Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

  Dualar və ziyarətnamələr


Allaha şövq və istəyi olanların minacatı - İmam Səccad (ə) - ın minacatlarından

Çap\Print
Allaha şövq və istəyi olanların minacatı - İmam Səccad (ə) - ın minacatlarından

ALLAHA ŞÖVQ VƏ İSTƏYİ OLANLARIN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

Subhanəkə ma əzyəqa əla mən ləm təkun dəliləhu, vəma əvzahəl həqqa ində mən hədəytəhu səbiləhu, İlahi fəsluk binə subuləl vusuli iləykə, və səyyirna fi əqrabit turuqi lil vufudi ələykə, qarrib ələynəl bəida və səhhil ələynəl əsiraş şədidə, vəlhiqna bi-ibadikəl ləzinə hum bil bidari iləykə yusəriunə, və babəkə ələd davami yətruquunə, və iyyakə fil ləyli vən-nəhari yə`budunə, və hum min həybətikə  muşfiqunə, əlləzinə səffəytə ləhumul məşaribə və bəlləğtəhumur rağaibə, və əncəhtə ləhuməl mətalibə, və qəzaytə ləhum min fəzlikəl maaribə, və məl-ətə ləhum zəmairə hum min hubbikə, və ravvəytəhum min safi şirbikə, fəbikə ilə ləzizi munacatikə və sallu, və minkə əqsa məqasidihim həssalu, fəya mən huvə ələl muqbilinə ələyhi muqbilun, və bil ətfi ələyhim a-idun mufzilun, və bil ğafilinə ən zikrihi rahimun rə-ufun və bi cəzbihim ilə babihi vəduudun ətufun, əs-əlukə ən təc-ələni min əvfərihim minkə həzzən, və ə`lahum indəkə mənzilən, və əczəlihim min vuddikə qismən, və əfzəlihim fi mə`rifətikə nəsiibən, fəqadin qatə-ət iləykə himəti, vənsarəfət nəhvəkə rağbəti, fə Əntə la ğəyrukə muradi, və ləkə la lisivakə şəhri və suhadii, və liqaukə qurratu əyni, və vəslukə muni nəfsi, və iləykə şəvqi, və fi məhəbbətikə və ləhi, və ilə həvakə sabəbəti, və rizakə buğyəti, və ru`yətəkə hacəti və civarukə taləbi, və qurbikə ğayətu suli, və fi munacətikə rəvhi və rahəti, və indəkə dəvau illəti və şifau ğulləti, və bərdu ləv -əti, və kəşfu kurbəti, fəkun ənisi fi vəhşəti, və muqiilə əsrəti, və ğafirə zəlləti, və qabilə təvbəti, və mucibə də`vəti, və vəliyyə isməti, və muğniyə fəqati, vəla təqta`ni ənkə, və la tub-idni minkə, ya nəimi və cənnəti, və ya dunyayə və axirati, ya Ərhəmər rahimin.

ALLAHA ŞÖVQ VƏ İSTƏYİ OLANLARIN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, Sən hər bir eyib və nöqsandan paksan! Əgər sən yolgöstərən və bələdçi olmasan, yollar nə qədər çətin və necə də dardır! Hidayət etdiyin halda, haqq yolu necə də aydın və işıqlıdır! İlahi, bizi, birbaşa Sənin vüsalına qovuşduran yolda hərəkət etdir, Sənin dərgahına daxil olmaq üçün ən yaxın yolla seyr etdir, uzağı bizə yaxınlaşdır, çətinlik və şiddətli hadisələri bizə asanlaşdır! Bizi Sənin dərgahına yaxınlaşmaq üçün cürətlə hərəkət edən, daim Sənin qapını döyən və Sənin heybət və əzəmətindən qorxan halda, gecə-gündüz Sənə ibadət edən xas bəndələrinə – səfalı tövhid bulaqlarından su içirdiyin, arzularına çatdırdığın, hacətlərini həyata keçirdiyin, lütf və mərhəmətinlə ali məqsədlərə nail etdiyin və qəlblərini öz məhəbbətinlə doldurduğun kəslərə – qovuşdur. Sənin vüsalının təşnəsi olanları pak suyunla (məhəbbətinlə) sirab etdin və onların sayəndə Səninlə münacatdan ləzzət duymaq məqamına yetişərək ən son məqsədlərinə – Səni müşahidə etməyə çatdılar. Ey Ona üz gətirənlərə diqqət yetirən, onlarla mehribanlıq və nəvazişlə rəftar və ehsan edən, hətta Səni yad etməkdən qafil olanlara belə rəhimli və mehriban olan və onları məhəbbətlə öz dərgahına cəzb edən. İlahi, mənim xeyrimi Öz fəzilətinlə daha çox, yanındakı məqamımı onların hamısından daha üstün və ali, dostluq və məhəbbətindən payımı daha böyük və Sənə mərifətimi daha artıq et! Həqiqətən, mən bütün diqqətimi digərlərindən yayındırıb Sənə yönəltmiş və qəlbimi Sənə rəğbət və meyilli etmişəm! Məqsədim başqası deyil, yalnız Sənsən. Yuxusuz və oyaq qalmağım başqasına görə deyil, Sənə xatirdir. Səninlə (mənəvi) görüş gözümün nuru və Sənə qovuşmaq mənim yeganə arzumdur. Şövq və məhəbbətim yalnız Sənə məxsusdur. Qəlbim Sənə valeh olmuş, məqsədim yalnız Sənin razılığındır. Səni müşahidə etməyə möhtac və Sənin qonşuluğunda (Sənə yaxın) olmaq mənim istəyimdir. Səninlə münacat şadlıq və asudəliyimdir. Xəstəliyimin dərmanı, yanan ürəyimin şəfası, qəlb atəşimin aramlığı və qəm-kədərimin əlacı Səndədir. İlahi, vəhşət və qorxu zamanı mənim munisim ol, azğınlıq və günahlarımı bağışla, tövbə və duamı qəbul et, məni günahdan qoru, fəqirlikdən nicat verib ehtiyacsız et, məni Özündən uzaqlaşdırma, ey mənə verdiyi nemətlərin, cənnət, dünya və axirətimin sahibi! Ey mehribanların ən mehribanı!

ALLAHA ŞÖVQ VƏ İSTƏYİ OLANLARIN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة المریدین

بسم الله الرحمن الرحیم

سُبْحانَكَ ما اَضْيَقَ الْطُّرُقَ عَلى مَنْ لَمْ تَكُنْ دَليلَهُ، وَما اَوْضَحَ الْحَقَّ عِنْدَ مَنْ هَدَيْتَهُ سَبيلَهُ، اِلـهي فَاسْلُكْ بِنا سُبُلَ الْوُصُولِ اِلَيْكَ، وَسَيِّرْنا في اَقْرَبِ الطُّرُقِ لِلْوُفُودِ عَلَيْكَ، قَرِّبْ عَلَيْنَا الْبَعيدَ وَسَهِّلْ عَلَيْنَا الْعَسيرَ الشَّديدَ، وَاَلْحِقْنا بِعِبادِكَ الَّذينَ هُمْ بِالْبِدارِ اِلَيْكَ يُسارِعُونَ، وَبابَكَ عَلَى الدَّوامِ يَطْرُقُونَ، وَاِيّاكَ فِي اللَّيْلِ وَالنَّهارِ يَعْبُدُونَ، وَهُمْ مِنْ هَيْبَتِكَ مُشْفِقُونَ، الَّذينَ صَفَّيْتَ لَهُمُ الْمَشارِبَ وَبَلَّغْتَهُمُ الرَّغائِبَ، وَاَنْجَحْتَ لَهُمُ الْمَطالِبَ، وَقَضَيْتَ لَهُمْ مِنْ فَضْلِكَ الْمَآرِبَ، وَمَلاَْتَ لَهُمْ ضَمائِرَهُمْ مِنْ حُبِّكَ، وَرَوَّيْتَهُمْ مِنْ صافي شِرْبِكَ، فَبِكَ اِلى لَذيذِ مُناجاتِكَ وَصَلُوا، وَمِنْكَ اَقْصى مَقاصِدِهِمْ حَصَّلُوا، فَيا مَنْ هُوَ عَلَى الْمُقْبِلينَ عَلَيْهِ مُقْبِلٌ، وَبِالْعَطْفِ عَلَيْهِمْ عائِدٌ مُفْضِلٌ، وَبِالْغافِلينَ عَنْ ذِكْرِهِ رَحيمٌ رَؤوفٌ وَبِجَذْبِهِمْ اِلى بابِهِ وَدُودٌ عَطُوفٌ، اَسْاَلُكَ اَنْ تَجْعَلَني مِنْ اَوْفَرِهِمْ مِنْكَ حَظّاً، وَاَعْلاهُمْ عِنْدَكَ مَنْزِلاً، وَاَجْزَلِهِمْ مِنْ وُدِّكَ قِسْماً، وَاَفْضَلِهِمْ في مَعْرِفَتِكَ نَصيباً، فَقَدِ انْقَطَعَتْ اِلَيْكَ هِمَّتي، وَانْصَرَفَتْ نَحْوَكَ رَغْبَتي، فَاَنْتَ لا غَيْرُكَ مُرادي، وَلَكَ لا لِسِواكَ سَهَري وَسُهادي، وَلِقاؤُكَ قُرَّةُ عَيْني، وَوَصْلُكَ مُنى نَفْسي، وَاِلَيْكَ شَوْقي، وَفي مَحَبَّتِكَ وَلَهي، وَاِلى هَواكَ صَبابَتي، وَرِضاكَ بُغْيَتي، وَرُؤْيَتَكَ حاجَتي وَجِوارُكَ طَلَبي، وَقُرْبُكَ غايَةُ سُؤْلي، وَفي مُناجاتِكَ رَوْحي وَراحَتي، وَعِنْدَكَ دَواءُ عِلَّتي وَشِفاءُ غُلَّتي، وَبَرْدُ لَوْعَتي، وَكَشْفُ كُرْبَتي، فَكُنْ اَنيسي في وَحْشَتي، وَمُقيلَ عَثْرَتي، وَغافِرَ زَلَّتي، وَقابِلَ تَوْبَتي، وَمُجيبَ دَعْوَتي، وَوَلِيَّ عِصْمَتي، وَمُغْنِيَ فاقَتي، وَلا تَقْطَعْني عَنْكَ، وَلا تُبْعِدْني مِنْكَ، يا نَعيمي وَجَنَّتي، وَيا دُنْيايَ وَآخِرَتي، يا اَرْحَمَ الرّاحِمينَ

 

 Ərbəin Mədəni-maarif sistemində üzvlük

Çap\Print

Etiketlər: Allaha şövq və istəyi olanların minacatı - İmam Səccad (ə) - ın minacatlarından

Oxşar yazılar


Nəzərlər


Nəzərinizi göndərin


Arbaeentitr

 Hədislər