Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Xəbərlər

Əsgəreyn (ə) imamlarının pak qəbirlərinin bəzəkli parçası yeniləndi

Həzrət Fatimeyi Məsumənin (s.ə) mübarək mövludu münasibətilə İraqın Samirra şəhərindəki Əsgəreyn (ə) imamlarının pak qəbirlərinin üzərindəki parça yenilənib.   Askarian-ə istinadən dəyərlər saytı xəbər verir ki, Həzrət Əbülfəzl Abbas (ə) hərəmininbirbaşa nəzarəti altında yeni bəzəkli örtük, Küveytdəki Cəfəri fondu, Küveyt və İraqın Vəqflər İdarəsi tərəfindən hazırlanıb.    

Davam

Məkkə və Mədinə şəhərlərini birləşdirən yüksək sürətli qatarın sınağı keçirilib

Səudiyyə Ərəbistanının müqəddəs Məkkə və Mədinə şəhərlərini birləşdirən “Əl-Hərəmeyn” adlanan dəmiryolunun tikintisi başa çatıb və yüksəksürətli qatarın ilk sınağı həyata keçirilib.    Rusiya KİV-lərinə istinadən maidə saytı xəbər verir ki, sürətli elektrik qatarının sınaq mərasimindaə Məkkə vilayətinin şahzadəsi Bəndər bin Abdullah və digər rəsmilər iştirak edib.    Sınaq zamanı rəsmiləri daşıyan qatar Ciddə şəhərindən Rabiq qəsəbəsinə və Mədinəyə gedib və oradan da yenidən Ciddəyə qayıdıb. Sınaq zamanı qatar saatda 300 km-dək sürəti artırıb.    “Əl-Hərəmeyn” adlanan dəmiryolu boyunca Məkkə və Mədinə şəhərlərindəki son dayanacaq da daxil olmaqla 5 stansiya (dayanacaq) olacaq. Ara stansiyaları Rabiq qəsəbəsində, Ciddə şəhərində və Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərəcək. 450 kilometrlik dəmiryolu 2018-ci ildə istifadəyə veriləcək.   Bu dəmiryolu vasitəsilə hər il 60 milyon sərnişin daşınması planlaşdırılır. Məkkə - Mədinə istiqamətində 35 qatarın fəaliyyət göstərəcəyi bildirilir.     Məkkə-Mədinə dəmir yolunun tikintisi üçün tender 2011-ci ildə elan edilib, layihənin dəyəri 6,7 milyard avro təşkil edib.    Məlumatda, həmçinin bildirilir ki, “Əl-Hərəmeyn” dəmiryolu layihəsində səsboğucu texnologiya tətbiq olunacaq. Bu ən çox yaşayış rayonları ərazisində nəzərə alınacaq. Beləliklə, zəvvarlar iki müqəddəs şəhər arasında yolu iki dəfə tez qət edə biləcək. Amma ümidvarıq ki, əmniyyət və təhlükəsizlik sistemləri düzgün şəkildə riayət edilsin ki, Minadakı faciə və Kran faciəsi kimi faciələr təkrarlanmasın.  

Davam

İmam Hüseynin (ə) hərəmində Əş-Şühəda zirzəmi kompleksi məhərrəm ayına qədər istifadəyə veriləcək

İmam Hüseynin (ə) mütəhhər hərəminin mühəndis-texniki idarəsi hərəmin altındakı Əş-Şühəda zirzəmi kompleksinin Məhərrəm ayında zəvvarların Kərbəla şəhərinə axınına qədər hazır olacağını bildirib.   İmamhussain saytına istinadən xəbər verir ki, Ərbəin vaxtı milyonlarla zəvvarın Kərbəla şəhərinə yürüşü vaxtı İmam Hüseynin (ə) mütəhhər hərəminin Əş-Şühəda zirzəmi kompleksi zəvvarların rahat hərəkəti üçün mühüm rol oynayacaq. Baş mühəndis Mehdi Falih zirzəmi kompleksində zəvvarların ehtiyaclarının ödənilməsi üçün lazım olan hər vasitənin quraşdırılacağını bildirib. Bu barədə dəyərlər saytı yazıb.  

Davam

Kəramət ongünlüyündə İmam Rzanın (ə) pak hərəmini bəzəyən rəngli işıqlar və güllər

Kəramət ongünlüyü münasibətilə İranın hər yerindən və ölkə xaricindən minlərlə zəvvar Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəminə axışır.   Astan News-a istinadən dəyərələr saytı xəbər verir ki, bu mübarək günlərdə İmam Rzanın (ə) hərəmi də özünəməxsus bəzədilib. Mübarək mövlud ərəfəsində hərəmin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə asılan rəngli işıqlar da axşam saatlarında müqəddəs ziyarətgaha xüsusi bir rəng qatır.   Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 25 iyuldan İmam Rzanın (ə)-ın mövlud gününə - 4 avqusta kimi davam edir. "Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır.  

Davam

İmam Hüseynin (ə) mütəhhər hərəminin qızılı günbəzi yuyuldu

İmam Hüseynin (ə) mütəhhər hərəminin texniki şöbəsinin xidmətçiləri hərəmin qızılı günbəzinin yuyulması işlərini həyata keçiriblər.   İmamhussain saytına istinadən xəbər verilir ki, İraqdakı qızmar istilər səbəbilə İmam Hüseynin (ə) mütəhhər hərəminin qızılı günbəzinin zərər görməməsi və parlaqlığının daha da artırılması səbəbilə xidmətçilər qiymətli metalların üzərində istifadə edilən xüsusi ləvazimatı təmizləmə işlərində istifadə ediblər. Dəyərlər saytına istinad edilir.  

Davam

Hollandiyada İslam məktəbi qurulacaq

Hollandiyanın Dövlət Müşavirliyi Amsterdamda bir fond tərəfindən lisey səviyyəsində açılması istənilən İslam məktəbi üçün Təhsil Nazirliyinin icazə verməsi və maliyyələşdirməni təmin etməsi istiqamətində qərar verib.   Anadolu-ya istinadən xəbər verilir ki, Dövlət Müşavirliyindən verilən açıqlamada, məktəbi açmaq üçün 2011-ci ildə müraciət edən Amsterdam İslam Təhsil Fondu (AİEV) haqqında Təhsil Nazirliyinin iddia etdiyi kimi rəsmi bir təftiş müraciəti olmadığı qeyd olunub. Bu haqda dəyərlər saytı yazıb.   Həmçinin fondun sabiq rəhbərlərindən birinin sosial şəbəkədə 2014-cü ildə İŞİD-lə bağlı etdiyi paylaşımlarından sonra qurumdan uzaqlaşdırıldığı bildirilən açıqlamada, bu səbəbdən məktəbin açılmasının qarşısında bir maneə qalmadığı vurğulanıb. Dövlət Müşavirliyi Təhsil Nazirliyinin qərarı 1 avqustdan əvvəl təsdiqləməli olduğunu da vurğulayıb. Hollandiyanın Təhsil Nazirliyi 2011-ci ildə məktəbin açılması üçün müraciət edən AİEV-ə razılıq vermişdi, ancaq daha sonra razılığı ləğv etmişdi. Amsterdam bələdiyyəsi də fond rəhbərlərindən birinin sosial şəbəkədə İŞİD ilə əlaqəli mesajlarını əsas göstərərək, məktəbə maliyyə dəstəyi verilməyəcəyini bildirmişdi. Qərarlardan sonra AİEV bələdiyyəyə qarşı məhkəmədə iddia qaldırmışdır və məhkəmə 2015-ci ildə fondun lehinə qərar çıxardı.   Ölkədə lisey səviyyəsində olan yeganə İslam məktəbi olan Avisenna Kolleci Rotterdam şəhərində yerləşir.  

Davam

Qətərli hacıların üzləşdikləri çətinliklər BMT-də qaldırıldı

Qətər Milli İnsan Hüquqları Komissiyasının (NHRC) qətərlilərin həcc ibadətini yerinə yetirəndə üzləşdikləri sıxıntıları BMT-də qaldırdığı bildirilib. Anadolu-ya istinadən dəyərlər saytı xəbər verir ki, NHRC BMT-nin inanc və din azadlığı üzrə xüsusi məruzəçisi Heiner Bilefeldtə Qətərli zəvvarların həcc ibadətini yerinə yetirməkdə üzləşdikləri çətinliklərlə bağlı məktub göndərib və məktubda dini ritualların siyasiləşdirilərək, siyasi qazanclar əldə etmək məqsədilə istifadə edilməsindən narahatlığın yarandığı qeyd olunub.   Məktubda, həmçinin Qətər vətəndaşlarına ibadətlərini yerinə yetirəndə tətbiq edilən təzyiqlərin beynəlxalq konvensiyalara zidd olduğu qeyd olunub: "Səudiyyə Ərəbistanı qətərlilərə yalnız iki hava yolu marşrutu vasitəsilə ölkəyə daxil olmalarına icazə verdi. Bu qərar Qətərdən kənarda yaşayan qətərlilər üçün də qüvvədədir, onların da əvvəl Dohaya, daha sonra Səudiyyə Ərəbistanına daxil olaraq həcc ibadətini yerinə yetirməsi lazımdır". Mesajda bu pozuntuların Ramazan ayında Qətərli ümrə zəvvarlarına qarşı pozuntuların davamı olduğu vurğulanıb.   Xatırladaq ki, Səudiyyə rejiminin Həcc və Ümrə Nazirliyi iyulun 20-də qətərli həcc və ümrə zəvvarlarının ölkəyə daxil olacaqlarını bildirmişdir, lakin yalnız təyyarə və Qətər Hava Yollarından başqa şirkətlərdən istifadə edilməsi qeyd etmişdir.  

Davam

Oktyabrda İran və İraqda ilk dəfə Ərbəin yürüşü festivalı keçiriləcək

İran və İraq tərəfindən ilk dəfə təşkil olunacaq "Ərbəin yürüşü" adlı beynəlxalq film və foto festivalı oktyabr ayında öz işinə başlayacaq. İRNA-ya istinadən dəyərlər saytı xəbər verir ki, "Eşq yolu" beynəlxalq film və şəkil festivalının ilk tədbiri 23-27 oktyabr tarixlərində İraq və İranın müqəddəs məkanları olan Kərbəla və Məşhəd şəhərlərində eyni zamanda keçiriləcəyi bildirilib. Festivalın mövzusu Ərbəin yürüşü və İmam Rzanın (ə) şəhadəti ilə bağlı tədbirlərdir.   Bu mədəni tədbir çərçivəsində, müxtəlif tammetrajlı və qısametrajlı filmlər, klip, multiplikasiya, televiziya serialları və ssenari əsərləri ilə birlikdə mobil telefonlar və peşəkar fotoaparatlardan çəkilən fotolar sənətsevərlərə təqdim olunacaq. Eşq yolu beynəlxalq film və şəkil festivalı Əhməd Miralayinin sədrliyi ilə İran və İraqın əlaqəli qurumlarının dəstəyi ilə keçiriləcək.    

Davam

Hz. Hüseynin (ə) mütəhhər hərəmindəki Qətlgah yerinin qızılı zərihi yeniləndi

Kərbəla şəhərində İmam Hüseyn (ə) zəvvarlarının əsas ziyarət etdiyi yerlərdən biri olan Qətlgahın yeni qızılı zərihi yerinə bərkidilib.   İmamhussain saytına istinadən dəyərlər saytı xəbər verir ki, bir müddət əvvəl təmir üçün götürülən zərih artıq yenilənərək, aid olduğu yerə quraşdırılıb.   Qeyd edək ki, Qətlgah adlı yer Kərbəla faciəsi vaxtı İmam Hüseynin (ə) mübarək başının kəsildiyi yer adlanır.  

Davam

Kərbəlada Hz. Hüseynin (ə) hərəmində beynəlxalq Quran yarışları keçiriləcək

Kərbəlada İmam Hüseynin (ə) hərəmində Quranın hifz, tilavəti və təfsiri üzrə beynəlxalq yarış keçiriləcək.    İraq KİV-lərinə istinadən maidə xəbər verir ki, bu yarışlar həm kişilər və həm də qadınlar üçün ayrı-ayrılıqda təşkil olunacaq.    İmam Hüseynin (ə) hərəminin "Darul-Quran" Müəssisəsinin müdiri Şeyx Həsən Əl-Mənsuri bildirib ki, bu yarışlar tezliklə İmam Hüseynin (ə) hərəmində təşkil olunacaq.   “İslam dünyasında və İraqda Quran üzrə istedadlı şəxslərin tərbiyəsi və onların yetişdirilməsi üçün İmam Hüseynin (ə) hərəminin Quran evi (Darul-Quran) bu yarışı təşkil edir”.   Qeyd edək ki, yaxın günlərdə Kərbəlada keçiriləcək beynəlxalq Quran yarışlarında iştirak etmək üçün şərtlər açıqlanacaq.  

Davam
<< <
1 2 3 4 5 6 7 8 9 10
> >> صفحه 1 از 75
Arbaeentitr

 Hədislər