonra xanım Fatimeyi-Zəhranın (s.ə.) “təsbihatı” deyilir, möminlər haqda dua edilir. Bu namazın qunutunda istənilən duanı oxumaq olar. Amma daha yaxşı olar ki, bu dua oxunsun: اللَّهُمَّ أَهْلَ الْكِبْرِيَاءِ وَ الْعَظَمَةِ وَ أَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ أَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ أَهْلَ التَّقْوَى وَ الْمَغْفِرَةِ أَسْأَلُكَ بِحَقِّ هَذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيدا وَ لِمُحَمَّدٍ صَلَّى اللَّهِ عَلَيْهِ وَ آلِهِ ذُخْرا وَ شَرَفا وَ کَرامَتاً وَ مَزِيدا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنْهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ وَ أَعُوذُ بِكَ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُك الْمُخْلصُونَ   Duanın oxunuşu: Əllahummə əhləl kibriyai vəl əzəməh, və əhləl cudi vəl cəbərut, və əhləl əfvi vər-rəhməh, və əhlət-təqva vəl məğfirəh, əs`əlukə bihəqqi hazəl yəvm, əlləzi cəəltəhu lilmusliminə iyda, və li Muhəmmədin səlləllahu ələyhi və alih, zuхrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən tudхiləni fi kulli хəyrin ədхəltə fihi Muhəmmədən və alə-Muhəmməd, və ən tuхricəni min kulli suin əхrəctə minhu Muhəmmədən və alə-Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə, inni əsəlukə хəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muхləsun. Duanın tərcüməsi: İlahi, Sən calal və əzəmət, bəxşiş və qüdrət, əfv və rəhmət, təqva və məğfirət sahibisən! Səndən istəyirəm ki, müsəlmanlar üçün bayram və Mühəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) üçün zəxirə, şərəf və yüksək məqam təyin etdiyin bu günə xatir, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini daxil etdiyin hər bir xeyir və səadətə məni də daxil edəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini (Allahın salamı olsun ona və onlara) çıxartdığın hər bir şərdən məni də çıxarasan! İlahi, mən Səndən saleh bəndələrinin Səndən istədiklərini istəyir, saleh və xalis bəndələrinin Sənə sığındıqları ilə Sənə sığınıram!  

Davam

Fitr bayramı namazının hökmləri-Ayətullah Xameneinin (md) fətvaları əsasında

Qeyb dövründə(1)  bayram namazı 249. Sizin nəzərinizə görə, Fitr və Qurban bayramlarının namazı və cümə namazı vaciblərin hansı qismindəndir? Cavab: Hazırkı əsrdə Fitr və Qurban bayramlarının namazı vacib deyildir, müstəhəbdir. Amma cümə namazı təxyiri-vacibdir.  Fitr bayramı namazından qabaq iqamə demək 252. Fitr bayramı namazının iqaməsi varmı? Cavab: İqaməsi yoxdur. 253. Əgər imam-camaat Fitr bayramı namazı üçün iqamə desə, onun və başqa namaz qılanların namazının hökmü nədir? Cavab: İmam-camaatın və məmumların  bayram namazının düzgünlüyünə xələl gətirmir. Cümə və ya bayram namazının ikinci rəkətinə çatmaq 254. Əgər bir şəxs Fitr və ya Qurban bayramı namazının, yaxud cümə namazının ikinci rəkətinə çatsa, vəzifəsi nədir? Cavab: Namazın qalanını özü qılsın. Bayram namazının qunutlarını azaldıb-artırmaq 255. Bayram namazının qunutlarını azaldıb-artırmaq, bu namazın batil olmasına səbəb olurmu? Cavab: Əgər azaldıb-artırmaq dedikdə, qunutları qısaldıb-uzatmaq (qunutların duasını qısa və ya geniş oxumaq) nəzərdə tutulursa, bu iş namazın batil olmasına səbəb olmur. Amma əgər azaldıb-artırmaq dedikdə, qunutların sayını azaldıb-artırmaq nəzərdə tutulursa, bayram namazı fiqh kitablarında qeyd edilən şəkildə qılınmalıdır. Bayram namazının qunutunda şəkk etmək 256. Əgər bir şəxs mübarək Fitr və Qurban bayramı namazlarının qunutlarının sayında şəkk etsə, belə ki, beş qunut, yoxsa dörd qunut tutduğuna şəkk etsə, namazının hökmü nədir? Cavab: Əgər onun (qunutun) yeri keçməmişdirsə, sayın azını əsas götürməlidir. Vəhdəti qorumaqdan ötrü bayram namazını təxirə salmaq 257. Vəhdəti qorumaqdan ötrü bayram namazını sonrakı günə təxirə salmaq olarmı? Xüsusilə də, bəzi hədislər bayram namazını bayramın ikinci və üçüncü günü qılmağın icazəli olduğuna dəlalət edir. Cavab: Hər bir halda, qəsdi-rəca ilə bayram namazını sonrakı gün qılmağın maneəsi yoxdur. Fitr bayramı namazının qəzası 258. Fitr bayramı namazının qəzası varmı? Cavab: Qəzası yoxdur. (1) Yəni, İmam Zamanın (ə.f) qeybi dövründə

Davam

- Fitrənin hökmləri - Seyid Əli Xameneinin fətvaları əsasında

Sual: Fitrəni kənara qoymağın və onu ödəməyin vaxtı nə zamandır? Cavab: Şəvval ayının hilalının göründüyü sübuta yetdikdən sonra mükəlləf fitrə zəkatını kənara qoya bilər. Əgər o, bayram namazı qılırsa, ehtiyat-vacibə görə fitrə zəkatını namazdan qabaq verməli və ya kənara qoymalıdır. Əgər bayram namazı qılmırsa, Fitr bayramı gününün zöhrünə qədər təxirə sala bilər.   Sual: Təkcə Fitr bayramı gecəsi mükəlləfin evinə gələn qonağın fitrəsinin hökmü nədir? Cavab: Onun fitrəsi ev sahibinin öhdəsinə deyildir.   Sual: Əgər qonaq öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülürmü? Cavab: Qonaq ev sahibinin çörək yeyəni sayıldığı təqdirdə əgər o, ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür.   Fitrə zəkatının vacib olma şərtləri Qonağın fitrə zəkatı 225. Təkcə Fitr bayramı gecəsi mükəlləfin evinə gələn qonağın fitrəsinin hökmü nədir? Cavab: Onun fitrəsi ev sahibinin öhdəsinə deyildir. 226. Əgər Fitr bayramı gecəsi insanın evinə qonaq gəlsə və o, sübh vaxtı bayram olduğunu başa düşsə, qonaqların fitrəsi ev sahibinə vacibdirmi? Cavab: Hilalın göründüyündən xəbərsiz olmaq, fitrənin verilməsinin hökmündə təsir qoymur. Əvvəldə qeyd olundu ki, bir gecəlik qonağın fitrəsi onun öz öhdəsinədir. 227. Əgər qonaq öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülürmü? Cavab: Qonaq ev sahibinin çörək yeyəni sayıldığı təqdirdə əgər o, ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür. Fəqirin fitrə zəkatı 228. Maddi imkanı olmayan şəxsin fitrə zəkatı verməsi vacibdirmi? Cavab: Əgər fəqir olsa, fitrə zəkatı vermək ona vacib deyildir. Əgər bu şəxsdə üç kiloqram buğda və ya bu kimi qida məhsulu varsa, yaxud da bu məhsulların qiyməti qədər pulu varsa, onu fitrə zəkatı ünvanında verməsi müstəhəbdir. Əgər himayəsində yaşayan şəxslər varsa, bu şəxs həmin məhsulu və ya pulu fitrə ünvanında ailə üzvlərinin əlində dolandıra bilər və yaxşı olar ki, axırıncı şəxs onu özlərindən olmayan bir fərdə versin. Dolanışıq xərclərini təmin edən qadının fitrə zəkatı 229. Əgər ərin ehtiyacı olduğu üçün qadın dolanışıq xərclərinin təmin olunmasında kömək edərsə, onların fitrə zəkatını kim verməlidir? Cavab: Əgər qadın kişinin çörək yeyəni hesab olunarsa, ər imkanı olduğu təqdirdə özünün və həyat yoldaşının fitrə zəkatını verməlidir. Əgər qadın ərinin və başqasının çörək yeyəni olmasa, qadının özü fitrə zəkatını verməlidir. Naşizə qadının(1)  fitrə zəkatı 230. Ərinin cinsi istəklərinə cavab verməyən qadının fitrə zəkatı ərin öhdəsindən götürülürmü? Cavab: Xeyr, ər onun fitrə zəkatını verməlidir. Ancaq əgər qadın başqasının çörək yeyəni olarsa, onun fitrə zəkatı ərin öhdəsindən götürülər. Ərin fitrə zəkatı verməməsi, zövcənin və övladın vəzifəsi 231. Əgər ata fitrə zəkatı verməsə, onun zövcəsi və övladının vəzifəsi nədir? Cavab: Onların bir vəzifəsi yoxdur və fitrə zəkatı vermələri lazım deyildir. Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı   Fitrə zəkatının verildiyi qida məhsulu 232. Fitrə zəkatı adətən istifadə edilən və məlum qida məhsulu ilə verilməlidir, yoxsa şəri qida məhsulu ilə verilməlidir? Cavab: Əgər buğda, arpa, xurma, düyü və bu kimi qida məhsulu ilə verilsə, kifayət edir və əksər hallarda istifadə edilən qida məhsulunda inhisarlaşmır. Fitrə zəkatının miqdarı 233. Fitrənin miqdarı nə qədərdir? Cavab: Mükəlləf özü üçün və onun çörək yeyəni sayılan fərdlərin hər biri üçün camaatın yediyi qida məhsullarından (məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s.) üç kiloqram və ya onlardan birinin pulunu müstəhəqə (fitrə zəkatı verilən şəxs) verməlidir. Fitrə zəkatının verilmə zamanı və məkanı Fitrəni kənara qoymağın zamanı 234. Fitrəni kənara qoymağın və onu ödəməyin vaxtı nə zamandır? Cavab: Şəvval ayının hilalının göründüyü sübuta yetdikdən sonra mükəlləf fitrə zəkatını kənara qoya bilər. Əgər o, bayram namazı qılırsa, ehtiyat-vacibə görə fitrə zəkatını namazdan qabaq verməli və ya kənara qoymalıdır. Əgər bayram namazı qılmırsa, Fitr bayramı gününün zöhrünə qədər təxirə sala bilər. Fitrəni kənara qoymaq və ondan istifadə etmək 235. Əgər mükəlləf fitrəni kənara qoysa, onu istifadə edib sonra onun yerinə başqa mal qoya bilərmi? Cavab: Xeyr, kənara qoyduğu malı fitrə olaraq verməlidir. Fitrə zəkatını Ramazan ayından qabaq vermək 236. Fitrəni Ramazan ayından qabaq fəqirə vermək olarmı? Cavab: Xeyr, kifayət etmir. Amma fəqirə borc verib, Fitr bayramı günü verdiyi borcu fitrə ünvanında hesablaya bilər. Fitrə zəkatını başqa şəhərə göndərmək 237. Fitrə zəkatını başqa şəhərə göndərə bilərikmi? Cavab: Əgər mükəlləfin yaşadığı yerdə və şəhərdə müstəhəq tapılmasa, fitrəni başqa şəhərə apara bilər. Fitrə zəkatını bayramdan qabaq vermək 238. Əgər başqa bir ölkədə müstəhəq və daha ehtiyaclı fərdlər olsa, bu fərdlərə çatdırılması üçün fitrə zəkatını bayramdan bir neçə gün qabaq vermək olarmı? Əgər bu işi telefon danışığı vasitəsilə bir şəxsə tapşırsam və ölkəyə qayıtdıqdan sonra müstəhəqlərə verdiyi məbləği ona versəm, bunun hökmü nədir? Cavab: Sizin tərəfinizdən fitrə zəkatını ödəməsi üçün özünüzə vəkil təyin etməyinizin maneəsi yoxdur. Vəkil təyin etmənin yuxarıda deyilən qaydada (yəni istər telefonda zəngləşərək, istərsə də başqa bir yol ilə) olması fərq etmir. Amma fitrə zəkatının öz vaxtında verilməsi vacibdir. Fitrə zəkatını verməyi unutmaq 239. Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir? Cavab: Əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir. Fitrə zəkatının istifadəsi Fitrə zəkatının verilmə qaydası 240. Fitrə zəkatını dindar olmayan fəqir ailəyə vermək olarmı? Cavab: Fitrə zəkatında fitrə alanın ədalətli şəxs olması lazım deyildir. Amma aşkarda böyük günahları işlədən şəxsə ehtiyat-vacibə görə fitrə zəkatı verilməməlidir. Nəfəqəsi vacib olan şəxsə(1)  fitrə zəkatı vermək 241. Ata ehtiyacı olan tələbə övladına fitrə zəkatı verə bilərmi? Cavab: Əgər övladlar fəqir olsalar, ata və ana onların vacib xərclərini ödəməlidirlər. Fitrə zəkatından bir şeyi dolanışıq xərcləri üçün onlara vermək olmaz. Amma borclarını ödəmələri üçün və ya təmin edilməsi ataya vacib olmayan ehtiyaclar üçün fitrə zəkatını onlara verməyin maneəsi yoxdur. Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi 242.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər “sa”nın(2)  (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi “sa” yarım(3)  (yaxud yarımdan az və ya çox) verə bilərikmi?  Cavab: Ehtiyat-vacibə görə fəqirə bir “sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(4) . Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə “sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin. Fitrə zəkatını qohumlara vermək 243. Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı? Cavab: Hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır. 244. Fitrə zəkatını qardaşa vermək olarmı? Cavab: Əgər fəqir olsa, olar. Ümumiyyətlə, fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə, fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxlərə vermək müstəhəbdir. Fitrə zəkatını mədəni işlərə xərcləmək 245. Fitrə zəkatını dini maarifin yayılmasına səbəb olan mədəni və dini işlərə xərcləmək olarmı? Cavab: Fitrə zəkatını dini maarifin yayılması yolunda xərcləməyin maneəsi yoxdur. Amma ehtiyata görə fitrə zəkatı fəqirə verilməlidir. Seyidlərin fitrəsi 246. Mənim həyat yoldaşım seyidədir. Onun fitrəsinin mənim öhdəmdə olduğunu və mənim də seyid olmadığımı nəzərə alaraq, həmçinin seyidlərin fitrəsinin ayrıca alındığını nəzərə alaraq, mən həyat yoldaşımın fitrəsini seyidlərin fitrəsi üçün nəzərdə tutulan yerə verməliyəmmi? Cavab: Fitrənin verilməsində meyar “əyal” (fitrəsi verilən) deyil, “muil”dir (fitrəni verən şəxsdir). Buna görə də siz fitrənizi seyidə verə bilməzsiniz, baxmayaraq ki, həyat yoldaşınız seyidədir. Fitrə zəkatının fəqir seyidlərə verilməsi 247. Fitrəni fəqir seyidlərə vermək olarmı? Cavab: Seyid olmayanlar seyidlərə fitrə verə bilməzlər. Fitrə zəkatını ehtiyacı olan xəstənin müalicəsinə xərcləmək 248. Əgər bir şəxsin maddi imkanı yaxşı deyilsə və azyaşlı qızının böyük xərc tələb edən xəstəliyinin müalicəsi üçün pula ehtiyacı varsa, ona fitrə zəkatı vermək olarmı? Əgər sonradan onun fitrə zəkatına müstəhəq olmadığı məlum olsa, bunun hökmü nədir? Cavab: Əgər o, fəqirdirsə, ona fitrə zəkatını vermək vacib deyildir və siz fitrə zəkatınızı ona verə bilərsiniz. Əgər onun fəqir olmadığını sonradan başa düşsəniz, bu təqdirdə, əgər sizin ona verdiyiniz mal aradan getməyibdirsə, onu geri alıb müstəhəqə verə bilərsiniz. Əgər geri ala bilməsəniz, öz malınızdan fitrə verməlisiniz.     (1) Yəni bu şəxsin (məsələn, həyat yoldaşının, övladın) lazımi dolanışıq xərclərini ödəmək mükəlləfə vacibdir. (2)  Çəkisi üç kiloqram olan bir ölçü (3) Yəni 20.5 “sa” (4) Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq  hesablanır.     

Davam
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
Arbaeentitr

 Hədislər